MÜӘLLİMӘ

 

 

 

 

Onu göndәrdilәr ki, azarlamış müәllimin yerini hәlәlik dolandırsın.... Müәllimә özü rus, şagirdlәr müsәlman.

 

Әvvәl gün dәrs otağına girdikdә, uşaqların çirkli paltarlarından gәlәn iydәn az qaldı ki, burnunu tutub çıxsın. Әtir vә әnbәrә öyrәnmiş olan bu cür iylәrә dözmәk istәmirdi. Şagirdlәr tәrәfindәn gәtirilib mizlәrin içindә gizlәdilmiş olan İran şirniyyatının (zәfәran, mixәk, darçın, hil kimi) qoxuları uşaqların üst-başından çıxan çirk vә piy iyinә qatışıb, onsuz da әlliyә qәdәr adamın nәfәsi ilә pozulmuş havanı daha da bәdtәr etmişdi.

 

Heç süpürülmәmiş vә yainki süpürülәn kimi zibillәnmiş olan döşәmәnin üzündә toz-torpaq, yeyinti qırığı, uşaqların әyni-başı cırıq-cırıq, başlarında yekә-yekә papaq vә çirkli yaylıq, müәllimәnin tәmizliyә öyrәnmiş olan gözlәrini incidirdi.

 

Sәs-küy, anlamadığı bir dil, qışqırıq, lüzumsuz gülüş binәvanın musiqiyә öyrәnmiş qulağına çox fәna tәsir edirdi.

 

-- Mәn buna dözә bilmәrәm, -- deyib müәllimә istәdi ki, çıxıb getsin. Lakin qalmağa mәcbur idi, yoxsa gәlәcәk ümidlәri zay ola bilәrdi.

 

Dәrsә başladı.... Uşqlar rus dilini bilmir, bu dediyini onlar, onlar dediyini bu anlamırdı. O idi ki, klasda uşaqları nizamla saxlamaq mümkün deyildi. Bu hәr nә deyirdisә, uşaqlar öz bildiklәrini edirdilәr.

 

Belә pәrişan vә qat-qarışıq bir mәnzәrә içindә bir şey әllimәnin diqqәtini cәlb etdi. Uşaqlardan küncdә oturan bir nәfәri bu nizamsızlığa heç qarışmayıb, dinmәz-söylәmәz oturub kamali-әdәblә dәrsә qulaq asırdı. Әyninә baxdıqda, bu, bir kasıb balası idi, amma üzündә nәcabәt asarı var idi. Bundan heç bir nalayiq hәrәkәt baş vermirdi.

 

Sözsüzdür ki, bütün klasın içindә әllimәnin xoşu gәlәn bir şagird var idisә, hәmin bu Әlisәfdәr idi; özü dә yoldaşlarından rusca çox bilirdi vә yaxşı xәtt ilә yazırdı.

 

-- Allahın altında bunun әyni-başı düzәlmiş olaydı, -- deyib әllimә hәtta bu fikirdә oldu ki, Әlisәfdәrә paltar tәdarükü görsün. Amma o biri uşaqlar әllimәni çox incidirdilәr. Özlәri dә klasda papaqlı otururdular.

 

-- Bu saat papaqlarınızı çıxarın, -- deyib әllimә uşaqların üstünә qışqırdı. Onun әmrini anlayanlar papaqlarını çıxartdılar, anlamayanlar da o birilәrinә baxıb başlarını açdılar.

 

Lakin burada bir şey әllimәni heyran qoydu. Onun dostu Әlisәfdәr papaqlı oturmuşdu. әlimә tәәccüblә ona baxıb, "Sәn dә papağını çıxart" -- dedi. Lakin o heç tәrpәnmәdi, ancaq qıpqırmızı qızardı. Şagirdlәr sәslәrini kәsib bütün diqqәtlәrini bu fәqәrәyә cәlb etdilәr. Klasda dәrin bir sükut әmәlә gәldi. әllimә dost tutduğu şagirddin bu itaәtsizliyindәn qәlbi sınmış halda, ona tәrәf gedib, öz әli ilә onun papağını çıxartdı. Bu halda uşaqlar hay-küy saldılar ki, az qaldı otaq dağılsın. әllimә bilaixtiyar geri çәkildi vә az qaldı ki, özündәn getsin. Lakin ona әsәr edәn uşaqların vәhşi qışqırığı deyildi.

 

Bәs nә idi?

 

Әlisәfdәrin başı keçәl idi.