ARŞIN MAL ALAN
4 MƏCLİSLİ OPERETTA
Әfradi-әhli-mәclis
Ә s g ә r--dövlәtli bir tacir
oğlandır.
C a h a n--Әsgәrin xalası, kök
arvaddır.
S ü l e y m a n--Әsgәrin yoldaşı.
V ә l i--Әsgәrin nökәri.
S o l t a n b ә
y--qoca mülkәdardır.
G ü l ç ö h r ә--Soltan bәyin
cavan qızıdır.
A s y a--Soltan bәyin qardaşı
qızıdır.
Telli--Soltan bәyin qulluqçusudur.
Qonşu qızlar.
BİRİNCİ MӘCLİS
Ә s g ә r i n evindә vaqe olur. Otaq
yaxşı bәzәnib, fәrş ilә
döşәnibdir. Stol vә sәndәllәr
dәxi vardır. Pәrdә qalxmazdan qabaq Ә s g ә
r sağ tәrәfdә vә x a l a s ı sol
tәrәfdә oturublar. Qapının ağzında
nökәr V ә l i hazır durubdur. Musiqi
müqәddimәsi çalınır.
Pәrdә qalxır. Ә s g ә r oxuyur.
Ә s g ә r.
Nalәdәndir ney kimi avazeyi-eşqim
bülәnd,
M u s i q i
Nalәdәndir ney kimi avazeyi-eşqim
bülәnd.
Nalә tәrkin qılmazam ney tәk
kәsilsәm bәnd-bәnd.
M u s i q i
Nalә tәrkin qılmazam, nalә
tәrkin qılmazam,
Gәr kәsilsәm bәnd-bәnd,
gәr kәsilsәm bәnd-bәnd.
M u s i q i
Qıl mәdәd, ey bәxt, yoxsa kami-dil
mümkün deyil.
M u s i q i
Qıl mәdәd, ey bәxt, yoxsa kami-dil
mümkün deyil.
Böylә kim ol dilrüba bidәrddir,
mәn--dәrdimәnd.
M u s i q i
Nalә tәrkin qılmazam, nalә
tәrkin qılmazam,
Gәr kәsilsәm bәnd-bәnd,
gәr kәsilsәm bәnd-bәnd.
M u s i q i
Açılır könlüm gәhi kim,
giryeyi-tәlxim görüb.
M u s i q i
Açılır könlüm gәhi kim,
giryeyi-tәlxim görüb,
Açar ol gülrüx tәbәssüm
birlә lәli-nuşxәnd,
M u s i q i
Nalә tәrkin qılmazam, nalә
tәrkin qılmazam,
Gәr kәsilsәm bәnd-bәnd,
gәr kәsilsәm bәnd-bәnd.
M u s i q i
C a h a n. Xalan sәnә qurban, nә olubdur
ki, belә qәmli-qәmli oxuyursan, adam
eşidәndә ürәyi yanır?
Ә s g ә r. Ürәyin yanırsa
görünür ki, sәnin ruhun var, ay xala!
C a h a n. Qanmadım nә dedin, xalan
sәnә qurban, bir dә de, başa düşüm.
Ә s g ә r. Heç, bir elә söz
demәdim ki, bir dә tәzәdәn deyim.... İndi
sәn bura bax, ay xala. Bircә mәnә de görüm
axı belә olmaz ki, belә dә qalsın, bu dünya
belә gәlib belә getsә, bәs axırı
nә olsun, onda işimiz necә olsun?
C a h a n. Xalan sәnә qurban, allaha
şükür, dünyaya nә olubdur ki?
Ә s g ә r. Belә deyirәm ki, axı
bunun axırı necә olsun, nәticәsi necә olsun,
mәsәlәn, biz, bәli, böyudük, başa
çatdıq. Allaha şükür, mal-dövlәt
hamısı var, amma yenә dә bilirsәn, bununla
adamın işi düz olmur, ürәyi toxtamır, nә
isә bir şeyә yenә ehtiyac görünür.
Düz deyirәm, yoxsa yalan deyirәm?
C a h a n. Xalan
sәnә qurban, әlbәttә, düz deyirsәn,
amma yenә dә әmәlli başa düşmәdim
ki, nә deyirsәn.
Ә s g ә r. Dediyim aşkar
söhbәtdir, ay xala! Belә sözün doğrusu o
tәrәfә, bu tәrәfimә baxıb göz
yetirirәm, görürәm bir şeyim çatmır.
C a h a n. Bay!... Çatmayan bir şey varsa,
gәdәni göndәr bazardan alsın, onda nә fikir
var ki?
Ә s g ә r. Sәn mәn deyәni
başa düşmәdin. Әşi, mәn
sәninlә böyük şeyin söhbәtini
elәyirәm, sәn bazardan danışırsan. Belә
deyirәm ki, bu cürә dolanacağın axırı
nә olsun? Malım var, pulum var, amma pul sahibi gәrәk
bir özgә şeyin dә sahibi olsun. Vәhalün ki,
heç malı, pulu olmayanların görürsәn ki, bir
sürüsü var.
C a h a n. Xalan sәnә qurban, sәn bir
tacir adamsan, sürünü nә elәyirsәn?
V ә l i başını bulayır.
Ә s g ә r. Of, ay xala. Yenә
bilmәdin nә istәyarәm?
V ә l i (birdәn-birә). Mәn
bilirәm ağam nә istәyir....
Ә s g ә r (ona tәrәf
yönәlir). Әdә, sәn dә burdasan? Hә, de
görüm nә istәyirәm....
V ә l i (irişә-irişә). Mәn
bilirәm sәn nә istәyirsәn....
Ә s g ә r vә C a h a n. Di bilirsәn
de, nә dayanıbsan?
V ә l i. Sәn istәyirsәn....
(Birdәn hırıldayıb tez qapıdan
çıxır, Әsgәr gülümsünür).
C a h a n. Bay, elә bil ki, gәdәnin
dәliliyi var. (Әsgәrә) Xalan sәnә qurban,
bircә mәni yaxşıca başa sal görüm nә
istәyirsәn?
Ә s g ә r. Ay xala, bura bax, ağlınca
mәnim neçә yaşım var?
C a h a n. Boy, bu ramazan yox, gәlәn ramazan
gәlib ötәndәn sonra sәnin iyirmi sәkkiz
yaşın tamam olacaqdır. Nәyin dәrdin çәkirsәn?
Sәn ki, hәlә uşaqsan, sәni görüm
yüz yaşayasan!
Ә s g ә r. Çox әcәb. Axı
nә qәdәr uşaq olsam da yenә dә ayaq
üstә dura bilәrәm ki?
V ә l i daxil olub haman sayaq dayanır.
C a h a n. Әlbәttә, dura bilirsәn,
allaha şükür, sağ-salamat cavansan.
Ә s g ә r. Yaxşı indi bu
sağ-salamat cavan bәs neylәsin, elә yeyib-yatsın?
C a h a n. Әsgәr, sәn allah, gәl
mәnimlә açıq danış ki, mәn başa
düşüm; axı mәn türkәsayәcә bir
arvadam, әrәb dilini nә başa
düşürәm, xalan sәnә qurban.
Ә s g ә r (kәnara). Әşi, daha utanmaq
yeri deyildir. (Cahana). Belә bilirsәn nә var, xala?
(Bәrkdәn). Mәn arvad almaq istәyirәm ey, arvad,
arvad!...
V ә l i. Bax, mәn deyәn oldu....
(hırıldayır).
C a h a n. Bay ... ay xalan sәnә qurban,
habelәcә de ki, mәn dә başa düşüm,
daha bunun nә çәk-çeviri var ki?!
Ә s g ә r. Hә, bәs bunu bil ki,
arvad almaq istәyirәm.
C a h a n. Belә çox yaxşı
elәyirsәn, xalan sәnә qurban. Allah o
günlәri elәsin ki, belә toyunda oynayım.
(Vәli oynayır). Bax, Әsgәr, xalan sәnә qurban,
gördün ki, axırda sәn gәldin mәn
deyәnә. Neçә vaxtdır mәn sәnә
deyirәm ki, Әsgәr, gәl evlәn, ev-eşik
yiyәsi ol, oğul-uşaq sahibi ol, amma nә fayda ki,
sәn qulaq asmırdın deyә, mәn dә daha
dinmirdim. İndi görünür ki, mәn deyәnә
getdin. Әlbәttә, arvad al, toy elә, dost sevinsin,
düşmәn yansın. (Vәli ah çәkir). Bax,
istәsәn günü bu güncә gedәrәm,
sәnә qız axtararam. Rәhmәtlik bacım canı
ağzından çıxana kimi mәnә deyirdi: Cahan,
bax, Әsgәri sәnә qoyub gedirәm; onu tәk
qoyma, evlәndir. (Ağlayır. Vәli bәrk ah
çәkir).
Ә s g ә r. Әşi, daha bura
ağlamaq yeri deyildir ki? Qoy, söhbәt
açmışıq, görәk axırı necә
olur.
C a h a n. Xalan sәnә qurban, evlәn.
Ә s g ә r. Axı nә sayaq
evlәnim, iş elә burasındadır ki,
evlәnmәk asan iş deyildir.
C a h a n. Xalan sәnә qurban,
evlәnmәk su içmәk kimi asan şeydir, onda nә
çәtinlik var ki? Әlәlxüsus sәnin kimi
cavana ki, allaha şükür, hәmi pulun var, hәmi
dövlәtin var, hәmi cavansan. Vallah, lap padşahın da
qızını istәsәn sәnә verәr. Bax,
burda çox fikir lazım deyildir, qoy elә bu güncә
çadramı başıma salıb gedim sәnin
üçün qız bәyәnib seçim. Ya
özün, istәsәn mәnә de, hansı bәyin
vә ya tacirin qızını istәsәn, gedim
sәnә alım.
Ә s g ә r. Axı mәn nә
bilirәm ki, hansı bәyin vә ya tacirin qızı
yaxşıdır ki, deyim get al; mәn ki, onları
görmәmişәm.
C a h a n. Buy. Xalan sәnә qurban, bәs
mәnim gözlәrim kordur? Vallah, gedәrәm, dolanaram,
gәzәrәm, baxaram, bәyәnәrәm,
seçәrәm, bir qız alaram ki, adam baxanda ağlı
gedәr.
Ә s g ә r (gülür). Ay xala, bәs
elә olsa ağlım gedәr, dәli olaram ki.... Yox, xala,
bu, әl vermәz. Mәn gәrәk
әvvәlcә özüm qızı görәm,
xoşuma gәldi alam, gәlmәdi almayam.
C a h a n. Sәn bir
ağıllı-başlı mәnә nağıl et
görüm necә qız alarsan? (Oxuyur vә oynayır).
Çadramı sallam başıma,
Üz-gözümü bәzәrәm. (2
dәfә)
Gedib sәnә qız axtarıb,
Hәr tәrәfi gәzәrәm. (2
dәfә)
M u s i q i
Bәyin, xanın vә tacirin
Qızlarını düzәrәm. (2
dәfә)
Çәmәndәki o güllәrin
Әn gözәlin üzәrәm. (2
dәfә)
M u s i q i
Xalan sәnә qurban ola,
Zәhmәtinә dözәrәm. (2
dәfә)
Toyunda da sәnin, bala,
Bax, belәcә, süzәrәm. (2
dәfә)
M u s i q i
C a h a n. Bәs sәn kişi xeylağı,
qızı nә sayaq görәrsәn, xalq
qızını sәnә göstәrәrmi?
Ә s g ә r. Hә, bәs
mәtlәb elә buradadır ki, sәhәrdәn
bәri sәnә deyirәm ki, bunun axırı nә
olsun? İstәyirәm evlәnim, amma bilmirәm kimi
alım; çünki heç kәsi
görmәmişәm vә görmәk dә olmaz.
C a h a n. Ay xalan sәnә qurban, sәn
gәl ata-baba yolu ilә evlәn. Sәnin nә borcundur,
qoy mәn gedim sәnә qız alım, hәrgah pis olsa
tәqsir mәnim boynuma.
Ә s g ә r. Ay xala, sәn nә fikir
edirsәn? Mәn arşını iki şahılıq
çiti görmәmiş almaram; halbuki diri gözlü
arvad ola. Yox, mәn bu sayaq evlәnmәk istәmirәm.
Bacarsan mәnә bir yol göstәr ki, qızı
görüm, sonra alım.
C a h a n. Xalan sәnә qurban, nә yol
göstәrim?
Ә s g ә r. Görünür ki, heç
bir yol yoxdur. Onun üçün mәn dә
evlәnmirәm.
V ә l i ah çәkir. Sükut. Musiqi çalınır, sonra S ü l e
y m a n daxil olur.
S ü l e y m a n. Cahan xala, kefin
yaxşıdırmı? Vәli, sәn necәsәn?
C a h a n. Allaha şükür, sağ olasan,
Süleyman.
V ә l i. Bәy, iltifatın artıq olsun.
S ü l e y m a n
Ә s g ә r ә tәrәf gedib oxuyur.
M u s i q i
Nәdir sәnin dәrdin, bu nә ahü
zardır? (2 dәfә)
Nәdir sәnin fikrin, belә tarü
mardır? (2 dәfә)
Utanma gәl söylә, belә dәrdini
mәnә, (2 dәfә)
Nә qüssәdir böylә
әsәr eylәyib sәnә? (2 dәfә)
Bu dünyada yoxdur belә dәrdi-bidәva.
(2 dәfә)
Dәvasın al dәrdin, belә
görginәn sәfa. (2 dәfә)
Eşitmәmişsәnmi belә bir
mәsәl dә var, (2 dәfә)
Nә arzu varsa, belә axtaran tapar! (2
dәfә)
Balam nә olub ki, belә qaradinmәzcә
oturubsan, yoxsa dünyanın dәrdi sәnә
qalıbdır?
Ә s g ә r. Ay
Süleyman, yaxşı oldu sәn gәldin; axı
deyirlәr ki, sәn bir ağıllı adamsan, gәl
görәk sәn nә mәslәhәt
tökürsәn?
S ü l e y m a n. Demәli, sәn özün
inanmırsan ki, mәn ağıllıyam?
Ә s g ә r. İnanıram, amma
mәslәhәt töksәn lap yaxşı
inanaram.
S ü l e y m a n. İndi bir-bir söylә
görüm nә olubdur?
Ә s g ә r. Nә olacaqdır, onu fikir
edirәm ki, yaxşı, axı bunun axırı nә
olsun? Elә bu dünya belә gәlib belә
getsә....
S ü l e y m a n (sözünü kәsir).
Dayan, bildim nә istәyirsәn.
Ә s g ә r. Nә istәyirәm?
S ü l e y m a n. Әlbәttә, arvad almaq
istәyirsәn.
H a m ı tәәccüb edir.
Ә s g ә r (tәәccüblә).
Paho, nә bildin?
S ü l e y m a n. Sifәtindәn
görürәm. Onu bilmәk çәtin deyil ki. (Cahana). Belәdir, belә deyil,
Cahan xala?!
C a h a n. Qadan alım, әlbәttә,
elәdir.
S ü l e y m a n (Vәliyә). Belәdir,
belә deyil, Vәli.
V ә l i. Bәy, әlbәttә,
belәdir.
S ü l e y m a n (Әsgәrә). İndi
bildin ki, mәn ağıllıyam?!
Ә s g ә r. Yarısına qәdәr
bildim. Aşna, indi bir iş dә var; hәrgah ona bir
tәdbir töksәn, onda bilәrәm ki, başdan
ayağa qәdәr ağıllısan.
S ü l e y m a n. Di bir-bir söylә, qulaq
asım.
Ә s g ә r. Bax, Süleyman, mәn
belә fikirdәyәm ki, qız almaq mal almaq kimi bir
şeydir. İndi malın pisi-yaxşısı olan kimi....
S ü l e y m a n. Dayan, bildim nә
istәyirsәn.
Ә s g ә r. Nә istәyirәm?
S ü l e y m a n. İstәyirsәn ki,
әvvәlcә qızı görüb, baxıb sonra
alasan.
Yenә h a m ı tәәccüb edir.
Ә s g ә r. Balam necә bildin?
S ü l e y m a n. Ağzını açan
kimi. Onu bilmәyә nә var ki.... (Cahana). Belәdir,
belә deyil, xala?...
C a h a n Qadan alım, әlbәttә,
elәdir.
S ü l e y m a n. Belәdir, belә deyil,
Vәli?
V ә l i. Bәy, doğru buyurursan.
S ü l e y m a n (Әsgәrә). İndi
bildin ki, başdan ayağa qәdәr ağıllıyam?
Ә s g ә r. Bir azca qalıbdır,
hәrgah bir işi dә bilsәn, onda imanım kamil olar.
S ü l e y m a n. Bir-bir söylә. Qulaq asaq.
Ә s g ә r. Yaxşı,
ağıllı oğlan, bәs, mәn qızı harada
görüm vә nә sayaq görüm ki, heç olmasa
bir balaca bәlәd olum?
S ü l e y m a n. Ondan asan nә var ki;
paltarın dәyiş, köhnәsini gey, qoltuğuna bir
top çit-mit nә varsa vur, әlinә dә bir
arşın al. Ondan sonra düş qapı-qapı gәz
vә arşın mal sat. Bu halda, gördüyün
qızların birisini seç, sonra lәlәşini
göndәr, gedim elçilik elәyim, vәssәlam.
Ә s g ә r (sevinir). Әcәb fikirdir,
vallah!
C a h a n. Qadan alım, әlbәttә,
yaxşı fikirdir.
S ü l e y m a n. Ayrı cürә
әlacı yoxdur. (Cahana). Belәdir, belә deyil, xala?
C a h a n. Qadan alım, әlbәttә,
belәdir.
S ü l e y m a n. Belәdir, belә deyil,
Vәli?
V ә l i. Bәy, doğru buyurursan.
S ü l e y m a n (Әsgәrә). İndi
gördün ağıllıyam?
Ә s g ә r. Ağıllısan qardaş,
ağıllısan. Vallah, sәn deyәn kimi
edәcәyәm.
C a h a n. Ay Süleyman, bәs sәn niyә
özünü qocaldıb evlәnmirsәn?
S ü l e y m a n. Mәn dә
evlәnәrәm, xala. O fikirdәn mәnim dә
başımda var. Hәlә indi әvvәlcә bir
Әsgәri evlәndirәk, görünür ki, bu
çox tәlәsiyir. Sonra mәn dә
evlәnәrәm.... (Birdәn). Yaxşı, xala,
bәs sәnin fikrin nәdir?
C a h a n. Heç nә, qadan alım, nә
olacaqdır ki?...
S ü l e y m a n. Yox, xala, daha bu qәdәr
dul qaldın bәsdir. Qoy sәni bir allah
bәndәsinә verәk, canımıza dua elәsin.
C a h a n. Buy, qadan alım, mәnim nә
әrә getmәk vaxtımdır ki?
S ü l e y m a n. Necә, çox balacasan?
Әlbәttә, vaxtındır, belәdir, belә
deyil, ay camaat? Әlbәttә, belәdir.
(Vәliyә). Balam, Vәli, sәn dә hazırlaş
ha!
V ә l i utanır, başını
aşağı salır.
S ü l e y m a n. Hә, Әsgәr,
fikrә gedibsәn.
Ә s g ә r. Vallah, sabahdan arşın
malı satan olacağam.
S ü l e y m a n. Әcәb elәrsәn,
allah sәni dә tez muradına yetirsin, bizi dә.
Belәdir, belә deyil, xala?
C a h a n. Qadan alım, әlbәttә,
elәdir.
S ü l e y m a n. Belәdir, belә deyil,
Vәli?
V ә l i. Bәy, doğru buyurursan.
S ü l e y m a n. Bәs indi ki, belә oldu,
qulaq as. (Oxuyur)
M u s i q i
Öyrәn bu kәlәyi arvadı tap, tez
toy elә. (2 dәfә).
Bil kim, düşmәyәcәk
böylә kәlәk bir dә әlә. (2
dәfә).
Amma bax, unutma sәn, unutma sәn, bizlәri
sәn,
Görәndә qaşı qara, gözü
qara qızları sәn.
H a m ı. (Әsgәrdәn başqa).
Amma bax, unutma sәn, unutma sәn, bizlәri
sәn,
Görәndә qaşı qara, gözü
qara qızları sәn.
M u s i q i.
Oynayırlar.
C a h a n.
O gün ola, balam, toy edәsәn, qız
alasan, (2 dәfә)
Evlәnmәk işini aramıza dәb
salasan. (2 dәfә).
Bizә dә sәn qur kәlәk,
sәn qur kәlәk, sәn qur kәlәk.
Bәlkә biz dә gün görәk,
bir gün görәk, bir gün görәk.
H a m ı.
Bizә dә sәn qur kәlәk,
sәn qur kәlәk, sәn qur kәlәk.
Bәlkә biz dә gün görәk,
bir gün görәk, bir gün görәk.
M u s i q i. Oyun.
V ә l i.
Düş bazar--şәhәrә, sat
arşın mal, Әsgәr ağa (2 dәfә)
Axtar, bax, qızı tap, tez arvad al,
Әsgәr ağa (2 dәfә)
Dәrdinә tapdın әlac, tapdın
әlac, tapdın әlac,
Bizә dә tez bir yol aç, sәn bir yol
aç, sәn bir yol aç.
H a m ı
Dәrdinә tapdın әlac, tapdın
әlac, tapdın әlac,
Bizә dә tez bir yol aç, sәn bir yol
aç, sәn bir yol aç.
(Oyun)
P ә r d ә
İKİNCİ MƏCLİS
Musiqi
müqәddimәsi
çalınır, sonra
pәrdә qadxır. Soltan bәyin evinin qabağıdır. G ü l ç
ö h r ә, A s y a vә T e l l i oturub, biri tikiş tikir,
digәri corab hörür.
G ü l ç ö h r ә (tikiş
tikә-tikә oxuyur)
M u s i q i
Pәrişan xәlqi-alәm ahü
әfğan etdiyimdәndir.
M u s i q i
Pәrişan xәlqi-alәm ahü
әfğan etdiyimdәndir,
Pәrişan olduğum, xәlqi
pәrişan etdiyimdәndir. (2 dәfә)
M u s i q i
Dili-zarimdә dәrdi-eşq
gün-gündәn füzun olmuş,
M u s i q i
Dili-zarimdә dәrdi-eşq
gün-gündәn füzun olmuş.
Yetәn
bidәrdә tәdbirilә dәrman etdiyimdәndir. (2 dәfә)
Deyil bühudә gәr yağsa
fәlәkdәn başıma daşlar,
Binasın tişeyi-ahımla viran
etdiyimdәndir. (2 dәfә)
Ü ç ü bir yerdә
Ah, ah, ah.... Gәl yarım
Gәl yarım, gәl yarım, gәl
yarım.
A s y a (ah çәkir). Ay
Gülçöhrә, sәn oxuyanda hәmişә
mәnim ürәyim tutulur, bikef oluram.
G ü l ç ö h r ә.
Görünür ki, oxumağım sәnә xoş
gәlmir.
A s y a. Yox, çox xoş gәlir, elә ona
görә dә mәni bir sayaq qәm basır,
qüssә eliyirәm.
G ü l ç ö h r ә. Ah, bizim
ömrümüz başdan-ayağa kimi qәm-qüssә
deyilmi?
A s y a. Hә, vallah, doğru deyirsәn.
T e l l i. Ay xanımlar, nә olub ki,
qәm-qüssә elәyirsiniz? Allah qoysa, Soltan bәy bu
gün-sabah sizi әrә verәr, gedib ev yiyәsi,
oğul-uşaq sahibi olarsınız, onda qәminiz dә
olmaz.
G ü l ç ö h r ә. Ah, Telli, o
cürә ki, bizi әrә verirlәr, heç
vermәsәlәr yaxşı olar.
T e l l i. Nә üçün, ay xanım,
niyә elә danışırsan?
G ü l ç ö h r ә. Doğru
deyirәm, vallah, o cürә әrә getmәk
mәnim xoşuma gәlmәz ki, heç bilmirsәn
sәni kimә verirlәr, әrin kim olacaqdır, getdiyin
adam cavandır, qocadır, keçәldir, qoturdur, adam
döyәndir....
A s y a (tәәccüblә). Bәs, ay
Gülçöhrә, onda daha heç әrә
getmәyib evdә qalıb un çuvalına tay olacaqsan?
T e l l i. Allah elәmәsin.
G ü l ç ö h r ә. Mәn
deyirәm ki, evdә qalıb un çuvalına tay olasan?
Mәn onu demәk istәyirәm ki, belә adam
әvvәlcә bir kәrә ki, kimә
gedәcәkdir. Baxa, bәyәnә,
təhəp-tövpünә bәlәd ola, sonra
әrә gedә.
A s y a (gülür). Elә söz
danışırsan ki, bişmiş toyuğun gülmәyi
tutar. Sәn bu dörd divarın içindә kimi
görә bilәrsәn, a yazıq ki,
(rişxәndlә) hәlә baxıb
bәyәnәsәn?
G ü l ç ö h r ә. Elә olanda,
evdә qız qalmaq yaxşıdır.
T e l l i. Әşi, tәki ağam sizi
әrә versin, mәn qaçıb, gedib
nişanlını görәrәm,
evinә-eşiyinә baxaram, sonra gәlib
hamısını sizә nağıl edәrәm.
G ü l ç ö h r ә ilә A s y a
gülürlәr.
G ü l ç ö h r ә. Yaxşı, ay
Telli, görünür ki, bizim adaxlımızı bir sәn
görsәn kifayәtdir, dәxi bizim görmәyimiz
lazım deyilmiş.
T e l l i. Yox, xanım, әvvәl mәn
görәrәm, sonra siz görәrsiniz.
A s y a. Yaxşı, Telli, qoy sәn deyәn
olsun, tәki bizi әrә versinlәr, yerdә qalanı
asandır.
G ü l ç ö h r ә. Yox,
mәnciyәz görüb bәyәnmәyincә
әrә getmәyәcәyәm. Amma siz elә
görmәmişdәn әrә gedәrsiniz.
T e l l i. Vallah xanım, elә
görmәmişdәn әrә getmәk
lazımdır, yoxsa әvvәl görәndә daha sonra
yaxşı olmur. Amma görmәyәndә ürәyin
tәlәsir ki, bir tez görәsәn. (Oxuyur)
Sәn o yanda, yar bu yanda,
Ceyran tәk boynun buranda
Baxışın min canlar alır,
Mәni qәmә-dәrdә salır.
M u s i q i
Sәn o yanda, yar bu yanda,
Hәrdәn qıyqacı baxanda,
Gözüm o gözlәrdә qalır,
Mәni qәmә-dәrdә salır.
M u s i q i
Sәn o yanda, yar bu yanda.
Saçların üzә salanda,
Göylәrә ahım ucalır,
Mәni qәmә-dәrdә salır.
(Nağıl edir). Sәni yaxşıca
geyindirirlәr, bәzәyirlәr, sonra faytona mindirib
allah-allahla aparırlar. Hәlә desәn
ayağının altında qurban da kәsirlәr, sonra
otağa aparıb gәrdәk dalında oturdurlar,
ürәyin döyünә-döyünә
gözlәyirsәn. Bir dә görürsәn ki,
qapı açılıb oğlan çıxdı....
Bu әsnada
qapı açılıb S o l t a n bәy
çıxır. Qızlar sәslәrini kәsib
işlәrinә mәşğul olurlar.
T e l l i (kәnara). Allah elәmәsin ki,
belә oğlan olsun.
S o l t a n b ә
y (әsnәyir). Ay qız Telli, min kәrә
demişәm ki, mәn yatanda gәl mәnim
üstümü basdır; indi üstü açıq
yatmışam, deyәsәn belimә soyuq dәyibdir.
(Әsnәyir). Ay ... rәhmәtlik Sona sağ
olaydı.... Qәrәz ki, tәklik bir sәnәt
deyildir.
G ü l ç ö h r ә. Ay ata, bizә desәydin
örtәrdik, bilmәdik.
S o l t a n b ә
y. Demәdim, demәdim, keçibdir. (Әsnәyir). Di,
durun gedin evә, mәn dә şәhәrә
çıxıram. Evdәn yaxşı muğayat olun. Durun.
(Qızlar hamısı durub içәri daxil olurlar.) Olmur,
tәklik mәnә әl vermir. Beş ildir ki,
gün-gündәn geri gedirәm. Srağagün hәkim
Mirzә Hüseynә deyirәm ki, oram ağrıyır,
buram ağrıyır, deyir ki, bir arvad al. Hanı bir elә
arvad ki, uğruma gәlәydi alaydım.
Әlbәttә, mәnә qız vermәzlәr.
Çünki yaşım çoxdur, pulum da yox. Vә bir
dә tәzәdәn top-tüfәnglә
evlәnmәk mәnә yaraşmaz; mәnimki bir
hallıca, dulluca arvaddır ki, bir nәfәr molla,
üç manat pul vә bir kәllә qәnd ilә
iş tamam ola. Ondan sonra arvad başlar gecәlәr
saqqalıma hәna yaxar, sәhәrlәr dә yuyar.
Yatanda da belimә soyuq dәymәz. Qәrәz,
gedәk, bazara, görәk nә var, nә yox. (Gedir).
M u s i q i
Ә s g ә r pәrdә dalında oxuyur.
Ә s g ә r.
Arşın mal alan. (2 dәfә)
Arşın mal alan.
Bafta, tafta, buxça hey....
Ә s g ә r qoltuğunda arşın
malı vә arşın sәhnәyә
çıxır.
Ә s g ә r. Tamam üç
gündür, qapı-qapı dolanıb gәzirәm, amma
axtardığımı tapa bilmirәm. Bu günü dә
başa çıxardım görüm nә olur. Ey
bәxt sәndәn mәdәd.
M u s i q i
(Yenә oxuyur).
Arşın mal alan. (2 dәfә)
Arşın mal alan.
Bafta, tafta, buxça hey....
Bu halda G ü l ç ö h r ә, A s y a
vә T e l l i bir tәrәfdәn vә qonşu
qızlar o tәrәfdәn bayıra çıxırlar.
Qızlar Ә s g ә r i çağırır.
Q ı z l a r. Arşınmalçı,
arşınmalçı bura gәl.
Q ı z l a r xoru. (Soprano)
Arşınmalçı mal göstәr,
Bir-bir yerә sal göstәr.
Göstәr-göstәr hәr nә var,
Qızlar bәzәnmәk istәr.
M u s i q i
H a m ı.
Ah, nә gözәl parçadır,
Güllәri dә qonçadır,
Toy bәzәyi xonçadır, xonça,
(2 dәfә)
Xonça....
Ondan bir paltar tikdirsәydim,
Oynardım mәn doyunca-doyunca,
M u s i q i
Xor bir dә tәkrar olunur.
Ә s g ә r (gedә-gedә). Aha,
deyәsәn qız mәdәninә
düşmüşәm. Bir sürü birdәn
çıxdı. Görәk necә şeydirlәr. (Onlara).
Deyin görüm, gözәl xanımlar, nә
istәyirsiniz? Çit, ipәk, mәxmәr, bafta, tafta,
hәr şeyim var.
G ü l ç ö h r ә. Aç
görәk xoşumuza gәlәn nә var.
Ә s g ә r. Bu saat, xanım.
(Açır, Gülçöhrәyә diqqәt
yetirir).
A s y a (kәnara). Batmış nә
göyçәk oğlandır.
Ә s g ә r. (yenә diqqәtlә
baxır). Bax, xanım, hәr nә könül
istәyәn desәn, hamısı burada vardır. (Kәnara).
Amma əcәb qızdır.
T e l l i. Ay xanım, o tumanlıq nә
yaxşıdır.
A s y a. A, nәyә lazım olan şeydir
ki....
G ü l ç ö h r ә (Asyaya).
Sәnә lazım olmaz, amma Telliyә lazım olar.
Ә s g ә r. Doğru buyurursan, xanım.
(Kәnara). Agıllı qızdır, ha!... (Ona) Neçә
arşın buyurursan qulluqçunuz ünün kәsim.
G ü l ç ö h r ә.
Arşını neçәdәndir?
Ә s g ә r. Heç neçә, on iki
qәpikdir. Amma sizә iki şahıdan hesab elәrәm.
G ü l ç ö h r ә. Bu cürә
çitin arşınını biz hәmişә
sәkkiz qәpikdәn alırıq, elә versәn on
arşın kәs.
Ә s g ә r. Zәrәr yoxdur, sizә
qurban olsun. (Olcur). Bir ... İki. (Kәnara) Amma,
deyәsәn, axtardığımı tapmışam ...
üç ... dörd ... vallahi çox gözәl
qızdır ... beş ... altı ... yeddi ... deyәsәn
elә qismәtim bu olacaqdır ... sәkkiz ... doqquz,
görünür zahiri, gözәl olan kimi batini dә
gözәldir ... on ... on bir ... on iki....
G ü l ç ö h r ә. On arşın
bәsdir.
Ә s g ә r. Buy, hә. Fikrimdәn
çıxdı, budur elә on arşındır.
(Kәsir qulluqçuya verir).
A s y a. Ah, bizә yaraşan heç zadın
yoxdur.
Ә s g ә r. Xanım, sizә yaraşan
şeyim çoxdur, ancaq evdәdir. İnşallah
gәlәn sәfәr gәtirәrәm.
(Gülçöhrә pul verir). Xanım evin abadan,
sәnin әlinin bәrәkәti mәnә
bəsdir.
G ü l ç ö h r ә. Nә bildin ki, әlimin
bәrәkәti vardır?
Ә s g ә r. Elә belә
ürәyimә damdı ki, sәnin әlin bәrәkәtlidir.
(Kәnara). Vallah, mәn deyәn elә budur ki, var. (Ona).
Xanım, bura Soltan bәyin evi deyilmi?
G ü l ç ö h r ә.
Özüdür.
Ә s g ә r. Abad olsun! Bәs Soltan
bәyin qızı hansınızdır?
A s y a. Bu özüdür.
Ә s g ә r. Allah ömür versin.
(Kәnara). Çox gözәl qızdır.
A s y a. Ay Gülçöhrә gedәk
evә; yoxsa әmim gәlәr acığı tutar.
Gedirlәr.
Ә s g ә r. Sağ olun, var olun!
G ü l ç ö h r ә
(gedә-gedә). Sәn dә sağ ol!
Ә s g ә r (tәk). Sözün
doğrusu, bundan yaxşı qız görmәdim vә ola
bilsin ki, heç görmәyim. Gәl Әsgәr, ya
qismәt de, bunu al. Soltan bәy mәni
görmәyibdisә dә, adımı eşidibdir. Bilir
ki, dövlәtli tacir oğlanam. Yәqin qızı
istәsәm verәr. İndi görәsәn, qız
bilsә ki, mәn doğrudan da arşın mal satanam,
mәnә gәlәrmi? Qızı bilmirәm, amma
Soltan bәy bilsә ki, mәn arşın mal satanam, min il
dә qalsa, qızı mәnә vermәz. Allahın
altında qız bir dә çıxaydı, yenә bir
görәydim, danışdıraydım. Dayan.... (Qapıya
baxır). Deyәsәn, gәlәn var. Qoy gizlәnim
görüm kimdir. (Gizlәnir, qapı açılıb
Gülçöhrә çıxır).
G ü l ç ö h r ә. Asya
demişkәn, arşınmalçının sir-sifәti
yaxşı idi. İndi Asyaya desәn ki, gәl sәni ona
әrә verәk, bir hәşir qatar, deyәr ki,
mәn arşınmalçının tayıyam? Amma
mәncә, arşınmalçılıq pis iş deyil
ki. O da tacir kimi bir şeydir. Vallah, atam razı olsa mәn ona
әrә gedәrәm. Çünki nә sayaq olsa,
yenә dә üzünü görmüşәm,
bilirәm ki, şil deyil, kor deyil, keçәl deyil,
sifәti dә xoşuma gәldi. Üzü nәcib
adamın üzünә oxşayır. Vallah onu
qәşәng geyindirәsәn, bir oğlan
çıxar ki, bәy balası kimi.... Mәnә deyir ki,
yәqin sәnin әlin bәrәkәtlidir.
Özü dә elә baxırdı ki, guya tәk
mәni görür.... Bir dә görsәydim,
yaxşıca diqqәt edәrdim.... Ah, gör nә
danışıram, kim bilir, bәlkә onun
arvad-uşağı vardır.... (Fikrә gedir).
Ә s g ә r
(çıxır hüzura, arşın
ğoltuğunda). Xanım, bağışla....
G ü l ç ö h r ә
(sәksәnir), Uy, qorxdum a....
Ә s g ә r. Qorxma, xanım,
deyәsәn mәn arşını burada qoyub
getmişәm.
G ü l ç ö h r ә. Olsa burada
qalardı....
Ә s g ә r.
Zәrәr yoxdur, evdә alahı arşınım
vardır.
G ü l ç ö h r ә (kәnara). Yenә
o sayaq baxır, gözü-gözümә sataşanda
elә bil ki, ildırım kimi mәni vurur.
Ә s g ә r. Xanım, allahın altında
Soltan bәyin on iki nәfәr sәn kimi qızı
olaydı.
G ü l ç ö h r ә. Yәni nә
demәk istәyirsәn?
Ә s g ә r. Onu demәk istәyirәm
ki, bir qızını
bәyә, birini xana, birini tacirә, birini mollaya,
birini dә seyidә verib, axırda birini dә
mәnә verәydi....
G ü l ç ö h r ә. Nә olar ki....
Ә s g ә r.
Amma yox, vermәz, әlbәttә vermәz. O bir bәy adamdır, amma mәn
arşınmalçı. O mәnә qız vermәz....
(Kinayә ilә) vә bir dә versә dә, qız
gәlmәz....
G ü l ç ö h r ә.
Görünür ki, sәn subaysan.
Ә s g ә r.
Lap subayam, allahın bәrәkәtindәn işim
dә çox yaxşı gedir. Bir parça
çörәyim var, ac deyilәm.
G ü l ç ö h r ә. Bәs nә
üçün indiyә qәdәr
evlәnmәyibsәn?
Ә s g ә r.
Nә sayaq evlәnim; görmәdiyim qızı
almaram; gördüyüm qızlardan da xoşuma gәlәn,
ürәyimә yatan bir nәfәr olubdur ki, onu
mәnә vermәzlәr....
G ü l ç ö h r ә. Qız
özü sәnә getmәzmi?
Ә s g ә r. Yәqin ki, getmәz,
çünki o bәy qızıdır.
G ü l ç ö h r ә. Sәn әvvәlcә
qızdan soruş, sonra de. Nә bilirsәn getmәz?
Ә s g ә r. Doğru buyurursan, xanım,
bәs, elә isә de görüm mәnә
gәlәrsәnmi?
G ü l ç ö h r ә
(tәәccüblә). Kim? Mәn?
Ә s g ә r. Bәli sәn, mәnim
xoşladığım qız bircә sәnsәn.
G ü l ç ö h r ә. Mәn elә
bildim ki, özgә qızdır....
Ә s g ә r. Sәndәn başqa
özgәsi ola bilmәz.
G ü l ç ö h r ә. Bәs sәn
mәni bir kәrә görmәklә xoşladın?
Ә s g ә r. Әlbәttә,
xanım, göz gördü, könül sevdi. Gözüm
sәni görәn kimi, qәlbim sevindiyindәn
çırpınmağa başladı.
G ü l ç ö h r ә (kәnara). Vallah mәnimki dә elә oldu.
M u s i q i
Ә s g ә r.
Öyrәnib pürfәnd oldum,
Özgәyә rüşxәnd oldum. (2
dәfә)
Hәr bir dәrdә mәn doldum,
Sәni gördüm, bәnd oldum. (2
dәfә)
Elә bәnd oldum, elә bәnd oldum,
Elә bәnd oldum, dilbәr!
Dura bilmәm mәn sәnsiz.
M u s i q i
G ü l ç ö h r ә.
Heç kәsi mәn görmәzdim,
Sirrimi söylәmәzdim. (2 dәfә)
Nәdir aşiq bilmәzdim,
Sәni gördüm bәnd oldum. (2
dәfә)
Elә bәnd oldum, elә bәnd oldum.
Elә bәnd oldum, dilbәr!
Dura bilmәm mәn sәnsiz.
M u s i q i
İ k i s i b i
r y e r d ә.
Kömәk etdi çün ol bәxt,
Gәldi çatdı axır vәxt. (2
dәfә)
Ömrümü bildim xoşbәxt,
Sәni gördüm bәnd oldum. (2
dәfә)
Elә bәnd oldum, elә bәnd oldum,
Elә bәnd oldum dilbәr. (2
dәfә)
Dura bilmәm mәn sәnsiz.
M u s i q i
Ә s g ә r. Xanım, mәn
sәnә yaraşan deyilәm.
G ü l ç ö h r ә. Bilmirәm, amma
xoşlamışam.
M u s i q i
Ә s g ә r. Görünür, doğru
deyirlәr ki, qәlb qәlbi istәr, xanım....
G ü l ç ö h r ә. Mәnә
xanım demә, adım Gülçöhrәdir.
Ә s g ә r. Gülçöhrә,
bәs nә sayaq edәk ki, atan sәni mәnә
versin?
G ü l ç ö h r ә. Mәni atamdan
istә, verәr, verәr, vermәz--mәn
özgәsinә әrә getmәrәm....
Ә s g ә r (kәnara). Çox
әcәb. (Ona) Atan sәni güclә verәr.
G ü l ç ö h r ә. Güclә
dә getmәrәm.
Ә s g ә r. Sәni zorla apararlar.
G ü l ç ö h r ә. Özümü
boğaram.
Ә s g ә r. Allah elәmәsin. İndi
ki, belә oldu, qoy bir yaxşı fikir edәk görüm
bәlkә bir әlac taparam. İndi sәn get evә,
yoxsa bizi görәrlәr, xudahafiz.
G ü l ç ö h r ә. Xudahafiz. Amma onu
bil ki, sözüm sözdür. (Gedir).
Ә s g ә r (tәk). Deyirәm vallah,
ürәk elә bir olur. Yazıq qız mәni
xoşlayıbdır. Özü dә bilmir ki,
dövlәtli tacirәm. Mәn dә qәsdәn
demәdim ki, qoy axıra kimi qızı sınayım.
Çox әcәb. İndi mәn gedim bir bәhanә
ilә xalamı dәxi buraya göndәrim ki, baxsın,
görsün necә qız seçmişәm.
Gedir.
G ü l ç ö h r ә
çıxıb ora-bura baxır vә sonra oturub fikrә
gedir.
G ü l ç ö h r ә. Bu nә iş
idi mәn elәdim. Yad oğlanla nәlәr
danışdım ki, heç qıza yaraşmaz....
Bilmirәm haradan gәldi çıxdı. Özü
yaxşı, sözü yaxşı.... Heç fikrimdәn
çıxmır.... Ah, necә könlüm pәrişan
olubdur (Oxuyur).
M u s i q i
Aşiq oldum necә bir tazә
güli-rәnayә.
M u s i q i
Aşiq oldum necә bir tazә
güli-rәnayә
Ki salıbdır mәni ol işvә
ilә qovğayә. (2 dәfә)
Aşiq oldum, aşiq oldum, aşiq oldum,
Necә bir tazә güli-rәnayә. (2
dәfә)
M u s i q i
Gözümün qanı ilә sinәmi al
etdim kim, (2 dәfә)
Sәbәbi-sәnәt ola ol
büti-bipәrvayә, (2 dәfә)
Pәrvayә, pәrvayә.
Bu bir işdir ki, mәni iynә kimi
incәldib, (2 dәfә)
Salır iplik kimi hәrdәm bir uzun
sövdayә,
Aşiq oldum, aşiq oldum, aşiq oldum,
Necә bir tazә güli-rәnayә. (2
dәfә)
A s y a vә T e l l i çıxıb oxuyurlar.
A s y a vә T e l l i.
Nә pәrişandır halın
Gülçöhrә,
Gülçöhrә?!
Nәdir bu ahı-zarın?
Tez söylә, tez söylә.
Niyә solmuş rüxsarın?
Gülçöhrә, tez söylә.
Qıza layiq olmaz kim,
Dәrd etsin, qәm çәksin. (2
dәfә)
Nәdir bu ahı-zarın?
Gülçöhrә, tez söylә,
Gülçöhrә, tez söylә. (2
dәfә)
H a m ı s ı içәri girirlәr. Bu
halda Ә s g ә r x a l a s
ı ilә bәrabәr çıxır. Cahan
çarşaba bürünübdür.
Ә s g ә r. Bax, xala, haman qız bu
evdә olur. Apararsan bu mәxmәri vә deyәrsәn
ki, arşınmalçı göndәribdir. Soruşan olsa
ki, sәn kimsәn, deyәrsәn ki,
arşınmalçının xalasıyam. Başa
düşdünmü?
C a h a n. Başa düşdüm, xalan
sәnә qurban, gedirәm. (Gedib içәri girir).
Ә s g ә r (tәk). Amma getdikcәn
qıza daha artıq bәnd oluram. Günü bu günü
Süleymanı görsәm göndәrәcәyәm
ki, gedib elçilik elәsin.... Belә istәdiyimi
tapdım.... Bu ev, bu hәyәt, bu yol hamısı elә
bil ki, üzümә gülür. (Oxuyur).
M u s i q i
Axtarıb tapdım sәni, sәndәmi
sevdin, yar mәni? (2 dәfә)
Gör nә haldır görmür
gözüm, şadlığımdan dünyanı
Gәl-gәl maralım, gәl, gәl-gәl,
ceyranım, gәl. (2 dәfә)
Sәni sevdim, yar sәni sevdim, gözüm
görmәz özgәni.
M u s i q i
Halal olsun Süleyman.
M u s i q i
Halal olsun Süleyman, sәn nә
kәlәkbazsan, şeytan!
Öyrәdib mәni yola saldın,
mәnә rast gәldi yar can. (2 dәfә)
M u s i q i
Gәl-gәl maralım gәl,
gәl-gәl ceyranım gәl! (2 dәfә)
Sәni sevdim, yar, sәni sevdim, gözüm
görmәz özgәni. (2 dәfә)
İndi burada dayanmayım. Gedim evә, xalam
gәlsin görәk nә söylәyәcәkdir.
(Gedir).
S o l t a n b ә
y bazardan qayıdır, yavaş-yavaş
gәlә-gәlә özbaşına
danışır.
S o l t a n b ә
y. Elә hamı mәn deyәni deyir: bir hallıca dul arvad
ola ki, bir nәfәr molla, üç manat pul vә bir
kәllә qәndlә iş tamam ola. İndi mәn nә
qayırım? Elә arvadı haradan tapım? Gәl, ay
arvad. Haradasan? Gәl, gәl. (deyәn kimi Cahan
çıxır vә buna tәrәf gәlir ki,
keçsin. Soltan bәy tәәccüblә). Paho!...
Yoxsa mәni qara basır.... Yox, deyәsәn diri gözlü
arvaddır. Özü dә bizdәn çıxdı.
Deyәsәn, allah mәnimkini yetirdi. (Cahana tәrәf gedir) Ay
bacı, kimsәn, bizdә nә işin var idi?
C a h a n. Arşın mal aparmışdım,
qızlara göstәrәm.
S o l t a n b ә
y (kәnara). Arvad olmağına arvaddır, ancaq
üzünü görsәm pis olmaz. (Ona). Yaxşı, bacı bir de,
çarşaba bürünmüş kişi olmayasan?
C a h a n. Buy ... ay qardaş, nә söz
danışırsan?
S o l t a n b ә
y. Bәs elә isә bir balaca üzünü
mәnә göstәr ki, yәqinlik hasil olsun.
C a h a n (üzünü açıb
göstәrir). Gördün ki, arvadam!
S o l t a n b ә
y. Hә, gördüm. (Kәnara). Arvadsan, özü dә
lap mәn deyәndәn. (Ona). Di yaxşı, bir mәni
başa sal görüm sәn kimsәn,
nәçisәn vә kimin adamısan?
C a h a n. Mәn
arşınmalçının xalasıyam, özüm
dә qızlara, arvadlara mal satıram.
S o l t a n b ә
y. Yaxşı, mәnә bir demәdin ki, görәk
kimin adamısan.
C a h a n. Bәy, dәllal
Kәrbәlayı Nәsirin külfәtiyәm,
bәlkә tanıyasan?
S o l t a n b ә
y. Xeyr, tanımıram, mәnim dәllal-mәllal ilә
işim olmaz.... Yaxşı, demәli, sәnin kişin
dәllallıq edir, özün dә arşın mal
satırsan.
C a h a n. Bәli, kişim dәllallıq
elәrdi.
S o l t a n b ә
y. Edәrdi? Bәs indi nә iş görür?
C a h a n. İndi allah bilir ki, nә iş
görür; rәhmәtlik on iki ildir ki, ölübdür.
S o l t a n b ә
y (sevinir). Ölübdür? Demәli, sәn dulsan?
C a h a n. Bәli, dulam.
S o l t a n b ә
y. Belә de dә. (Öskürür vә
özünü düzәldir). Deyirsәn on iki ildir ki,
әrin ölüb dul qalıbsan.... Çox әcab,
indi-bәs necә eylәyәk?
C a h a n. (tәәccüblә) Nәyi
necә eylәyәk?
S o l t a n b ә
y (karıxmış). Yox, belә onu deyirәm ki, mәnim
dә arvadım budur, beş ildir ki, mәrhum olubdur.
Belә olmaq çox pis şeydir. Adam lap tәk qalır,
bilmir ki, nә etsin. (Kәnara). Yaxşıca әlimә
düşübdür, heç buraxmaq lazım deyildir. (Cahan istәyir getsin Soltan, bәy
tez qabaqlayır). Әşi, bir dayan, hara
tәlәsirsәn?
C a h a n. Tәlәsiyirәm, işim
var.
S o l t a n b ә
y. Daha bundan gözәl nә iş olar, әcәb
söhbәt elәyirik. Sәn dul, mәn dul, gәl
dәrdlәşәk dә.... Yaxşı, indi sәn
deyirsәn ki, dulsan, hә?
C a h a n. Buy, dedim әrim on iki ildir ki,
ölübdür....
S o l t a n b ә
y. Axı burası var ki, mәn dә dulam....
C a h a n. Nә olar, allahın әmridir.
Tәk sәnin başında görünmәyib ki....
S o l t a n b ә
y. Orasını bilirәm.... Bura bax, gәl biz ikimiz bir
iş edәk.
C a h a n. Nә iş?
S o l t a n b ә
y. Belә iş ki, nә sәn dul olasan, nә dә
mәn....
C a h a n. Nә sayaq elәyәk?
S o l t a n b ә
y. Nә sayağı var ki, bir nәfәr molla,
üç manat pul, bir kәllә qәnd,
şütt-tamam, vәssalam.
C a h a n. Heç başa düşmürәm
ki, nә deyirsәn.
S o l t a n b ә
y. Başa düşmürsәn? Әcәb
dilbilmәzsәn! Bәs, elә isә, dürüst
qulaq as gör nә deyirәm, a dilbilmәz.
M u s i q i
(Çırtı vura-vura oxuyur.)
Bir at aldım, hәr yanı çapdım,
Gәl alım, gәl alım, dilbilmәz!
Axır gәlib sәni tapdım, maralım,
maralım, dilbilmәz!
Aman, aman oy, qaşı kaman oy!
Gәl alım, gәl alım, maralım,
dilbilmәz! (Oynayır).
M u s i q i
Bir ev tikdim, daş-üstәdir, gәl
alım, gәl alım, dilbilmәz!
Hәr nә desәn baş üstәdir,
gәl alım, maralım, dilbilmәz!
Aman, aman oy, qaşı kaman oy! Gәl alım,
maralım, dilbilmәz! (Oynayır).
M u s i q i
Sәn dul, mәn dul, gәl mәnә
bәnd ol, gәl alım; gәl alım,
dilbilmәz!Hәr nә desәm ona razı ol, maralım,
maralım, dilbilmәz!
Aman, aman oy, qaşı kaman oy! Gәl alım,
gәl alım, dilbilmәz!
(Bu halda Ә s g ә r gәlir vә
bunları görür.)
Ә s g ә r. Aha! Xalamın da işi
düzәldi. Әcәb! (İrәli gәlir, oynamaqda
olan Soltan bәyin qulağına.) A bәy! A bәy! Bir
dayan söz deyirәm (Soltan bәy sәksәnib
dayanır). Axı belә iş yaxşı deyildir; özgәnin
arvadına eşqnamә oxuyursan.
S o l t a n b ә
y. Balam, sәn kimsәn, sәnә nә?
Ә s g ә r. Necә mәnә nә?
Bu mәnim xalamdır.
S o l t a n b ә
y. Xalandır? Demәli, arşınmalçı
sәnsәn?
Ә s g ә r. Bәli, mәnәm.
S o l t a n b ә
y. Çox gözәl, çox pakizә. Balam, heç
sәnin insafın-zadın yoxdur?
Ә s g ә r. Nә olubdur ki?
S o l t a n b ә
y. Nә olacaq ki? Bu yazıq arvadı on iki ildir ki, dul
saxlayıb әrә vermirsәn.
Ә s g ә r (gülümsünür).
Nә edim, bir yaxşı adam tapmıram.
S o l t a n b ә
y. Yaxşı adam--mәn. Gәl dә!... Gәl qohum
olaq, mәn dә dulam.
Ә s g ә r (kәnara). Aha, yaxşı
fürsәtdir. (Ona). Doğru deyirsәn, bәy, ya zarafat
edirsәn?
S o l t a n b ә
y. Tayımsan ki, zarafat edim? Lap ürәkdәn doğru
deyirәm.
Ә s g ә r. Yaxşı, bәy,
fәrz edәk ki, mәn xalamı verdim sәnә,
bәs әvәzindә sәn mәnә nә
verәrsәn?
S o l t a n b ә
y. Nә verәcәyәm? Sәnin muzdun bu olar ki,
mәnim kimi bәylә qohum olarsan. Xalanın muzdu o olar ki,
canı rahat olar. Mәnim dә muzdum budur ki, savab yiyәsi
olaram. Daha bundan artıq nә istәyirsәn?
Ә s g ә r. Yox, bәy, bu sayaq sәrf
elәmәz....
S o l t a n b ә
y. Bәs nә sayaq sәrf elәr?
Ә s g ә r. Bax, bәy, indi ki,
mәnimlә qohum olmaq istәyirsәn, gәl
ikibaşlı qohum olaq.
S o l t a n b ә
y (tәәccüblә). Nә sayaq ikibaşlı?
Ә s g ә r. Bu sayaq ki, mәn xalamı
verim sәnә, sәn dә qızını ver
mәnә.
S o l t a n b ә
y (bәrk acıqlı). Axmağın birisi axmaq! Nә
yava-yava danışırsan?! (Xәncәrdәn
yapışır). Mәn bәy balası kimi
qızımı arşın mal satana verәcәyәm?!
Cәhәnnәm ol buradan sәn dә, sәnin xalan
da!... Qudurğanın birisi, bir sillә
çәkәrәm ki, dişlәrin qarnına
gedәr. Rәdd ol gözümün qabağından!
Ә s g ә r (arxayınca). Xala, gәl
gedәk. (Gedirlәr. Kәnara). Arşınmalçı
Әsgәrә qız vermәdi, amma tacir
Әsgәrә verәcәkdir.
S o l t a n b ә
y. Tez ol, itil buradan! (Evә tәrәf gedib qapının
azğında dayanır vә gedәnlәrә baxır.
Onlar gedirlәr.) Gör nә qudurğan gәdәdir ki,
cürәt edib qızımı istәyir.
(Xәncәrini çәkib yüyüryr).
Öldürәrәm sәni qudurğan oğlu,
qudurğan. (Qayıdıb fikrә gedir). Yoxdur, yoxdur
mәndә bәxt. Arvad әlimә göydәn
düşmüş kimi olmuşdu, özü dә әsl
mәn deyәn hallıca arvad ki, iş bir nәfәr molla
ilә bir kәllә qәndә bәnd idi;
mәrdümәzar oğlu, mәrdümәzar hayandan
gәldisә bütün işi korladı. Planımı
dağıtdı. Ey vay.... (Oxuyur).
Nә pis oldu halım mәnim, gәl
alım, gәl alım, gәl alım, dilbilmәz!
Getdi әldәn yarım mәnim, gәl
alım, maralım, dilbilmәz! Aman, aman oy.... (Girir
içәri.)
P ә r d ә
ÜÇÜNCÜ MӘCLİS
S o l t a n b ә
y i n evindә vaqe olur. G ü l ç ö h r ә tәkcә
oturub oxuyur. Musiqi çalınır.
Bülbüli-zarәm,
güli-rüxsari-alindәn cüda.
M u s i q i
G ü l ç ö h r ә
Bülbüli-zarәm,
güli-rüxsari-alindәn cüda,
Tutiyi-lalәm, şәkәr nisbәt
mәqalindәn cüda. (2 dәfә)
M u s i q i
Der idim sәbr eylәyim olsam cәmalından
cüda.
M u s i q i
Der idim sәbr eylәyim olsam
cәmalindәn cüda,
Bilmәdim düşvar imiş olmaq
vüsalindәn cüda. (2 dәfә)
Ah ... aman-aman ... aman-aman!
Bilmәdim düşvar imiş olmaq
vüsalindәn cüda. (2 dәfә)
Yar gәl, yar gәl, yar gәl, yar
gәl!...
M u s i q i
Әqlimi tәrk eylәdim fәzlü
kәmalindәn cüda.
M u s i q i
Әqlimi tәrk eylәdim fәzlü
kәmalindәn cüda.
Dönmüşәm mәn müflisә
cahü cәlalından cüda. (2 dәfә)
M u s i q i
Tirә oldu ruzigarım zülfü
xalindәn cüda.
M u s i q i
Tirә oldu ruzigarım zülfü
xalindәn cüda,
Oldu sәhra mәnzilim vәhşi
qәzalindәn cüda. (2 dәfә)
Ah aman, aman, aman, aman!
M u s i q i
Oldu sәhra mәnzilim vәhşi
qәzalindәn cüda. (2 dәfә)
Yar gәl, yar gәl, yar gәl, yar
gәl!...
M u s i q i
Üzünü örtüb ağlayır.
A s y a (daxil olub Gülçöhrәnin
yanına gәlir). Ah Gülçöhrә, sәn allah,
bir de görüm sәnә nә olub ki, bu bir
neçә gündür belә pәrişan
görünürsәn?
G ü l ç ö h r ә. Vallah, heç
özüm dә bilmirәm. Yәqin naxoş olmuşam.
A s y a. Axı naxoş olanın bir yeri
ağrıyar. Görünür ki, sәnin heç yerin
ağrımır, şükür allaha.
G ü l ç ö h r ә. Ah, Asya,
neylәyirsәn soruşub, sәn allah qoy mәni
әldәn.
A s y a. Yox, Gülçöhrә, bu bir
neçә gündür ki, sәn bilmәrrә
dәyişilibsәn.
Eyzәn fikirdә,
kefsiz, dinmәz, yәqin burda bir hikmәt vardır.... Ay
qız, bәlkә bir adama bәnd olubsan, hә?
G ü l ç ö h r ә.
(Hәrәkәt edir).
Kimә bәnd olacağam....
A s y a. Yox-yox, qızardın.
Görürәm ki, bir adama bәnd olubsan, ancaq o adam kimdir?
Bizә arşın malsatandan başqa heç kәs
gәlmәmişdi. (Birdәn). Yәqin o
gәdәyә bәnd olubsan?
G ü l ç ö h r ә. Gәdә
nә üçün olsun?!
A s y a. Aha, bildim. Arşınmalçıya
gözün düşübdür. Ay qız, heç
sәnә yaraşan işdirmi? Sәn bәy qızı,
bәy balası bir gәdәnin birinә bәnd
olubsan.... Nәdir-nәdir bir qәdәr sir-sifәti var.
Vallah, istәr lap çıraq kimi yansın, heç bir
belә dә mәhәl qoymaram; o hara, mәn hara....
G ü l ç ö h r ә. (tәqsirli
kimi). Vallah özüm dә başa düşmürәm
ki, bu nә haldır. (Ağlamsınır vә
әllәri ilә üzünü örtür.)
A s y a (nәsihәtyana). Sәn yekә
qızsan, elә şeylәri başından
çıxart. Sәn hara, bazarın gәdәsi hara?
Barı bәnd olursan, elә adama bәnd ol ki,
sәnә yaraşan olsun. İkinciyә qalan yerdә
bәnd olmaq özü qız üçün çox pis
şeydir. Bax, mәn sәnin kimi bir qızam, amma heç
gör mәn bir adama bәnd olurammı? Bir dә vallahi,
işdir, birdәn atan bilsә, yәqin bil ki, sәni
tikә-tikә doğrar.
G ü l ç ö h r ә. Qoy atam bilsin, bir
kәrәlik mәni öldürsün ki, canım
qurtarsın.
A s y a. Axmaqlama, axmaqlama! Gәl bәri,
gedәk o biri otağa, gör sәnә nәlәr
söylәyәcәyәm.
G ü l ç ö h r ә n i aparır,
gedirlәr.
S o l t a n b ә
y (daxil olur, tәk). Zalım oğlu
arşınmalçının xalası yaxşı
girimә keçmişdi, olmadı. Әsl mәn deyәn
arvad elә o idi ki, hallıca, dul, әndamlı. Bir
nәfәr molla, üç manat pul vә bir
kәllә qәnd, şüt-tamam, vәssalam. Amma di
gәl ki, mәndә bәxt yoxdur.... Qudurğan oğlu
qudurğan, bir dul xalasının әvәzindә
gözәl-göyçәk qızımı istәyir.
Guya ki, mәn qızımdan әl
çәkmişәm, bazarın gәdәsinә
verәm.... Mәn bir bәyәm ki, bütün
tanışlarım adımı әzbәr bilir.
Әşi, xanla aş
yemirәm ki, bığım yağa batar, bir gәdәnin
birisi mәnә göyә olmaq istәyir.... Amma
xalasını alardım vә bir söz deyәn olsaydı,
deyәrdim ki, bir fәqir dul arvad idi, rәhmim gәldi,
aldım.... Әlqәrәz, arvad elә öz
ayağı ilә yanıma gәlmişdi, şeytan
oğlu şeytan işә pәrxaşlıq saldı.
Qoymadı işimizi görәk.... Ah, gedәk bir az
dincәlәk; yenә belimin ağrısı tutdu.... (Gedir
o biri otağa, bu biri otaqdan Telli çıxır.)
T e l l i (tәk). Of, yenә ağam getdi
uzanmağa. Kişi lap zәhlәmi tökübdü, indi
yenә çağıracaqdır ki, ay qız Telli, gәl
üstümü basdır. (Soltan bәyin sәsi gәlir:
"Ay qız Telli, gәl üstümü basdır").
Çor, zәhrimar.... (Mülayim) Gәlirәm,
gәlirәm. (Gedir.)A s y a (daxil olub, tәk). Ha
öyüd, nәsihәt edirәm olmur. Görünür
ki, qız gәdәyә çox bәnd olubdur.
Ağlayır, ağlayır, gözünün
yaşını dolu kimi tökür; adamın rәhmi
gәlir: bilmirәm hayandan
gәldi çıxdı bura arşın malsatan.... Yenә
bir bәy balası ola, ya bir tacir oğlan ola, yeri var.
Halbuki bazarın
gәdәsi.... (Pәnçәrәyә
tәrәf baxır). O kimdir bizә gәlir? Buy, nә yaxşı
oğlandır, vallah lap bәy balasına oxşayır. Bax
adam bәnd olanda da belәsinә ola. Görәsәn bu
bizә niyә gәlir, xeyir xәbәr ola. Gәlir,
gәlir, düz bizә gәlir, qoy gәlsin
qaçmayacağam. Gәldi....
Q a p ı döyülür. A s y a
qapını açır. S ü l e y m a n daxil olur. Asya
әli ilә üzünü gizlәtmәk istәyir.
S ü l e y m a n. Soltan bәy evdәdirmi?
A s y a. Bәli, evdәdir. Bir qәdәr
burada әylәşin, gedim çağırım. (Gedir.)
S ü l e y m a n (tәk). Yәqin ki, Soltan
bәyin qızıdır, amma әcәb gözәl
qızdır, bәrәkәllah, Әsgәr!
Görünür ki, kişinin ruhu var ki, özünә bu
cür qız seçibdir. Mәn belә bilmәdim ki,
Soltan bәyin qızı gözәl imiş, yoxsa
әvvәldәn bilsәydim
özüm alardım. Heyf. Amma yaxşıca
qızdır. Vallahı çox böyük sәhv
elәmişәm. Gәrәk bu qızı mәn
alaydım. Halbuki indi gәlmişәm qızı
Әsgәr üçün istәyәm. (Fikir). Yoxsa,
bәlkә elә gәlmişkәn, elә
özüm üçün istәyim?... Yox, bu
yoldaşlıq haqqında namәrdlik olar. Әsgәr mәnә etibar edib
elçiliyә göndәribdir, özü dә qıza
bәnddir, necә ola bilәr ki, onu mәyus elәyim,
lәnәt şeytana. Adam gәrәkdir dostluqda düz
ola. Nә elәmәk? Mәn dә axtararam,
özümә bir gözәl qız taparam, xainlik pis
şeydir.
S o l t a n b ә
y daxil olur.
S o l t a n b ә
y. Paho, Süleyman, sәn hara, bura hara? Xeyir xәbәr
olasan, әylәş görәk nә var, nә yox?
(Әl-әlә verib, otururlar).
S ü l e y m a n. Bәy, xeyir olmamış
nә olacaq? Şükür allaha, hәr şey öz
yerindә sazdır.
S o l t a n b ә
y. Çox gözәl, indi söylә daha nә var,
nә yox?
S ü l e y m a n. Bәy, bilirsәn bu
dünyanın işi elә belә gәlibdir ki, insan
insana lazım olur, adam adama gәrәk olur.
Görürsәn ki, әvvәlcә bir adamı heç
tanımırsan, sonra tanış olrusan, ondan sonra lap qohum
olursan. Ancaq bir iş var ki, qohum olanda, gәrәk elә
olasan ki, sәnә yaraşan ola, özü dә varlı
ola, adlı-sanlı ola.... Mәsәlәn,
götürәk bizim cavan tacirimiz Әsgәri....
S o l t a n b ә
y. O kimdir?
S ü l e y m a n. Bәy, sәn onun
özünü tanımasan da, atasını yaxşı
tanıyırsan. Mәrhum bәzzaz Mürsәli
deyirәm ki, bir gözәl kişilәrin birisi idi.
S o l t a n b ә
y. Hə, yaxşı
tanıyıram; hәqiqәt, mәrhum çox
gözәl kişi idi.
S ü l e y m a n. Bәli, indi Әsgәr
dediyim oğlan onun oğludur ki, o da hәr bir barәdә
atası kimi gözәl adam vә ağıllı
oğlandır. Özünün dә şükür allaha,
yaxşı varı, malı. Alveri dә çox
böyük tәrәqqidәdir.
S o l t a n b ә
y. Yaxşı, Әsgәr nә deyir?
S ü l e y m a n. Әsgәrin dediyi odur ki,
sәninlә qohum olmaq istәyir.
S o l t a n b ә
y. Balam, mәnim qızım uşaqdır ki....
S ü l e y m a n. Bәy, gәrәk uşaq
olmasın. Amma onu bil ki, Әsgәr özgә adamdır,
bәy. O sayaq oğlanın qohumluğu sәnә hәr
bir barәdә yaxşı olar.
S o l t a n b ә
y. San orasını doğru deyirsәn; hәqiqәt tacir
tayfası mәnim xoşuma gәlir. Yoxsa bu incinar-mincinar,
doxtur-moxtur, vәkil-mәkil, uçitel-muçitellәr
ilә mәnim işim olmaz. Vә xoşuma da
gәlmәzlәr. Ancaq burası var ki, Әsgәri
mәn görmәmişәm. Hәrçәnd
bilirәm ki, atası yaxşı kişi idi vә
dövlәti dә çox idi, ancaq bәzi vaxt
yaxşı kişinin pis övladı olur.
S ü l e y m a n. Xeyr, bәy, Әsgәr
çox gözәl oğlandır. Çox
ağıllı, yaraşıqlı vә çox da
şüurlu oğlandır. O barәdә tәvәqqe
edirәm ki, mәnә etibar edib, sözümә inanasan.
Hәrgah allah elәmәmiş Әsgәr pis adam
olsaydı, mәn sәnin qızını ona istәrdimmi?
S o l t a n b ә
y. Elә isә, allah xeyir versin, razıyam....
S ü l e y m a n (әl tutur). Allah xeyir versin,
allah hәr ikisini xoşbәxt elәsin. Oğul-uşaq
sahibi olsunlar.
S o l t a n b ә
y. (durur). İndi buyur dә, buyur, gedәk o biri otağa
çaydan-zaddan içәk, söhbәtimizi dә orada
edәk. (Durub, o biri otağa keçirlәr.)
A s y a (daxil olur, tәk). Vallah, heç
belә gözәl oğlan olmaz. Ömrümdә dә
görmәmişәm. Qoy indi dә bu qapının
deşiyindәn baxım, (Әyilib qapının
deşiyindәn baxır.) Mәn dә bu oğlana bәnd
olacağam. (Acıqla). Nә qayırım? Gülçöhrә
gәdәnin birinә bәnd olanda, mәn niyә
bәy oğlu kimi bir cavana bәnd olmayım? Elә olaram
ki, hәlә Gülçöhrәni dә
ötәrәm.... (Aşiqanә). Of, hәqiqәt,
adamın adama gözü düşәndә
әhvalı necә pәrişan olur! (Oxuyur).
M u s i q i
Gözәlim, yar gözәlim.
M u s i q i
Bir sözüm var, gözәlim.
M u s i q i
Bu yazıq yarına hәrdәn
Bir nәzәr sal, gözәlim.
(2dәfә)
M u s i q i
Aşiq oldum sәnә mәn.
M u s i q i
Etmәdin lütfü kәrәm.
M u s i q i
Bu yazıq yarına hәrdәn
Bir nәzәr sal, gözәlim.
(2dәfә)
M u s i q i
Yanıram eşq oduna,
Yetmәdin fәryadına.
Bu yazıq yarına hәrdәn
Bir nәzәr sal, gözәlim. ( 2
dәfә)
M u s i q i
Gözәlim, yar gözәlim....
Oynayır, sonra gedir.
T e l l i (çıxır). Yaxşı ki,
qonaq gәldi, mәni ağamın әlindәn
qurtardı. Yoxsa oramı basdır, buramı basdır,
oramı ov, buramı ov.... Daha hәlak elәdi mәni.
Belә şorgöz kişi olmaz. Vallah bir allah
bәndәsi olsaydı, mәnicә alardı,
canımı qurtarardı. Amma hanı bir elә allah
bәndәsi! (Deyәn kimi qapı döyülür). Bu
kimdir? Yoxsa allah bәndәsini yetirdi. (Gedib qapını
açır, Vәli daxil olur).
V ә l i. Soltan bәyin evi buradır?
T e l l i. Hә, buradır, nә işin var?
V ә l i. Sizdә bir nәfәr qonaq
varmı?
T e l l i. Hә, var, necә?
V ә l i. Daha nә üçün
acığın tutur?
T e l l i. Acığım nә
üçün tutsun, sәn kimsәn?
V ә l i. Mәn kilimçi. (Kәnara).
Amma әcәb qızdır, yәqin bu qulluqçudur.
T e l l i. Kilimçi nәdir?
V ә l i. Bir әvvәlcә de
görüm sәn kimsәn?
T e l l i. Mәn bu evin qulluqçusuyam.
V ә l i. Mәn dә o evin
nökәriyәm.
T e l l i. Hansı evin?
V ә l i. Belә o evin, o....
T e l l i. Buy, elә bil gәdә dәli
olubdur.
V ә l i. Dәli niyә oluram, maralım!
T e l l i. Mәn maral deyilәm.
V ә l i. Belә mәndәn ötrü
maralsan, bu canım sәnә peşkәş. Belә,
belә ... belә.... (Oxuyur).
M u s i q i
Qoy xanımı bәy aparıb
Tezlik ilә toy elәsin. (2 dәfә)
Sәnidәcә mәn alaram, (2
dәfә)
Mәn dә bir bәy olaram.
T e l l i. Pulun var?
V ә l i. Var, var.
T e l l i. Pulun var, gәlәrәm!
V ә l i. Bilirәm, gәlәrsәn!
Tel l i. Belә, belә yarımsan!
V ә l i. Belә, belә canımsan!
M u s i q i. Oynayırlar.
T e l l i.
Mәn gedәrәm ol kәsә ki, (2
dәfә)
Onun pulu çox olsun.
Onun pulu çox olsun, (2 dәfә)
Dәrdi, qәmi az olsun.
Pulun var?
V ә l i. Var, var.
M u s i q i. Oynayırlar.
İ k i s i b i
r y e r d ә.
Qoy xanımı bәy aparıb,
Tezlik ilә toy elәsin. (2 dәfә)
V ә l i. Sәnidәcә, mәn alaram.
T e l l i. Mәnidәcә sәn alarsan.
V ә l i. Mәn dә bir bәy olaram. (2
dәfә)
T e l l i. Sәn dә bir bәy olarsan.
(Tәk). Pulun var?
V ә l i. Var, var.
M u s i q i. Oynayırlar.
T e l l i (xoşuna gәlir). Әşi tez ol,
sözünü de görüm nә istәyirsәn?
V ә l i. Sәni istәyirәm, sәni.
Bildinmi?
T e l l i. Buy, әcәb işә
düşdüm.
V ә l i. Gözümün,
işığı, get, o qonağa deynәn ki, bir qapıya
çıxsın, sözüm var. (Telli gedir). Yeri maralım,
yeri. Yeri ceyranım, yeri. Әcәb qızdır. Vallah, qoy
ağam qızı alsın, mәn dә bunu alım,
ikimizin dә toyu bir gündә olsun.
(Әlini-әlinә sürtür).
S ü l e y m a n vә S o l t a n b ә y çıxırlar.
S ü l e y m a n. Hә, Vәli,
sәnsәn? Bildim nә üçün gәlibsәn,
gәl gedәk. (Soltan bәyә). Bәy,
hәlәlik xudahafiz.
S o l t a n b ә
y. Xudahafiz, salamat ol. (Gedirlәr. Soltan bәy Süleymanı
ötürüb qayıdır). Ay qız, Telli.
Gülçöhrәni, Asyanı bura çağır
gәlsin. Qıza da deyim görüm nә olur.... Bәli,
dünyanın işi belәdir.... Bir vaxt var idi biz dә
cavan idik.... İndi....
Q ı z l a r gәlirlәr.
S o l t a n b ә
y. Hә, oturun görüm. Ay qız
Gülçöhrә, nә üçün belә
bikef görünürsәn? Nә olub ki, naxoş
deyilsәn ki?
G ü l ç ö h r ә. Xeyr ata,
yaxşıyam.
S o l t a n b ә
y. Çox gözәl, qızım, bilirsәn nә var?
G ü l ç ö h r ә. Xeyr, ata.
S o l t a n b ә
y. Bәs elә isә bil: sәni әrә verirәm.
G ü l ç ö h r ә
hәrәkәt edir. T e l l i şad olur. A s y a
heyfsilәnir.
A s y a (kәnara). Heyf, oğlan әlimdәn
çıxdı.
G ü l ç ö h r ә. Ay qız,
mәnim nә vaxtımdır ki, әrә gedim?
S o l t a n b ә
y. Lap yaxşı vaxtındır. Uşaq ki, deyilsәn.
Hәr bir şeyi bilirsәn, anlayırsan. Sәni bir tacir
oğlana verirәm ki, hәm cavan, hәm pullu, hәm
mallı....
G ü l ç ö h r ә. Ata,
acığın tutmasın, mәn әrә gedәn
deyilәm.
S o l t a n b ә
y (mülayim). Bax, axmaqlama.
Mәn elçiyә söz verdim getdi.
A s y a (kәnara). Allah sәnә
şükür, gәlәn oğlan elçi imiş.
G ü l ç ö h r ә. Yox ata, mәn
әrә getmәk istәmirәm.
S o l t a n b ә
y. Yaxşı, yaxşı, naz elәmә, bilirәm ki,
ürәyindә sevinirsәn.
G ü l ç ö h r ә. Yox ata, doğru
sözümdür, mәn әrә getmәk
istәmirәm, istәyirsәn vur mәni öldür,
әrә vermә.
S o l t a n b ә
y. Deyәsәn, sәn doğrudan danışırsan.
(Bәrkdәn). Nә axmaq sözdür, necә yәni
әrә getmәk istәmirsәn? Evdә qalıb
qocalıb qartımayacaqsan ki?
G ü l ç ö h r ә
(ağlayır). Mәn
әrә getmәk istәmirәm.
S o l t a n b ә
y (lap bәrkdәn). Sәn allah qudurğan olma. Sәnin
nә haqqın var söz danışmağa. Atan sәni
әrә verir, sәnin borcun itaәt elәmәkdir.
A s y a. Әlbәttә,
Gülçöhrә, atan nә deyir, sәn ona qulaq as,
indi ki, sәni әrә verirlәr, sәnin borcun
getmәkdir. Daha burda artıq çek-çevir olmaz ki....
G ü l ç ö h r ә. Qoy atam mәni
öldürsün, amma әrә vermәsin.
A s y a. Axı sәnin danışmağa
nә haqqın vardır.
S o l t a n b ә
y. Sәnә deyirәm ki, axmaq olma. Mәn sәni
elә adama әrә verirәm ki, daha elәsin tapmazsan.
Sәn nә fikirdәsәn?
G ü l ç ö h r ә. Sәn o adama
Asyanı әrә ver, qoy mәn evdә qız qalım.
S o l t a n b ә
y. Nә boş-boş danışırsan. Asyanı
istәyәn olsa, onu da әrә verәcәyәm.
İndi sәni istәyirlәr, gәrәk
әvvәl sәni verim.
A s y a. Әlbәttә, elәdir.
G ü l ç ö h r ә. Mәn
әrә getmәk istәmirәm.
S o l t a n b ә
y (acıqlı). Sәnin borcun deyildir, ağzın nәdir
getmәyәsәn. Atan sәnә buyurur get, get!
Çox o yan-bu yan elәsәn, tutub qulağından
mıxlaram divara. (Gülçöhrә ağlayır....
Sükut. Soltan bәy acıqlı-acıqlı ora-bura
gәzinir. Bir azdan sonra mülayim dillә deyir.)
Qızım, sәn elә bilirsәn ki, mәn sәni
pis adama әrә verirәm? Sәn onu yәqin bil ki,
belә oğlana gedәcәksәn ki, padşah balası
kimi; özü cavan oğlan, tacir, pulu çox, dövlәti
çox. Bәs dәliyәm ki, sәni pis yerә verim?
Sәn mәnim gözümün işığı
tәk qızımsan, mәn sәni bәdbәxt
elәrәmmi? (Tutub qızının alnından
öpür). Sәn qoca atanın sözünә qulaq as,
dәlilik elәmә!
G ü l ç ö h r ә
(ağlaya-ağlaya). Ay ata, vallah әrә getmәyә
heç könlüm yoxdur. Necә elәyim? Sәn
mәni әrә vermә, qoy evdә qalım.
S o l t a n b ә
y. Qızım, inad olma! Atan nә deyir, sәn dә ona
itaәt elә, elәmәsәn allah sәni
xoşbәxt elәmәz, bәdbәxt olarsan vә onu
yәqin bil ki, mәnim sözüm sözdür. Mәn
kişiyә söz verdim, allah qoysa, bu gün-sabah nişan
qoyular, kәbin kәsilәr, toy olar. Gedәrsәn
әrә, әrin dövlәtli, özü yaxşı
adam; oğul-uşaq sahibi olarsan, ev yiyәsi olarsan, mәn
dә bu qoca vaxtımda bir azca dincәlәrәm,
arxayın olaram. Sәn mәn deyәnә qulaq as.
G ü l ç ö h r ә. Ay ata, indi ki,
sәn istәyirsәn mәn әrә gedim, qoy onda
öz istәdiyimә gedim.
A s y a qorxusundan guya üzünü
cırır, tәәccüb edir.
S o l t a n b ә
y (tәәccüb vә heyrәtlә). Qızım
sәn istәdiyin kimdir, söylә görәk.
A s y a qorxur. Musiqi.
G ü l ç ö h r ә. (Oxuyur).
Mәni saldı olmaz dәrdә,
arşın mal alan, (2 dәfә)
Qalmadı heç taqәt mәndә,
yanaram. (2 dәfә)
Gündüz-axşam fikrim, zikrim, arşın
mal alan, (2 dәfә)
Ola bilmәz özgә fikrim, arşın mal
alan, (2 dәfә)
Onu görcәk aşiq oldum, arşın mal
alan, (2 dәfә)
Günü-gündәn dәrdә doldum,
yanaram. (2 dәfә)
S o l t a n b ә
y (bәrk hirslәnir).
Qızım, arşın mal alan kimdir? (Kәnara). Yoxsa
o xalası olandır?
G ü l ç ö h r ә. Mәn
getsәm, ona әrә gedәrәm.
S o l t a n b ә
y. (Birdәn qışqırır). Nә danışırsan,
axmaq qızı axmaq. Bazarın gәdәsinә
әrә gedәcәksәn, dәli olubsan nәdir?
Allaha and olsun, bir sillә çәkәrәm ki,
dişlәrin qarnına gedәr. Bәli, Soltan bәyin
qızı bir gәdәyә aşiq olubdur,
pәh-pәh, pәh! İndi bildim ki, nә
üçün әrә getmәk istәmirsәn. Amma
onu sәn yәqin bil ki, әgәr belә axmaqlasan,
atamın goru haqqı, sәnә bir toy tutaram ki, bir
kәrә nәfәsini çәkәrsәn.
Sәn mәnim namusuma toxunan iş görürsәn.
Nә haqqın var ki, arşınmalçıya baxırsan.
Qoy bir o arşınmalçı gözümә
görünsün: ona mәn bir patron çaxım ki,
iyi-tozu qalmasın. Onu bil ki, mәnә Soltan bәy
deyәrlәr. Mәn binamusluğu qәbul edәn adam
deyilәm. Sәni dә öldürәrәm, onu da
öldürәrәm!
G ü l ç ö h r ә
(ağlaya-ağlaya). Ata, vallah, öldür mәnim canım
qurtarsın.
S o l t a n bәy
(çığıra-çığıra). Öldürәcәyәm!
Bu papaq mәnә haram olsun ki, bir dә
arşınmalçı adı tutsan, sәni
tikә-tikә doğracayam. Belә binamusluq olar ki,
mәnim qızım gәdә-güdәyә bәnd
olsun? (Ayağını yerә vurur). Dur bu saat rәdd ol
gözümün qabağından. İtil burdan, binamus.
(Gülçöhrә durub bәrk ağlaya-ağlaya
gedir. Soltan bәy hövlnak ora-bura gәzir. Asya vә
Telliyә.) Nә vaxt arşınmalçı, bura
gәlmişdi?
A s y a (qorxa-qorxa). Vallah, xәbәrim yoxdur.
S o l t a n b ә
y. Necә xәbәrin yoxdur? Yalandan mәndәn
gizlәyirsiz. Cәhәnnәm olun siz dә burdan. (Asya
vә Telli qaçırlar.) Әcәb başıma
kәlәk gәldi; itin birisi qapıma gәlib
qızımı özünә bәnd elәyir; belә
dә binamusluq olar? İndi başa düşürәm ki,
nә üçün xalasının әvәzindә
qızımı istәyirmiş. Cәhәnnәm olsun
onun xalası da, istәmәdik.... Qız lap dәli kimi
olubdur. Gәrәk tezliklә әrә verim,
çıxsın getsin, yoxsa işdәn sonra bir xata
çıxar. Süleymanı görsәm
deyәcәyәm ki, Әsgәrә xәbәr
versin ki, gәlib qızı götürüb
qaçsınlar, yoxsa görünür ki, xoşa-xoşluqla
getmәyәcәkdir. Mәnim dә hirsim tutar, vurub öldürәrәm.
Ay qız, Asya, Telli. Bura gәlin. (Asya vә Telli daxil olur.)
Bax, mәn gedirәm bazara, siz
Gülçöhrәyә öyüd-nәsihәt
edәrsiniz, onu başa salarsınız. Yoxsa vallah, allaha and
olsun hamınızı qıraram. (Gedir bazara).
A s y a (Telliyә acıqla). İndi biz fәqir
nә qayıraq, bizdә nә taqsır var ki,
Gülçöhrә bir gәdәyә aşiq olubdur.
Ay qız get Gülçöhrәni çağır bura.
(Telli gedir.) Gör, sәn allah. Qızın
cürәtinә bax. Atasına açıq deyir ki,
arşınmalçıya bәnd olmuşam. Lap xatadır bu
qızın işi.
G ü l ç ö h r ә ilә T e l l i
gәlirlәr. G ü l ç ö h r ә yenә
taxtın üstә yıxılır.
M u s i q i
A s y a vә T e l l i.
Bәsdir bunca ahü zarın (2 dәfә)
Nәyә lazım bu fәryad (2
dәfә)
Layiqdirmi ola yarın, (2 dәfә)
Atan ola sәnә yad! (2 dәfә)
G ü l ç ö h r ә.
Getmiş әldәn ixtiyarım, (2
dəfə)
Kimsәdәn yox heç imdad.
Ağlar oldu böylә halım,
Necә qılmam mәn fәryad?! (2
dәfә)
A s y a vә T e l l i.
Heç yaraşmaz ah edәsәn. (2
dəfə)
Gәl ol sәn dә biz tәk şad.
(2dәfә)
Səy qıl kim qala sәndә (2
dəfə)
Xalq içindә yaxşı ad. (2
dәfә)
M u s i q i
P ә r d ә
DÖRDÜNCÜ MӘCLİS
Ә s g ә r i n evindә vaqe olur. Ev
yaxşı bәzәnib, Ә s g ә r özü
dәxi yaxşı geyinibdir.
Ә s g ә r. Biçarә
Gülçöhrәnin başına әngәllәr
açdım. İndi yazıq qız elә bilir ki,
doğrudan da onu özgәsinә әrә verirlәr.
Amma әcәb sözü üstә dayanan qızdır.
Xoşluqla әrә getmәyә razı olmadı, odur
ki, atasının tәvәqqәsinә görә,
adam göndәrmişәm ki, gedib götürüb
qaçsınlar. Zәrәr yoxdur; bir-iki saatdan sonra
mәnim kәlәyimin üstü açılar, onda
qız da sevinәr, mәn dә sevinәrәm, atası
da sevinәr, hamı sevinәr. Amma ürәyim çox
bәrk tәlәsir, istәyirәm ki, qızı tez
gәtirsinlәr ki, yazıq daha әzab çәkmәsin.
Amma qәribә iş gördüm ha.
Evlәnmәdim-evlәnmәdim, axırda bu
kәlәklә evlәndim. Heç pis elәmәdim,
yaxşı elәdim. Allah Süleymanın atasına
rәhmәt elәsin, әcәb şey öyrәtdi. İndi heç
olmasa görüb sevdiyim qızı alıram, qız dәxi
mәni sevir!... Qәrәz,
gedim xalam dediklәrimi düzәldibdirmi? (Gedir).
Bir qәdәr sonra qapı
açılır. G ü l ç ö h r ә n i
qaçırıb gәtirirlәr. Bir neçә
oğlan Gülçöhrәnin qolundan tutub onu
içәri salırlar vә qapını örtüb
gedirlәr. Gülçöhrә bәrkdәn
ağlaya-ağlaya taxtın üstünә yıxılır.... Bir az
keçәndәn sonra deyir:
G ü l ç ö h r ә. Ox. Bu nә
әzabdır mәn çәkirәm. Mәni
güclә, zorla әrә verirlәr. Bilmirәm
kimә verirlәr, mәni sevdiyimdәn ayırırlar.
İstәmirәm mәn bu dövlәti, bu
dәstgahı. Mәn öz sevgilimi istәyirәm.
(Üzünü örtüb ağlayır.)
M u s i q i
G ü l ç ö h r ә.
Hicran dәrdi, fәlәk verdi,
Bunca cәfanı layiq gördü. (2
dәfә)
Yoxdur taqәt, sәbrә halәt.
Ölmәk yaxşıdır, nә ki bu
zillәt. (2 dәfә)
Ey xuda rәhm et, ey xuda rәhm et!
Qıl mәdәd ya rәb, mәn
yazığa rәhm et!
M u s i q i
Yox, mәn bu hala davam edә bilmәrәm.
Daha mәndә tab vә taqәt yoxdur. Hamısından
yaxşısı budur ki, bir kәrәlik özümü
boğum öldürüm, canım qurtarsın.
(Dәsmalın açıb burur ki, özünü
boğsun, lakin bu әsnada "Arşın mal alan...."
sәsini eşidib tәәcüblә qulaq asır
vә eşitdikcә keçmiş günlәrini yada
salır. Әsgәr pәrdә dalında oxuyur:
"Arşın mal alan!" Axıra kimi oxuyub qurtarır.)
M u s i q i
Ә s g ә r
daxil olub, salam verir.
G ü l ç ö h r ә
(tәәccüblә baxır). Sәnsәn, yoxsa
özgәdir?
Ә s g ә r. Mәnәm, mәnәm,
Gülçöhrә, arxayın ol.
G ü l ç ö h r ә (ağlayır).
Görürsәn mәnim başıma nә işlәr
gәtirirlәr? Bir qәdәr gec gәlsәydin,
özümü öldürmüşdüm. Sәn buraya nә
sayaq gәldin? Sәni burada görsәlәr
öldürәrlәr.... Mümkün varsa, gәl
qaçaq. (Әcәlә ilә dartır.)
Ә s g ә r (gülür). Hara qaçaq
öz evimizdәn?
G ü l ç ö h r ә
(heyrәtlә). Nә danışırsan, bura kimin evidir?
Ә s g ә r. Bura mәnim evimdir, sonra da
olacaq sәnin evin.
G ü l ç ö h r ә. Heç başa
düşmürәm? Mәni kim götürüb
qaçıbdır?
Ә s g ә r. Mәn göndәrdiyim
adamlar.
G ü l ç ö h r ә (fikirli). Bәs
mәn elә bildim ki, mәni atam verdiyi tacir oğlanın
adamları götürüb qaçıblar.
Ә s g ә r. Әlbәttә,
elәdir. Gülçöhrә (lap heyran qalır).
Yenә başa düşmәdim, allah eşqinә,
mәni başa sal görüm bu nә kәlәkdir.
Ә s g ә r (gülür). Bax,
Gülçöhrә. Sәnә aşiq olan
arşınmalçı da mәnәm, atan әrә
vermәk istәdiyi tacir oğlan da mәnәm. Mәn
yalandan arşın mal satan olub özümә qız
axtarırdım ki, axırda sәni tapdım vә atandan
istәdim, o da verdi, amma atan bilmәdi ki, mәn
arşın mal satan oğlalam, çünki o
әvvәldәn mәni görmәyibdir.
G ü l ç ö h r ә (nazla). Ay biinsaf.
Bәs mәnә yazığın gәlmәdi ki, bu
qәdar әziyyәt çәkdim, әzab
çәkdim, atam mәni öldürmәli oldu.
Özümü öldürmәli oldum.... (nazla). Belә
bilsәydim, sәni sevmәzdim....
Ә s g ә r. Bәs burası var ki, bu
şadlığımız bütün o
әziyyәtlәri yuyur aparır, elә deyilmi
maralım, Gülçöhrә?
G ü l ç ö h r ә (axırda
razı olur). Elәdir.
Ә s g ә r. Di gәl bәri, gedәk
otaqları bir-bir gәzәk vә xalamı da
görәk. (Gedirlәr o biri otağa.)
Bu halda bayır qapıdan S o l t a n b ә y daxil olur.
S o l t a n b ә
y. Vallah, yenә ata ürәyidir, tab gәtirmәdi, dedim
gedim görüm, bәlkә qız,
xudanәgәrdә, özünә bir xәsarәt
yetirdi. (Ora-bura baxır.) Bәs hanı bunlar? Ay uşaqlar,
kim var?
Ә s g ә r daxil olur.
Ә s g ә r. Salamәleyküm, Soltan
bәy, sәn bizә xoş gәlmisәn.
S o l t a n b ә
y (әvvәl xoş
üzlә, sonra tәәccüblә). Balam, sәn....
Sәn Әsgәrsәn? Yoxsa o arşın mal satan?
Ә s g ә r. Xeyr bәy, mәn Hacı
Mürsәl oğlu Әsgәrәm, sәnәtim
dә tacirlikdir.
S o l t a n b ә
y. Deyirәm axı, ancaq mәnim gözümә belә görükdü ki,
qabağımda o gәdәdir.
Ә s g ә r. Hansı gәdә?
S o l t a n b ә
y. Heç, bir gәdә var idi, arşın mal satardı.
Ә s g ә r. Bilirәm, sәn
istәdin ki, onun xalasın alasan, o da әvәzindә
sәndәn qızını istәdi, özü dә acıqlanıb
qovdun, elәdirmi?
S o l t a n b ә
y (tәәccüblә). Elәdir.... Balam sәn hardan
bildin?
Ә s g ә r. Necә bilmәyim ki, o
mәn özüm idim....
S o l t a n b ә
y (heyrәtlә.) Nә danışırsan?
Ә s g ә r. Bәli, bәli, mәn
qәsdәn elә etdim ki, qızı görüm sonra alım.
S o l t a n b ә
y. Doğru deyirsәn?
Ә s g ә r.
Budur, qızın tәsdiq edәr.
(Çağırır Gülçöhrәni.)
Gülçöhrә!
G ü l ç ö h r ә (daxil olub
atasına tәrәf gedir). Bax, ata, hәm sәn
deyәn oldu, hәm mәn deyәn. Әsgәr bizi
kәlәyә qoyub sәnin acığına vә
mәnim dә әzabıma sәbәb oldu, bütün
tәqsir bundadır.
S o l t a n b ә
y (ayılır). Hә, indi başa düşdüm,
çox kәlәkbaz imişsәn. Rәhmәtlik
sәnin atan heç belә deyildi. Ya allah. (Әl verir.)
Çox gözәl, çox pakizә, vay sәni
Әsgәr. Amma әcәb kәlәkbaz
imişsәn. (Yadına düşür). Yaxşı, balam,
bәs sәnin xalan necә oldu, hә? Hәqiqәt, o,
sәnin xalan idi, yoxsa o da kәlәk idi?
Ә s g ә r. Xeyr, doğrudan xalamdır.
S o l t a n b ә
y. Yәqin özü dә duldurmu? (Sevinir).
Ә s g ә r. Bәli, duldur.
S o l t a n b ә
y. Hә, di ver gәlsin dә!
Ә s g ә r. Gәlsin, nә deyirәm,
Gülçöhrә, zәhmәt çәk
xalamı çağır.
G ü l ç ö h r ә gedir.
S o l t a n b ә
y. Gәlsin, onu alım da! O dul, mәn dul; hәkim dә
mәnә deyib ki, gәrәk arvad alam. Mәn bilәn
hәkim xalanı da görsә deyәr ki, әrә
get.
Ә s g ә r. Nә sözüm var ki, al
dә, al ikibaşlı qohum olaq. İndi bildinmi,
ikibaşlı qohum nәdir?
S o l t a n b ә
y (gülür). Bildim, bildim, a kәlәkbaz.
G ü l ç ö h r ә vә C a h a n
daxil olurlar.
S o l t a n b ә
y (Cahana). Әşi, gәl dә!... İrәli gәl!
Görürsәn sәnin, sәnin bu bacıoğlun
nә kәlәkbaz imiş.... Hә, indi nә
deyirsәn, bir nәfәr molla, bir kәllә qәnd
vә üç manat pulla aran necәdir? Deyirәm ki,
elә Әsgәrlә Gülçöhrәnin vә
sәninlә mәnim toyumuz bir olsun.
C a h a n. Nә deyirәm, allah xeyir versin.
H a m ı. Amin, amin.
S o l t a n b ә
y. Balam, o uşaqlar evdә tәk qaldılar, nigarandılar.
Sizin gәdәni göndәrin Asya ilә Tellini bura
gәtirsinlәr.
Ә s g ә r. Bu saat gedim göndәrim.
(çıxır).
S o l t a n b ә
y Әşi, vallah, sevindiyimdәn elә bilirәm ki, cavan
oldum.... (Tez dilin dolayır). Yәni qoca da deyilәm, elә
cavan kimi bir oğlanam. Maşallah olsun mәnә.
Ә s g ә r gәlir.
Ә s g ә r. Göndәrdim getdi.
Bu halda S u l e y m a n daxil olur.
S ü l e y m a n. Salamünәleyküm.
S o l t a n b ә
y. Paho Süleyman, әleykәssalam, balam sәnin bu dostun
nә kәlәkbaz imiş!...
S ü l e y m a n. Bәli, çox
kәlәkbazdır. Bilmirәm kimdәn
öyrәnibdir.
Ә s g ә r. Necә kimdәn
öyrәnmişәm? Bunun hamısını sәn
öyrәtmәdinmi? Odur, xalam desin!
C a h a n. Doğrudur, bütün bu
kәlәklәrin başçısı
Süleymandır, o öyrәtdi.
S o l t a n b ә
y. Belә imiş!... Süleyman, mәn sәni heç
belә bilmәzdim, bu işlәri haradan
öyrәnibsәn?
S ü l e y m a n. Bәy, öz başımdan
çıxardıram.
S o l t a n b ә
y. Ay sәnin başın var olsun.
S ü l e y m a n (birdәn
Gülçöhrәni görüb diqqәt yetirir.) Yaxşı
Gülçöhrә budur?
Ә s g ә r. Bәli, budur.
S ü l e y m a n. Bәs mәn
gördüyüm qız buna oxşamır.
S o l t a n b ә
y. Sәn yәqin Asyanı görübsәn.
S ü l e y m a n. Asya kimdir?
S o l t a n b ә
y. O mәnim qardaşım qızıdır.
S ü l e y m a n (sevinir). Hә? Әşi,
elә isә mәn nә üçün bikar qalım.
Ver, mәn dә toy edim dә!...
S o l t a n b ә
y. Doğru deyirsәn?
S ü l e y m a n. Әlbәttә!
S o l t a n b ә
y. Verdim, al!
H a m ı. Allah xeyir versin, allah xeyir versin.
Nә әcәb oldu!
S ü l e y m a n (kәnara). Bax mәrd
yoldaşın axırı belә olar.
Bu halda A s y a, T e l l i vә V ә l i daxil
olurlar.
S o l t a n b ә
y. Bax budur gәldilәr. Ay qız, Asya, bu oğlana sәni
versәm gedәrsәnmi?
A s y a (utana-utana). Bәli, gedәrәm.
S o l t a n b ә
y. Qoçaq qızsan, Gülçöhrәdәn
ağıllı oldun, çox gözәl, çox
pakizә. (Vәli ilә Telli bir-birinә baxırlar.
Vәli bәrk ah çәkir). Әdә, nә yaman
ah çәkdin, bala nә dәrdin var ki?
Ә s g ә r. Nә dәrdi
olacaqdır.... Gülçöhrәni mәnә verdin,
Asyanı Süleymana verdin, xalamı özün alırsan,
indi Tellini dә ver ona dә!...
H a m ı. Doğrudur, doğrudur.
S ü l e y m a n (Vәliyә). Hә, dedim
ki, axı sәn dә hazırlaş.
S o l t a n b ә
y. A qız, Telli, Vәliyә gedәrsәnmi?
T e l l i (mәrd-mәrdanә). Bәli,
gedәrәm.
S o l t a n b ә
y. Vәli, sәn Tellini alarsanmı?
V ә l i (utanır vә
birdәi-birә). Bәli, alaram. (Gülür).
H a m ı. Allah xeyir versin.
S o l t a n b ә
y. Yaxşı, balam, toylarımızı nә vaxt
başlayaq?
H a m ı. Elә günü bu gün.
S o l t a n b ә
y. Bәs elә isә başlayaq, düzülün!
C ü t-c ü t olub oynayırlar.
Әvvәlcә
musiqiyә görә
ağır, sonra musiqi tezlәşdikçә
tez-tez oynayırlar, ta ki, pәrdә düşür.
P ә r d ә