E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Bir azərbaycanlı, Azərbaycanın Prezidenti kimi fəxr edirəm ki, Azərbaycan xalqı belə zəngin mədəniyyətə, zəngin incəsənətə, peşəkar musiqiyə malikdir. Azərbaycanda peşəkar musiqinin əsasını böyük Ü.Hacıbəyov qoyubdur.

Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri


Üzeyir Hacıbəyli Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biridir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti


Üzeyir irsi, həqiqətən, böyük bir dünyadır. Bu dünyanın əzəməti ondadır ki, Üzeyir bəy bu gün də əsl pedaqoq kimi bizi tərbiyə edir, bizə kədərlənməyi və gülməyi öyrədir. Muğam dramaturgiyasının sirlərini açır. Aşıq sənətinin qüdrətini dərk etməyə kömək edir.

Mehriban Əliyeva,
Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun xoşməramlı səfiri


“Koroğlu” operası Azərbaycanın opera aləmində öz revolyusion coşğunluğu ilə bədii yenilikləri ilə, parlaq xalq musiqisi ilə son dərəcə yüksək bir yer tutmaqdadır.

Hüseyn Cavid,
yazıçı-dramaturq


Üzeyir sənətinin qüdrəti orasındadır ki, bəstəkarımız Azərbaycan xalq musiqisinin, muğamlarımızın bütün incəliklərini bilir, onun məlahətini duyur, öyrənir və xalqın sevəcəyi yeni əsərlər yaratmaq üçün geniş axtarışlar aparırdı.

Bülbül,
müğəni, SSRİ Xalq artisti


Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur Sovet bəstəkarı Üzeyir Hacıbəylinin musiqisi xalqımızın ürəyində yaşayır, onun mənəvi həyatını zinətləndirir.

Qara Qarayev,
bəstəkar, SSRİ Xalq artisti


Məşhur bir əfsanədə Anteyin qeyri-adi qüdrətini onun ayaqlarının torpağa dayanmasında, torpaqla bağlılığında görürlər. Üzeyir Hacıbəyli özü də bu müqayisəni sevirdi və bəstəkarın gücünü-qüvvətini onun xalq həyatına, xalq sənətinə bağlılığında görürdü. Biz böyük Üzeyir yaradıcılığından bu Antey qüdrətinin sirlərini hələ çox öyrənməliyik.

Fikrət Əmirov,
bəstəkar, SSRİ Xalq artisti


Üzeyir Hacıbəyli sənəti Azərbaycan dühasının dünya mədəniyyət xəzinəsinə bəxş etdiyi ən nadir incilərdəndir

Zemfira Səfərova,
professor, AMEA-nın müxbir üzvü


Azərbaycan sovet musiqisinin təməlini qoyan Üzeyir Hacıbəyli böyük təbii istedad sahibi kimi bir bəstəkar, görkəmli ictimai xadim idi. O, bütün həyatını Azərbaycan Sovet musiqi mədəniyyətinin inkişafına həsr etdi.

Dmitri Şostakoviç,
bəstəkar, SSRİ Xalq artisti


Biz fəxrlə qeyd etməliyik ki, Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”undan “Koroğlu”suna kimi Azərbaycan operasının otuz ildə keçdiyi yüksək inkişaf yolunu Qərbi Avropanın bəzi məmləkətlərində opera sənəti iki yüz ilə keçmişdir.

Niyazi,
bəstəkar, SSRİ Xalq artisti


Üzeyir yalnız Azərbaycan xalqının deyil, bütün Sovet xalqının fəxri və şöhrətidir. Gürcü xalqı onun simasında öz etibarlı dostunu və qardaşını görür.

Akaki Xorava,

gürcü bəstəkarı


“Koroğlu” operasının məzmun və mündəricəsi Üzeyirin siyasi və ictimai varlığının güzgüsüdür - demək olar.

Məmməd Səid Ordubadi,
yazıçı


...Üzeyir sənətinin dili bütün xalqlar üçün aydındır. Avropa musiqi mədəniyyətindən, xüsusən nəcib və xeyirxah rus xalqının zəngin musiqi mədəniyyətindən məharətlə istifadə edən bu sənətkar bütün Sovet xalqları üçün əziz və doğmadır.

Səməd Vurğun,
Xalq şairi


Üzeyirbəy elə sənətkardır ki, onun adı tərif yükü götürmür, o hər hansı tərif  pilləsindən yuxarıda duran bir simadır.

Rəsul Rza,
Xalq şairi


Üzeyir sənət vasitəsilə öz həyatını xalqın xidmətinə vermişdi. Ancaq belə bir sənətkar Azərbaycan operasının şah əsəri olan “Koroğlu” kimi ölməz əsər yarada bilərdi.

Mirzə İbrahimov,
Xalq yazıçısı


Üzeyir Hacıbəylinin əsərləri yaşadığı mühitin, içində dolandığı xalqın, cəmiyyətin ifadeyi-hal və keyfiyyətidir.

Cəfər Cabbarlı,
yazıçı, dramaturq


Üzeyir öz xalqını sevirdi, onun üçün yaradırdı, öz əsərlərində bu xalqın fikirlərini və arzularını ifadə edirdi. Buna görə də həmişə xalqın qəlbində yaşayacaqdır.

Şövkət Məmmədova,
opera müğənnisi, SSRİ Xalq artisti


Üzeyirbəy Hacıbəyli musiqimizi nizama salmağa başladı. Yazdığı opera və operattaları ilə şöhrət qazandı. Yalnız özü deyil, bütün millətini aləmə tanıtdı.

Yusif Vəzir Çəmənzəminli,
yazıçı

<< Geri