FİRUZƏ
4 PƏRDƏLİ OPERA
BİRİNCİ PӘRDӘNİN
MӘZMUNU
Dedikcә zülmkar, qәddar vә
hiylәgәr olan Sәffak şah öz sarayında keyf
edib içkiyә mәşğuldur. Onun qoşunu
qonşusu Süleyman şahın üzәrinә hiylә
vә әhdşikәnlik yolu ilә qәflәtәn
hücum edib, özünü öldürüb, qoşununu
qırıb, igidlәrini mәhv edib,
arvad-uşağını vә hәrәmxanasını
vә әlә düşәn bir para dәrbar
xidmәtçilәrini әsir edib gәtiribdir.
Sәffak şah keyf әsnasında әmr
verir ki, әsirlәri hüzuruna gәtirsinlәr.
Әsirlәr әllәri vә ayaqları zәncirli
halda gәtirilirlәr. Bunlar on beş nәfәr arvad,
beş nәfәr kişi vә bir nәfәr
yeniyetmә oğlandan ibarәtdir. Şaha bildirirlәr ki,
arvadlar Süleyman şahın hәrәmxanasındandır.
Yeniyetmә oğlan onun sağ qalmış kiçik
oğludur. Kişilәrdәn әn qocası ağbaş
vә ağ yekә saqqalı olanı Süleyman
şahın baş münәccimidir, yerdә qalanlar
isә xidmәtçilәrdir.
Sәffak şah tәlәb edir ki,
Süleyman şahın arvadı hüzura çıxıb
soyunsun vә oynasın. Fәqәt arvadlardan heç biri
hüzura çıxmayıb, dayanıb qalırlar vә
"hansınız şahın arvadısınız?"
sualına arvadlar "bilmirik" cavabı verirlәr.
Zahirdәn dәxi bilmәk mümkün olmur, çünki
arvadlar hamısı bir rәng paltar geyib vә bir cür
ziynәt vurubdurlar, hamısının dәxi sifәti
şahiyanadır. Mәclisdә olan vәzir, vәkil
vә әyanlar Süleyman şahın arvadını tapmaq
vә tanımaq işindә aciz vә mәәttәl
qalırlar. Onda Sәffak şah deyir:
"Siz hamınız ağıldan naqissiniz,
mәn öz tәdbirimlә şahın arvadını
taparam!"
Әmr edir, cәllad gәlir; cәllada
deyir ki, Süleyman şahın oğlunu ortaya çәkib,
ona tab edilmәz işgәncәlәr etsin. Cәllad
haman saat şahın yeniyetmә cavan oğlunu tutub,
öylә әziyyәtlәr edir ki, uşaq
ağrıdan qışqırmağa başlayır. O halda
uşağın anası olan Süleyman şahın arvadı
balasının tab edilmәz әziyyәtinә davam
gәtirә bilmәyib, özünü ortaya atır
vә cәlladı itәlәyib, balasını qucaqlamaq
istәyir.
Sәffak şah qәhqәhә ilә
gülür vә deyir:
"İndi gördünüz ki, mәn
hamıdan tәdbirli vә ağıllıyam",--vә
özünü öyüb fәxrlә deyir:--Varlıq
vә zәnginlikdә mәnim mәmlәkәtimin
heç bir yerdә misli yoxdur, zor vә qüvvәtdә
mәnim qoşunumun heç bir yerdә misli yoxdur.
Tәravәt vә gözәllikdә mәnim
qızımın heç bir yerdә misli yoxdur. Ağıl
vә dәrrakәdә mәnim kimi padşahın
heç bir yerdә misli yoxdur. Gәrәk bütün
şahları, padşahları mәhv edib, mәmlәkәtlәrini
әllәrindәn alıb, bütün dünyaya әmr
edәm.
Hazırdakılar hamısı bu
sözlәri tәsdiq edirlәr. O halda әsir olan qoca
münәccim söz demәk istәyir. Ona izn verilir.
Münәccim deyir ki:
"Yolda bizi gәtirәndә mәn bir
gecә ulduzları seyr edib, sәnin (yәni Sәffak
şahın) taleyinә baxdım; mәnә böylә
aşikar oldu ki, bir nәfәr adam gәlәcәk, o,
sәndәn daha ağıllı olub vә sәnin
gözәl qızını alacaq vә zәngin
mәmlәkәtinә sahib olacaqdır. Sәn isә
öz qәddarlığının qurbanı olacaqsan."
Sәffak şahın bu sözlәrdәn
qәzәbi artır; "Sәn yalançı
münәccimsәn",--deyib әmr edir ki, bütün
әsirlәri aparıb öldürsünlәr.
Әsirlәri aparırlar. Şahın
әmri ilә oxuyub çalan vә oynayanlar gәlib
mәclisi rovnәqlәndirirlәr. Fәqәt şah
münәccimin sözlәrindәn
әndişәyә düşüb fikrә gedibdir. Çalıb
oynayanlar onu maraqlandırmır. Onun işarәsi ilә oyun
dayandırılır, hamı mәclisdәn
çıxır. Şah tәk qalıb, münәccimin
sözlәrini öz-özünә tәkrar edir: "Bir
nәfәr adam gәlәcәk, o sәndәn daha
ağıllı olub, sәnin gözәl qızını
alacaq vә zәngin mәmlәkәtinә sahib
olacaqdır. Sәn isә öz
qәddarlığının qurbanı olacaqsan!...
(Qışqırır). Yalandır, yalan! Dünyada
mәndәn ağıllı bir adam olmayıb vә olmayacaqdır!"
Bu әsnada dәrbar xidmәtçisi
içәri girib, tәzim edir vә xәbәr verir ki,
üç nәfәr şahzadә ki, bir-birindәn
gözәldirlәr, elçi daşının
üstә oturubdurlar,--deyib çıxır. Şah
xoflanır, canına qorxu düşür.
"Münәccimin sözlәri doğrumu olur?"--deyib,
hövlnak ora-bura gәzinir. Sonra dayanıb deyir: "Bir
tәdbir etmәk lazımdır ki, mәnim
qızımı istәyәnlәrin hamısı
mәhv olsun! O tәdbir mәnim әlimdәdir. Bildim....
İndi görәk kim ağıllıdır!"
Әl çalır vә içәri
girәn xidmәtçiyә deyir ki, şahzadәlәr
üç gün gözlәsinlәr vә üç
gündәn sonra şah bağçasına gәlib cavab
alsınlar. Haman gün bütün dörbar әhli
arvadlı vә kişili orada hazır olsunlar.
İKİNCİ PӘRDӘNİN
MӘZMUNU
Sәhnә şah bağçasını
tәsvir edir. Bir tәrәfdәn böyük vә
daşqın bir çay axır. Çayın yanı
hündür bir sıldırımdır. Bağça arvad
vә kişidәn ibarәt bir xeyli camaatla doludur. Zurnalar
vә düdüklәr çalınıb Sәffak
şahın gәldiyini bildirir. Camaat sakit dayanır. Şah
gәlir vә әmr edir ki, onun qızını
gәtirsinlәr. Qız görünәn kimi hamı onun
gözәlliyinә heyran qalıb öz
şadlığını izhar edir. Sonra әmr olunur ki,
qızı almaq istәyәn şahzadәlәri
gәtirsinlәr. Şahzadәlәr gәlib şaha
tәzim edib, xüsusi yerlәrindә dayanırlar. Hәr
şahzadәnin dalında on nәfәr yaraqlı adam
vardır. Vәzirlәr, vәkillәr, qoşun
sәrkәrdәlәri vә әyanlar hamısı
burada hazır olurlar. Şahın işarәsi ilә
carçı meydana çıxıb, üzünü
şahzadәlәrә vә camaata tutub, böylә bir
elan edir:
"Şahzada xanım Firuzәyә
evlәnmәk sәadәtinә nail olmaq istәyәn
cavanlar bunu bilmәlidirlәr ki, bu sәadәt yolunda
başdan keçmәk vә can fәda etmәk kimi
qәhrәmanlıq göstәrmәk lazım gәlir.
Ona görә şәrtimiz belәdir: bu ağzı
bağlı vә şahın möhrü ilә möhürlәnmiş
küpәnin içindә iki dәnә ziqiymәt
almaz daşı vardır. Bu iki daş hәm
şәkilcә vә hәm ağırlıqca
bir-birinin eynidir. Fәqәt o daşın biri ağ olub,
xoşbaxtlıq daşıdır. O biri isә qara olub,
bәdbaxtlıq daşıdır. Firuzә kimi dünya
gözәlini almaq istәyәn cavan gözü bağlı
olaraq әlini bu küpәnin içinә salıb, o
daşın birini çıxartmalıdır. Ağ
daşı çıxartmış olsa sәadәtә
nail, Firuzәyә layiq olacaqdır, qara daşı
çıxartmış olsa öz baxtından küssün.
Cәllad onu bu sıldırım qayanın başına
çıxarıb, oradan bu çayın qәri-noyabına
atıb mәhv vә nabud edәcәkdir. Kimdir öz
baxtını sınamaq istәyәn, meydana buyursun!"
Hamı üzünü
şahzadәlәrә tәrәf çevirir.
Şahzadәlәr bir qәdәr tәrәddüd
göstәrir. Sonra onlardan biri irәli gәlib, şaha vә
camaata tәzim edib deyir:
"Mәn öz baxtımı sınamaq
istәyirәm. Ya Firuzәyә nail olaram vә ya ona olan
eşqimin qurbanı olaram."
Şahzadә küpә qoyulmuş olan
yerә gedir. Carçı onun gözünü ağ
dәsmal ilә bağlayır. Bu halda şahzadәnin
mәiyyәtincә gәlmiş olan on nәfәr,
qaydaya görә, irәli durub qılınclarını
çәkir. Carçı küpәnin
ağızlığını açıb,
şahzadәyә tәklif edir ki, әlini
küpәyә salıb, baxtına gәlәn
daşı çıxartsın. Şahzadә әlini
küpәnin içinә salıb daşın birini
çıxardır vә hәlә әlini
açmamış özünә tәsәlli verib deyir
ki: "Әlbәttә mәn ağ almazı
çıxarmışam, çünki mәn dünyada
xoşbәxt yaranmışam, dәsmalı
gözümdәn açın ki, mәn öz
sәadәtimi görüm".
Dәsmalı gözündәn
çıxarırlar. Şahzadә әlini açır
vә dәhşәtlәnir.
Çıxardığı qara almazdır. Xalq
heyfsilәnir. Sәffak şah vә onun dәrbarı
istehza ilә gülmәyә başlayırlar. Cәllad
şahzadәnin qolundan tutub, qayanın başına aparır
vә oradan itәlәyib çayın içindә
qәrq edir. Bәdbәxt şahzadәnin mәiyyәti
qılınclarını qınına salıb, mәhzun
vә mәğmun sifәtilә çıxıb
gedirlәr.
İkinci şahzadәnin dәxi
başına bu iş gәlib tәlәf olur.
Üçüncü şahzadә dәxi bu yol ilә
mәhv olub gedir! Camaat bu әhvalatdan xeyli
mütәәssir olub dağılır. Sәffak şah
vә dәrbarı yenә istehzalar ilә gülmәyә
başlayırlar vә şahın ağıl vә
fәrәh dәrrakәsinә dua vә sәnalar
oxuyurlar.
ÜÇÜNCÜ PӘRDӘNİN
MӘZMUNU
Firuzә özünә mәxsus
otağında әylәşib, intizarını izhar edir
vә deyir ki, görәk o hansı şәxs olacaqdır
ki, ağ daşı çıxardıb, onun әri olmağa
haqq qazanacaqdır. Üç nәfәr şahzadәnin
öldürülmәsindәn dәxi xeyli
mütәәssir olduğunu bildirir. Bu әsnada Sәffak
şahın hәrәmlәrindәn Tubi bikә
içәri daxil olub, Firuzәni mәhzun görür
vә deyir ki:
"Yazıq
şahzadәlәr,
nә gözәl oğlanlar
idilәr, qәddar Sәffakın hiylәsinә
qurban olub, canlarını sәnin eşqin yolunda fәda
etdilәr."
Firuzә soruşur ki:
"Atam Sәffakın nә hiylasi var
idi?"
Tubi bikә deyir ki:
"Madam ki, sәnin atan sağdır,
sәnin baxtın açılmayacaqdır. Çünki
heç bir kәs sәni ala bilmәyәcәkdir."
Firuzә tәkrar soruşur ki, nə
sәbәbә? Tubi bikә münәccimin şaha
dediyi sözlәri Firuzәyә nağıl edib deyir ki:
"Sәnin atan sәni
istәyәnlәrdәn qorxur vә onları mәhv
etmәk üçün onlara qürә tәklif edir
vә küpәdәn ağ almazı çıxarmağı
şәrt qoyub, qara almazı çıxaranın
öldürülәcәyini bildirir."
Firuzә deyir ki:
"Şübhәsiz, mәni
istәyәnlәrdәn birisi, baxtı
gәtirmiş olsa, ağ
almazı çıxaracaqdır."
T u b i b i k ә--Heç vaxt!
F i r u z ә--Nә üçün?
T u b i b i k ә--Çünki
küpәdә gizlәdilәn daşların ikisi
dә qaradır.
F i r u z ә
(dәhşәtlә)--Necә? Bu, namәrdlik
vә qәddarlıqdır!T u b i
b i k ә--Sәnin atan namәrd vә
qәddardır!
F i r u z ә--Ax, yazıq
şahzadәlәr,--deyib ağlayır.
T u b i b i k ә--Bәli, onlar sәnin
eşqinin fәdası deyil, atan Sәffak şahın
hiylәsinin qurbanı oldular. Fәqәt, bu dediyimi
heç kәs bilmәsin, yoxsa atan sәni dә, mәni
dә öldürtmәkdә bir an qәflәt
etmәz,--deyib gedir.
Firuzә ağlamağına davam edib, bir
tәrәfdәn öz baxtından şikayәtlә,
digәr tәrәfdәn şahzadәlәrin
müsibәtindәn nә qәdәr
mütәәssir olduğunu göz yaşı ilә
bәyan edir.
Bu әsnada xidmәtçi qadın daxil olub
Firuzәyә xәbәr verir ki, qapıya bir
nәfәr qoca yolçu gәlibdir, saz çalıb
oxuyur. Ancaq o qәdәr gözәl oxuyur ki, insanı valeh
edir. Firuzә izin versin, gәlsin hüzurunda oxusun.
Firuzә razı olur. Bir nәfәr qoca
әlindә saz olaraq içәri daxil olur vә
sazını qaldırıb oxumağa başlayır. Onun
oxumağı Firuzәni maraqlandırır, diqqәtlә
qulaq asmağa başlayır. Qoca oxuya-oxuya әcayib bir
mәmlәkәti tәrif edir ki, o
mәmlәkәtdә insanlar bir-biri ilә qardaş kimi
dolanır; orada nә şah var, nә gәda, nә xan
var, nә rәiyyәt; orada insan insanı heyvan kimi
işlәtmir; hamı bәrabәrcәsinә
zәhmәt çәkib, öz mәmlәkәtinin
tәrәqqisinә çalışır; hamı
hüquqca bәrabәr olub, sәadәt içindә
yaşamaqla günәşli bir hәyat keçirir.
Firuzә bu sözlәrdәn vә bu oxumaqdan son
dәrәcә mәmnun olub, xidmәtçi qadına
deyir ki, get bu qoca üçün mәnim sandığımdan
bir kisә qızıl götür.
Xidmәtçi qadın gedir. Qoca deyir ki:
"Ey
şahzadә
xanım, mәn dilәnçi vә
yolçu deyilәm, mәnә qızıl lazım deyildir.
Mәn sәnin o misilsiz gözәlliyini görüb,
öz әnamımı aldım.
Sәnin bu qәdәr gözәlliyin mәnim
qәlbimdә eşq
atәşi oyatdı,
mәn çox istәrәm ki, sәn mәnim yarım
olasan."
Firuzә bu sözlәrdәn hirslәnib,
acıqlı üzünü qocaya tutub deyir ki:
"Qoca dilәnçi! Sәn harada
olduğunu vә kimlә danışdığını
yaddan çıxartdın!"
Ayağa durub üzünü kәnara
çevirib:
"Gözәl-gözәl
şahzadәlәr mәnim eşqim yolunda canlarını
qurban edirlәr. Bir dilәnçi qoca mәnә
izhari-eşq vә yar olmağı tәklif edir."
Firuzә bu sözlәri kәnara dediyi
halda, qoca fovrәn süni saqqalını vә
dilәnçi paltarlarını әynindәn
çıxarıb, gözәl bir cavan olduğunu aşikar
edir. Firuzә ona tәrәf yönәlib,
birdәn-birә qarşısında qәşәng bir
cavan görmәklә sәksәnib, "ax" edir
vә haman cavanın gözәlliyinә valeh olur.
F i r u z ә--Sәn kimsәn? Hankı
mәmlәkәtin şahzadәsisәn? Adın
nәdir?
C a v a n--Mәn şahzadә deyilәm
vә şahzadә olmaq da istәmәmişәm,
mәn haman tәrifini etdiyim günәşli
mәmlәkәtin bir nәfәr әhli vә
vәtәndaşıyam, adım da Poladdır. Sәni atan
Sәffak şahdan istәmәyә gәlmişәm.
Bu әsnada xidmәtçi qadın daxil olur
vә Poladı görüb qışqırır: "ay
aman, bu nә işdir?" Firuzә onun ağzını
yumub, qışqırmasına mane olur.
P o l a d (xidmәtçi qadına)--Mәnim
üçün gәtirdiyin qızılı mәn
sәnә bağışlayıram.
Qadın şad olur. Firuzә ona deyir ki:
"Mәnim atam bu vaxtlar mәnim
görüşümә gәlir, get qapıda dur,
gözlә vә atam gәlәndә mәnә
xәbәr elә."
Xidmәtçi qadın gedir. Sonra Firuzә
üzünü Polada çevirib deyir ki:
"Ay oğlan, sәn heyifsәn,
özünü bәlaya salma, mәhv olarsan. Mәnim atam
mәni istәyәnlәri qürә
çәkmәyә mәcbur edib, hiylә ilә
öldürür."
P o l a d--Mәn onu bilirәm vә qürә
çәkmәyә hazıram, çünki öz
baxtımı sınamışam.
F i r u z ә--İş bundadır ki,
mәnim qәddar atam qürә küpәsinin
içinә iki әdәd qara almaz daş salıb,
yalandan deyir ki, daşın biri ağ vә biri qaradır.
Sonra qara daş çıxaranları öldürür....
P o l a d--Onu da bilirәm. Fәqәt
yenә dә qürә çәkmәkdәn
qorxmuram. Çünki mәn sәnin atandan daha
ağıllıyam.
Bu halda xidmәtçi qadın
yüyürüb gәlir vә şahın
gәlmәsini xәbәr verir. Polad tez çıxıb
gedir. Sәffak şah әyanları ilә daxil olur.
Ş a h--Qızımızın әhvalı
necәdir?
F i r u z ә (atasının qabağında
diz çökür, durur)--Ata, şah sağ olsun, biz dә
onun sayәsindә sәlamәtik.
Ş a h--Sәni istәyәnlәrin
baxtı gәtirmәyir, eşqin qurbanı olurlar! Qoy
olsunlar, ta o vaxta kimi bәlkә birinin baxtı
gәtirә! Ha-ha-ha....
Ә y a n l a r--Ha-ha-ha....
X i d m ә t ç i (daxil olur)--Şah sağ
olsun, elçi daşında bir nәfәr cavan
әylәşibdir.
Ş a h--Aha! Qızımıza elçi
gәlibdir! (şer oxuyur):
Sәyyad peyi-seyd dәvidәn әcәbi
nist,
Seyd әz peyi-sәyyad dәvidәn
mәzә darәd.
(Bir әyana müraciәtlә) Abdulla xan!
Bizim şәrtimizi o cavana söylә, razı olduğu
tәqdirdә әlәs sabah şah bağçasına
gәlsin,--deyib çıxıb gedirlәr.
F i r u z ә (tәk)--Ah, yazıq Polad!
Şahzadә olmasa da, şahzadәlәrdәn dә
gözәldir. Mәn ona dәrin mәhәbbәt
yetirdim. Görәsәn o yazıqdamı o birilәr kimi
qaya başından qәri-noyabә atılıb mәhv
olacaqdır! Ax, qәddar ata! Zalım ata! (Әllәrini
göyә qalxızıb) Ey yeri, göyü vә bizi yaradan
xaliq! Sәn özün bir sәbәb sal ki, Polad bu
bәladan xilas olsun.
DÖRDÜNCÜ PӘRDӘNİN
MӘZMUNU
Sәhnә yenә şah
bağçasını göstәrir. Yenә
әvvәlki qayda üzrә şah gәlir, sonra
Firuzә. Camaat daha da çoxalıb, böyük bir maraqla
tamaşa edir. Bu halda Polad gәlir. Şah ona xususi bir
diqqәtlә baxır vә soruşur ki: "Sәn
hansı mәmlәkәtin şahzadәsisәn?"
Polad cavab verir ki: "Mәn günәşli bir
mәmlәkәtin işçisiyәm".
Ş a h--Bәs sәnin mәiyyәtin
hanı?
P o l a d--Mәnim mәiyyәtim bu
camaatdır,--deyib, tamaşaya yığılan mәxluqu
göstәrir.
Ş a h--O camaat sәnin mәiyyәtin
deyil, mәnim rәiyyәtimdir.
P o l a d--Hәr kim olurlarsa da, onlar xalqdır
vә xalq belә şeydir ki, arada bir haqsızlıq
görsә, hәmişә ciddi bir etiraz edәr.
T a m a ş a ç ı l a r--Doğrudur!
Ş a h (qәzәblәnir)--Adın
nәdir?
P o l a d--Adım Poladdır.
Ş a h--Bәs sәn şahzadә
olmaya-olmaya nә cәsarәt edib mәnim kimi
qüdrәt sahibi bir şahın qızını
istәyirsәn?
P o l a d--Mәnim әzmim vә
cәsarәtim dәxi polad kimi poladdır.
Ş a h--İndi sәnin cәsarәtin
mәlum olar! Bağlayın gözlәrini, qürә
çәksin!
Poladın gözlәrini bağlayırlar.
Polad әlini küpәyә salır ki, daşı
çıxartsın, camaatın marağı olduqca artır.
Firuzә böyük bir hәyәcan
içindәdir. Şah
vә dәrbarı Polada dörd gözlә
baxırlar. Polad çox soyuqqanlılıqla daşı
çıxarıb, ovucunda saxlayır.
P o l a d--Açın mәnim
gözlәrimi!
Gözlәrini açırlar. Bütün
hazırda olanların marağı son
dәrәcәyә yetib, ümumi bir hәyәcana
dönür.
P o l a d--Hamıya
mәlum olsun ki, mәn
öz baxtıma vә
sәadәtimә o qәdәr inanıram ki,
әlimdәki daşa heç baxmaq da
istәmirәm,--deyib, cәld daşı çayın içinә tullayır. Şah vә dәrbarı etiraz edib,--nә
üçün
daşı
göstәrmәdin,
görәk ağ idi vә ya
qara--deyib, şuluqluq salmaq
istәyirlәr.
P o l a d--Mәni tәhqiq etmәk
istәyirsinizsә, küpәdә qalan daşa baxın!
C a m a a t--Doğru deyir, doğru deyir,
küpәdәki daşa baxın!
Ş a h özünü itirir. Şahın
hiylәsindәn bixәbәr olan carçı әlini
küpәyә salıb daşı çıxarır,
tәbii ki, qara daş çıxır. Camaat şövq
vә hәvәslә qışqırır:
"Sağ olsun Polad!"
"Yaşasın Polad!"
P o l a d--Camaat! Sizin şahınız әn
qәddar, әn hiylәgәr vә әn zalım bir
şah imiş. O, küpәnin içinә biri ağ, biri
qara daş әvәzinә iki dәnә qara daş
salıb, cavan-cavan adamları aldadıb mәhv edirmiş.
Mәni dә oylә etmәk istәdi, fәqәt
mәn ondan ağıllı oldum. Rәdd olsun vә
mәhv olsun bu cür namәrd şah!
Deyәn kimi camaat şahın
üzәrinә hücum edir, dәrbar әhli,
cәlladla bir yerdә qoyub qaçırlar. Camaat
şahı tutub haman sıldırım qayadan çayın qәri-noyabinә
atıb mәhv edir.
SON