E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Dahi Azərbaycan bəstəkarı, peşəkar musiqisizin banisi Üzeyir Hacıbəyovun adını daşıyan quru yük gəmisi 1977-ci ildə Rusiyanın Rıbinsk şəhərindəki Volodarski adına gəmiqayırma zavodunda inşa edilib. «Çay-dəniz» tipli teploxodun yükqaldırma qabiliyyəti 3000 tondur. «Üzeyir Hacıbəyov» gəmisinin texniki xarakteristikaları: uzunluğu – 114 m, eni – 13,2 m, bortunun hündürlüyü – 5,5 m, suya oturumu – 3,65 m. Gəmi hazırda Qara dəniz – Aralıq dənizi hövzəsində istismar olunur, Avropa, Afrika, Asiya limanlarına səfərlər edir.

 

 



<< Geri