HARUN VƏ LEYLA

 

 

 

 

5 PƏRDƏLİ OPERA

 

 

İŞTİRAK  EDİRLӘR:

 

Ә m i r--әrәb mәrasından birisi, 50 yaşında.

L e y l a--Әmirin qızı, 17 yaşında gözәl bir qızdır.

V ә z i r--Әmirin vәziridir ki, özü dә alim vә mürәbbidir, 60 yaşında.

H a r u n--Sәr әsgәr, 25 yaşında, gözәl bir cavandır.

Z e y d--Sәr әsgәr, z0 yaşında, çirkin bir şәxsdir.

B ә k i r, R ә h m a n  v ә  d i g ә r  i k i s i--qoşun dәstәsi  böyüklәridir (zabit kimidir.)   

B i r  d ә s t ә  q ı z, L e y l a n ı n  r ә f i q ә l ә r i  v ә  k ә n i z l ә r.

B i r  d ә s t ә  o ğ l a n, q  u l a m l a r v ә s a i r ә.

Q o ş u n  ә h l i.

D ә r v i ş--qoca bir dәrvişdir.

 

 

 

 

BİRİNCİ  PӘRDӘ

 

 

Әmirin b a ğ ç a s ı: sağ tәrәfdә Әmirin imarәti görünür, bağçaya yolu vardır. Sol tәrәf ilә dal tәrәf ağaclıqdır. İçlәrindәn xiyabanlar çәkilibdir, hәr tәrәfi gülzardır. Ortada bir hovuz vardır ki, su fәvvarә vurur. Qabaq tәrәfdә bir ağacın dibindә açıq yerdә fәrş salınıb, v ә z i r әlindә kitablar әylәşib, qabağında düzülmüş olan q ı z l a r a dәrs verir vә nәsihәtlәr edir. Әmirin qızı L e y l a dәxi bunların içindәdir; lakin bütün qızlar kamali-huş vә guş ilә dәrsә vә pәnd vә nәsihәtә qulaq asdıqları yerdә, Leyla bir növ pәrişan-hal görünüb, fikri özgә yerlәrdә olduğunu izhar edir. Bilaxirә üzünü әli ilә tutub ağlayan kimi görünür.

 

V ә z i r--

 

Guş edin pәndi nәsihәtim mәnim, zar olmayın,

Guş edin bu sözlәri kim, aqibәt xar olmayın.

Dinimiz, ayinimiz göstәrdiyi yolla gedin;

Səy edin, allah yanında hәm günahkar olmayın.

 

L e y l a ağlayır

 

Yaxşı ilә hәm yamanın fәrqini seçmәk gәrәk,

Hәr gözә görünәn mәtaә tez xiridar olmayın.

Yarü yoldaş seçkisindә ehtiyata var ehtiyac,

Axtarın mәrdi tapın, namәrd ilә yar olmayın.

 

Q ı z l a r  v ә  V ә z i r (Leylaya)--

 

Gәl söylә, Leyla, halını,

Etdiyin qәm, qüssә, nalәni.

 

(M u s i q i)

 

Gәl söylә, Leyla, halını,

Etdiyin qәm, qüssә, nalәni;

Gizlәtmә bizdәn sirrini,

Söylә, söylә әhvalını. (2 dәfә)

Dәrd nәdir, qәm nәdir,  

Ahü nәva hәrdәm nәdir? (2 dәfә)

 

L e y l a--

 

Düşmüşәm bir dәrdә kim, yoxdur әlac dәrman ilәn,

Vәslә yetmәkdir dәvası dәrdimin canan ilәn.

Bir qәdәm qoysun ki, görsün naleyi-әfğan ilәn,

İntizarın çәkmәdәyәm didәyi-giryan ilәn.

 

(M u s i q i)

 

Bir nәzәr salmaqla etdi qәlbimi bәndi-kәmәnd,

Çәkdi, qıldı qәlbimi öz qәlbinә zәnciri-bәnd.

Bu sәbәbdәndir olub avazeyi-eşqim bülәnd,

İntizarın çәkmәdәyәm didәyi-giryan ilәn.

 

Q ı z l a r  v ә  V ә z i r--

 

Bәs söylә, bildir aşiqin

Kimdir, kim ola layiqin.

 

(M u s i q i)

 

Bәs söylә görәk, aşiqin

Kimdir, kim ola layiqin.

Sәn tәk gözәllikdә, Leyla,       

Yox, ola bir kәs faiqin. (2 dәfә)

Dәrd nәdir, qәm nәdir,

Ahü nәva hәrdәm nәdir?

 

L e y l a--

 

Aşiqim dava çölündә çün olur şiri-jәyan,

Zәrbi-dәstindәn onun düşmәn deyir ah, әlaman,

Eylәdi aşiq mәni, saldı bәlayә ol cavan,

İntizarın çәkmәdәyәm didәyi-giryan ilәn.

 

(M u s i q i)

 

Od tutub yaram yanır, suz ciyәrdәndir tәnim,

Neylәyim, çarә nәdir, siz öyrәdin, mәn öyrәnim.

Söylәyim agah olun: Harunadır eşqim mәnim!

İntizarın çәkmәdәyәm didәyi-giryan ilәn.

 

Q ı z l a r  v ә  V ә z i r--

 

Ax, Leyla! Harun olsa gәr

Aşiqin, layiqdirmi mәyәr?

 

(M u s i q i)

 

Ax, Leyla! Harun olsa gәr,

Aşiqin, layiqdirmi mәyәr?

Sәn Әmirin fәrzәndisәn,

Bu, Әmirin şәninә dәyәr. (2 dәfә)

Dәrd nәdir, qәm nәdir?

Ahü nәva hәrdәm nәdir? (2 dәfә)

  

V ә z i r (tәәccüb ilә)--Leyla bu nә halәtdir? Sәn hara, Harun hara?! Sәn Әmirin qızı, Harun sәr әsgәr.... Doğrudur, Harun şücaәt vә cәsarәtdә ad qazanmış bir pәhlivandır, lakin yenә dә sәnә layiq olacaq dәrәcәyә çatmamışdır. Sәn bu daşı әtәyindәn tök vә bu yoldan qayıt! Әmirimiz Harunu nә qәdәr sevirsә dә, yenә gümanım yoxdur ki, bu әmrә razı ola; çünki Harundan başqa bir sәr әsgәr dәxi vardır--Zeyd! Әmirimizin Haruna bu qәdәr iltifatı Zeydi sәrnigun vә xar edәr. Vә bir dә Leyla! Sәni xәbәrdar edirәm: Harun sәni vә sәn Harunu sevirsinizsә dә Zeyd dәxi, mәnә mәlumdur ki, sәnin aşiqindir. Lakin hәrçәnd mәn onu bu xam xәyaldan mәn etdim, amma yenә dә sәn onun qәlbindә nәqş bağlayıbsan, odur ki, Zeyd sәnin Haruna mәhәbbәtindәn xәbәrdar olsa, bil ki, dәli-divanә olar vә xuda-alәmdir ki, nә tövr şәni әmәllәrә iqdam edәr!... Sәn gәl bu fikri başından vә bu eşqi qәlbindәn çıxart, vәssәlam!

 

(M u s i q i)

 

L e y l a--

 

Getdi әldәn taqәtim, sәbrü qәrarım, ey vәzir!

Zәrrә qәdri qalmayıbdır ixtiyarım, ey vәzir!

Ruzü şәb ahü nәvadır, bil ki, karım, ey vәzir!

Günbәgündәn tirә olmuş ruzigarım, ey vәzir! (ağlayır).

 

V ә z i r--

 

Sәbr et, Leyla, ağlama! (2 dәfә)

 

Q ı z l a r--

 

Ürәyimi dağlama!

 

V ә z i r--

     

Әl çәk ahü zardan,

 

Q ı z l a r--

 

Yara ümid bağlama!

                       

(M u s i q i)

 

V ә z i r--

 

Etmә özünә cәfa! (2 dәfә)

 

Q ı z l a r--

 

Çәk bir beş gün sәfa!

 

V ә z i r--

   

At qәlbindәn eşq odun! (2 dәfә)

 

Q ı z l a r--

 

Etmә dünyaya vәfa!

 

(M u s i q i)

 

H a m ı b i r y e r d ә (öz-özlәrinә)--

 

Hәr birimiz bu dәrdә

Gәl çalışaq bir yerdә,

Axtarıban hәr yerdә dәrmanını (2 dәfә)

 

V ә z i r (tәk, kәnara)--

 

Mәn görürәm kim, Leyla sövdadadır,

Bir bu qәdәr sözlәrimiz bifaydadır.

 

H a m ı--

 

Axtarıban hәr yerdә dәrmanını,

Qurtararıq Leylanın canını! (2 dәfә)

 

V ә z i r--

 

Sәbr et, Leyla, ağlama!   

 

Q ı z l a r--

 

Ürәyimi dağlama!

 

V ә z i r--

       

Әl çәk ahü zardan,

 

Q ı z l a r--

 

Yara ümid bağlama!

                       

(M u s i q i)

 

L e y l a--

 

Eşqdәn mәn etmәyin pәndü nәsihәtlә mәni,

Rәhm edin, incitmәyin beylә әziyyәtlә mәni,

Heç rәvadırmı ölüm dәrdi-mәhәbbәtlә mәni,

Bir әsәr etmәzmi, aya, ahü zarım, ey vәzir!

 

V ә z i r--

 

Sәbr et, Leyla, ağlama! (2 dәfә)

 

Q ı z l a r--

 

Ürәyimi dağlama!

 

V ә z i r--

       

Әl çәk ahü zardan,

 

Q ı z l a r--

 

Yara ümid bağlama!

                       

(M u s i q i)

 

V ә z i r--

 

Etmә özünә cәfa, (2 dәfә)

 

Q ı z l a r--

           

Çәk bir beş gün sәfa!

 

V ә z i r--

 

At qәlbindәn eşq odun! (2 dәfә)

 

Q ı z l a r--

 

Etmә dünyaya vәfa!

 

(M u s i q i)

 

H a m ı b i r y e r d ә (öz-özlәrinә)--

 

Hәr birimiz bu dәrdә

Gәl çalışaq bir yerdә,

Axtarıban hәr yerdә

Dәrmanını. (2 dәfә)

 

V ә z i r (tәk, kәnara)--

 

Mәn görürәm kim, Leyla sövdadadır,

Bir bu qәdәr sözlәrimiz bifaydadır.

 

H a m ı--

 

Axtarıban hәr yerdә dәrmanını,

Qurtararıq Leylanın canını. (2 dәfә)   

 

V ə z i r--

       

Sәbr et, Leyla, ağlama!    

 

Q ı z l a r--

 

Ürәyimi dağlama!

 

V ә z i r--

       

Әl çәk ahü zardan,

 

Q ı z l a r--

 

Yara ümid bağlama!

 

V ә z i r vә onun dalınca q ı z l a r yavaş-yavaş dağılıb gedirlәr. L e y l a  tәk qalır. Bir qәdәrdәn sonra H a r u n görünür. Leyla intizarında olduğu aşiqini görcәk sürür-qәlb ilә bәrabәr hicrandan şikayәtini bu növ ilә izhar edir.

 

L e y l a--

 

Gәl, ey Harun, xilas eylә mәni bu dәrdü möhnәtdәn,

Yanır canım, yetiş dadә, qutar bu nari-firqәtdәn,

Bütün gün intizarında, gözüm hәsrәtdә qalmışdım,

Әzabi-firqәti rәf et, mәnә söylә mәhәbbәtdәn.

 

(M u s i q i)

 

H a r u n--Dözmәyә eşq oduna yox mәndә taqәt, gәlmişәm,

 

(M u s i q i)

 

Üz veribdir çün mәnә bir başqa halәt, gәlmişәm,

 

(M u s i q i)

 

Düşmәnin zori qabağında könül xof eylәmәz,

Eşqә qarşı qәlbdә yoxdur mәtanәt, gәlmişәm!

                   

(M u s i q i)

 

L e y l a--

 

Sәndәn özgә heç kәsim yox könlümü şad eylәsin,

Ya ki, viran qәlbimi bir lәhzә abad eylәsin.

                   

(M u s i q i)

 

H a r u n--

 

Varmı bir aşiq ki, ney tәk böylә fәryad eylәsin,

Çәkmişәm eşqin yolunda çox mәlamәt, gәlmişәm!

                   

(M u s i q i)

 

Ol zamandan kim, sәnin mehrin edib valeh mәni,                 

 

(M u s i q i)

 

Heç kәsi görmür gözüm, Leyla, görür ancaq sәni!

 

(M u s i q i)

 

İstәmәm sәnsiz keçә bu ömrümün tәk bir günü,

Sәn mәnimsәn, mәn sәnin, ta bәr qiyamәt, gәlmәmiş!                   

 

(M u s i q i)

 

L e y l a--Yardan, yoldaşdan әl çәkmişәm bilmәrrә mәn,

                  

(M u s i q i)

 

Görmәdim heç içlәrindә dәrdimә dәrman edәn.

 

(M u s i q i)

 

Bir kәsim varsa mәnim, Harun, yenә sәnsәn vә sәn,

Tut әlim, öyrәt mәni, eylә dәlalәt, gәlmişәm!

                   

(M u s i q i)

 

H a r u n--

 

Şükr edirәm, ey xuda, nemәtin әslin görüb,

Yar ilә hәmdәm olub nemәti-vәslin görüb;

 

L e y l a--

 

Şükr edirәm, ey xuda, yara yetirdin mәni,

Mәnzilü vәslә gedәn rahә gәtirdin mәni

 

(M u s i q i)

 

H a r u n--

 

Lütf elә, ver әl-әlә, gәl bәri Leyla gedәk!

Eşq havası ilә bir daği, baği seyr edәk!

 

L e y l a--

 

Bağda tamaşa edәr, dağa salıb ğәlğәlә,

Bülbül ilә gül bizi, biz gül ilә bülbülә!

 

(M u s i q i)

 

H a r u n  v ә  L e y l a--

 

Bağda bülbül olmasa,

Şaxda cәh-cәh vurmasa,

Güldә, sünbüldә dә bәs

Söylә, olurmu hәvәs? (2 dәfә)

 

(M u s i q i)

 

(Bağa tәrәf gedә-gedә)

 

Bağda bülbül olmasa,

Şaxda cәh-cәh vurmasa,

Güldә, sünbüldә dә bәs

Söylә, olurmu hәvәs? (2 dәfә)

 

(M u s i q i)

 

İki aşiq bağın әğyar nәzәrindәn kәnar bir guşәsinә çәkilirlәr; bu halda Z e y d  ki, o da  L e y l a y a aşiqdir, xәyal vә fikrә qәrq olmuş bir surәtdә zahir olub deyir:

 

Z e y d--

 

Günüz-axşam fikrim, zikrim Leyladır, (2 dәfә)

 

(M u s i q i)

 

Gecә sübhәdәk halım vaveyladır, (2 dәfә)

 

(M u s i q i)

 

Belә mәlum, eşq alәmi peydadır, (2 dәfә)

 

(M u s i q i)

 

Mәnim bu dәrdimә bais sövdadır (2 dәfә)

 

(M u s i q i)

 

Nәdür bәs çara, nәdür bәs çara?

Nә edim, nә edim yetişim yara?

Gәl, Leyla, yar ol,

Gәl, vәfadar ol!

Gәl gör ah-zarımdan,

Gәl xәbәrdar ol! ( 2dәfә)

 

(M u s i q i)

 

(Tәkrar)

 

Günüz-axşam fikrim, zikrim Leyladır,

(ilaxır ... axıra kimi)

 

Bu halda bağın guşәsindәn H a r u n ilә L e y l a n ı n sәsi gәlir.

 

H a r u n  v ә  L e y l a--

 

Bağda bülbül olmasa,

Şaxda cәh-cәh vurmasa,

Güldә, sünbüldә dә bәs,

Söylә, olurmu hәvәs? (2 dәfә)

 

Z e y d bu sәslәri eşitcәk son dәrәcә tәğyiri-hal olub, paxıllıq vә hәsәdlә bәrabәr qeyz vә qәzәb izhar edir vә deyir:

 

Z e y d--

 

Leyla, Leyla! (akkord)

 

(qәzәblә) Ah, Leyla, Leyla! Harun ilә bir yerdә!...

 

(M u s i q i)

 

Harun! Leyla!

Ah, Leyla, Leyla! Harun ilә bir yerdә!.

 

(M u s i q i)

 

Harun! Leyla!

                       

(M u s i q i)

 

Bu әsnada H a r u n tәk gәlir. Z e y d bir növ acığını sıxıb, Haruna müraciәtәn deyir:

 

Z e y d--

 

Harun, bu nә haldır? Söylә, nә әhvaldır?

Leyla sәnin ilә bir yerdә

Mәşğul, xoşhaldır! (2 dәfә)  

Harun, guş et bir dәm,

Leylayә mәn bәndәm;

Fikrim, zikrim hәr dәm,

Hәr dәm eşqi-Leyladır!

 

Bu halda qoşun әhlindәn o n  n ә f ә r i dәxi buraya gәlir.

 

Mәcnun sifәt olmuşam,

Hәr dәrdә mәn dolmuşam.

Rәhm et, rәhm et, Harun, bir lәhzә,

Yarpaq kimi solmuşam! (2 dәfә)

 

H a r u n (Zeydә)--

 

Çox әcәb tәklifdir, Zeyda, edirsәn sәn mәnә,

Bilmirәm hәtta cavabında nә ayәtәm mәn sәnә;

Bil ki, biz Leyla ilә bir tәndә bir can olmuşuq,

Eşqimiz cuş eylәyib artmaqdadır gündәn-günә.

 

Q o ş u n ә h l i (xor)--

 

Nә etmәk bu müşkül işә,

Hәlli bizә gәr düşә?

(Zeyd bikef üzünü tutubdur)

Әhvalı vәzirә әrz edәk,

İmdada tez yetişә! (2 dәfә) 

 

Z e y d--

 

Harun, әl çәk yarımdan,

Gәl qorx ahü zarımdan;

Bil ki, bu yolda keçәrәm

Canımdan, hәm varımdan.

Dövlәt istә--verәrәm,

Sәrvәt istә--verәrәm,

Xidmәt istә--verәrәm,

Әl çәk, Harun, Leyladan!

Mәcnun sifәt olmuşam,

Hәr bir dәrdә dolmuşam.

Rәhm et, rәhm et, Harun, bir lәhzә.

Yarpaq kimi solmuşam!

 

H a r u n--

 

Sәn deyirsәn әl çәkim Leyla kimi canandan?!

Hazıram mәn әl çәkim bu baş ilә candan.

Sәn mәni tәhqir edirsәn simüzәr tәklif edib,

Bir tükün hәm yarımın vermәm bütün dünyayә mәn!

 

Q o ş u n ә h l i (xor)--

 

Nә etmәk bu müşkül işә,

Hәlli bizә gәr düşә?

Әhvalı vәzirә әrz edәk,

İmdada tez yetişә! (2 dәfә)

 

Z e y d--

 

Ax, Harun! Mәni sәn oldurdun!...

 

(M u s i q i)

 

PӘRDӘ

 

 

 

 

İKİNCİ PӘRDӘ

 

 

Әmirin s a r a y ı d ı r. Otaq әrәb әmirlәrinә  mәxsus gözәl bir  surәtdә döşәnib, bir tәrәfdә dәxi Әmirin öz tәxti vardır. Otaqda tәk bir L e y l a  oturub, öz-özünә eşqdәn danışır.

 

L e y l a--

 

Çünki bildin tәmini eşqin şәrabi-nabinәk,

 İstәrәm bir cam daha, ver saqiya, sәrmәst olam.

 

(M u s i q i)

 

Bu hәqiqi alәmin qeydü qәmindәn büsbütün,

İstәrәm kim, alәmi-mәstdә mәn sәrmәst olam.

 

(M u s i q i)

 

Yarımın bir gün fәraqi bir ilin dәrdin verir,

İstәrәm kim, yar ilә mәn daima hәmdәst olam.

 

(M u s i q i)

 

Yarü әğyar tәnәsi tәqib edәr hәrdәm mәni,

Varmı bir kani-müqәddәs, istәrәm mәn bәst olam.

 

(M u s i q i)

 

Bu halda Z e y d daxil olur, L e y l a n ı görür vә ona müraciәtәn deyir;

 

Z e y d--

 

Leyla, sәnә sözüm var,

Etmә yenә mәni xar.

Rәhm etsәn nә olar?    

Rüsxәt ver!  (2 dәfә)

Sevdim, billah!

Sәni, Leyla!

Oldum mәn sәnә aşiq! (2 dәfә)

 

Leyla, Leyla!

Sevdim, billah!

Ah! Sevdim!

Sevdim sәni, Leyla!

 

L e y l a--

 

Cürәtin, Zeyda, tәәccübdür sәnin!

İstәyirsәn kim, әmirin düxtәrin

Yar qılasan özünә? Öylәsә bәs,

Xam xәyaldır kim, edirsәn sәn әbәs!

 

Z e y d--             

 

Gәl sәn mәnә kәrәm et,

İnsaf yolu ilә get,         

Bir dәm rәhm eylә,      

Yandırma böylә. (2 dәfә)

Sevdim, billah!

Sәni, Leyla!     

Oldum mәn sәnә aşiq! (2 dәfә)

Leyla, Leyla!

Sevdim, billah!

Ah, sevdim!

Sevdim sәni, Leyla!

 

L e y l a--

 

Ahü nalәn etmәyir heç bir әsәr,

Sözlәrin, bil kim, sәnә vermәz sәmәr.

Qismәtin axtar sәn özgә yardan,

Lütfü ehsan gözlәmә mәn sarıdan.

 

Z e y d--

 

Rәdd etmә, Leyla!

İncitmә, Leyla!

Bir nәzәr lütf et,

Bir әsәr lütf et!  (2 dәfә)

Sevdim, billah!

 

(M u s i q i)

 

Sevdim, billah!

Sәni, Leyla!

Oldum mәn sәnә aşiq! (2 dәfә)

Leyla, Leyla!

Sevdim, billah!

Ah, sevdim!

Sevdim sәni, Leyla!

 

L e y l a--

 

Bunca zәhmәt bәs edәr, Zeyda, mәnә

Artığın, insaf qıl, görmә rәva!

Zәrrә qәdri meyl etmәm mәn sәnә!

Get, mәnә vermә daha bir dә cәfa!

 

Z e y d (qәzәblә)--

          

Bildim, sәn Haruna aşiqsәn!

 

L e y l a--

          

Bәli! Mәn Haruna aşiqәm!

 

Z e y d--

          

Leyla! Yandırma mәni!

 

L e y l a--

          

Sevdiyim yalnız bir Harundur!

 

Zeyd--

 

Leyla, Leyla! Zal?m olma!... Bildim, sәn Haruna aşiqsәn!

 

L e y l a--

          

Bәli! Mәn Haruna aşiqәm!

 

Z e y d--

          

Leyla! Yandırma mәni!

 

L e y l a--

          

Sevdiyim yalnız bir Harundur!

 

Z e y d--

 

Leyla, Leyla! Zalım olma!                          

 

(M u s i q i)

 

Z e y d bihalәt bir surәtdә miz üzәrinә yıxılıb, üzünü әli ilә tutur; L e y l a isә mәğruranә bir surәtdә ona baxıb qalır.

 

Z e y d (yalvara-yalvara)--

 

Olma zalım, rәhm qıl, sәn mәn fәqirә, Leyla!

Xoş nәzәrlә bir kәrә bax mәn fәqirә, Leyla!

Gör, әlindә dönmüşәm mәn әsirә, Leyla!

Bir dә etmә sәn nişanә seyfi-tirә, Leyla!

 

(ӘLAVӘ)

 

Allaha bax, rәhm elә!

Zalım olma bir belә! (2 dәfә)

İstәmә sәn Zeyd axır

Eşq dәrdindәn öl?!...

 

(M u s i q i)

 

Olma zalım, rәhm qıl, sәn mәn fәqirә, Leyla!

Xoş nәzәrlә bir kәrә bax mәn fәqirә, Leyla!

Gör, әlindә dönmüşәm bir әsirә, Leyla!

Bir dә etmә sәn nişanә seyfi-tirә, Leyla!

 

L e y l a--

 

Әbәsdir naleyi-zarın,

Xәyalın, xam әfkarın.

Yәqin et qәtiyyәn, Zeyda!

Deyil Leyla sәnin yarın!

 

Z e y d--

 

Rәhm eylә, Leyla!

Leyla, rәhm eylә!

Allaha bax, rәhm eylә! (2 dәfә)

(Yaxınlaşır) Zalım olma bir belә!...

L e y l a (acıqla)--Әl çәk mәndәn! (Tez çıxıb gedir.)

 

(M u s i q i)

 

Bu mәqamda H a r u n daxil olub, Z e y d ә tәrәf yaxınlaşır. Zeyd onu görüb, bu sәfәr dәxi ona yalvarır.

 

Z e y d--

 

Harun, sәnә sözüm var!  

Etmә yenә mәni xar,        

Rәhm etsәn nә olar? (2dәfә)

Rüsxәt ver!

Sevdim, bil sәn,

Leylanı mәn;    

Oldum Leylaya aşiq! (2dәfә)

Harun, Harun,

Leyla yarım!

Ah! Sevdim, sevdim Leylanı mәn!

 

H a r u n--

 

Cürәtin, Zeyda, tәәccübdür sәnin.

İstәyirsәn özgә şәxsin dilbәrin

Yar qılasan özünә! Öylә isә bәs,

Xam xәyaldır kim, edirsәn sәn әbәs!

 

Z e y d--

 

Gәl sәn mәnә kәrәm et,

İnsaf yolu ilә get;

Bir dәm rәhm eylә,    

Yandırma böylә! (2 dәfә)

Sevdim, bil sәn,           

Leylanı mәn,    

Oldum Leylaya aşiq!  (2 dәfә)

Harun, Harun,

Leyla yarım.

Ah! Sevdim, sevdim Leylanı mәn!

 

H a r u n--

 

Ahu nalәn etmәyir heç bir әsәr,

Sözlәrin, bil kim, mәnә vermәz sәmәr.

Qismәtin axtar sәn özgә yardan,

Heç dәrd, qәm çәkmә Leyla sarıdan.

 

Z e y d--

 

Rәdd etmә, Harun!

İncitmә, Harun!        

Bir nәzәr lütf et!

Bir әsәr lütf et! (2 dәfә) 

Sevdim, bil sәn,

 

(M u s i q i)

 

Sevdim, bil sәn, 

Sevdim, bil sәn, 

Leylanı mәn,

Leylanı mәn,

Oldum Leylaya aşiq! (2 dәfә)

Harun, Harun!

Leyla yarım!

Ah! Sevdim, sevdim Leylanı mәn!

 

H a r u n--

 

Bunca zәhmәt bәs edәr, Zeyda, mәnә!

Artığın, insaf qıl, görmә rәva!

Candan artıq sevdiyim cananımı,

Sәn alınca, alginәn bu canımı!

 

Z e y d (qәzәbnak)--

         

Harun! Qorx mәndәn!

 

H a r u n--

          

Boş vә bihudә danışma!

 

Z e y d--

         

Harun, әl çәk Leyladan!

 

H a r u n--

             

Candan, başdan әl çәkәrәm!

 

Z e y d--

  

Harun, Harun! olma bais!... Harun! Qorx mәndәn!

 

H a r u n--

         

Boş vә bihudә danışma!

 

Z e y d--

          

Harun! Әl çәk Leyladan!

 

H a r u n--

           

Candan, başdan әl çәkәrәm!

 

Z e y d--

 

Harun, Harun! Olma bais!

 

Deyib qılıncını çәkir; H a r u n dәxi qılınc çәkir vә hәr ikisi qalxan götürüb dava edirlәr; bu halda v ә z i r daxil olub, bunları görür.

 

V ә z i r--Allahu әkbәr! (Aralarına girir). Siz nә işdәsiniz?!  Bu saat Әmir buraya gәlir.  Qasid gәlibdir  ki, üstümüzә düşmәn qoşun çәkib gәlmәkdәdir; siz nә ilә mәşğulsunuz?!

 

Z e y d  vә H a r u n  davadan әl çәkib, qılınclarını qınına qoyurlar. Bu halda Әmirin  ә y a n l a r ı, o ğ l a n l a r vә q ı z l a r  cәrgә-cәrgә gәlib düzülürlәr vә bәdә Ә m i r daxil olduqda oxuyurlar:

 

H a m ı--

 

Şanü şövkәt, ey Әmir, sәndәn artıq kimdә yox.

Hәm әdalәt, hәm sәxavәt, hәm şücaәt sәndә çox! (2 dәfә)

Şanü şövkәt, ey Әmir, sәndәn artıq kimdә yox.

Hәm әdalәt, hәm sәxavәt, hәm şücaәt sәndә çox! (2 dәfә)

Canü başdan keçmәyә hazırıq biz, bil, 

Ömr versin allahım, çox yaşasın il. (2 dәfә)

Hәm әdalәt, hәm sәxavәt, hәm şücaәt sәndә çox!

 

V ә z i r  mәktub pişnәhad edir, Ә m i r mütaliә edir. Musiqi çalır, bәdә yenә h a m ı oxuyur:

 

H a m ı--

 

Şanü şövkәt, ey Әmir, sәndәn artıq kimdә yox!

Hәm әdalәt, hәm sәxavәt, hәm şücaәt sәndә çox! (2 dәfә)

 

Ә m i r--

 

Allahın mәrhәmәti cümlәmizin üzәrinә olsun.

 

H a m ı--

 

Amin!

  

Ә m i r--Üzәrimizә düşmәn gәlir. Bizi qırmaq vә müqәddәs mәkanlarımızı әlimizdәn almaq istәyir. Nә etmәk lazımdır?

H a r u n v ә Z e y d (irәli durub)--Düşmәnә müqabil durub, onu mәğlub vә pәrişan etmәk!

Ә m i r--Әmr edirәm: qoşun bu gün hazır olsun! Harun vә Zeyd, Zeyd vә Harun! Qoşun çәkib gedirsiniz, düşmәn ilә dava edirsiniz, eşidin! Hansı biriniz davadan müzәffәr gәlsә, әmir sözü verirәm ki, mәndәn hәr nә istәsә,--tәxtü tacımdan başqa,--onu әmәlә gәtirәrәm. Amma mәğlub olsa, daha bir dә gözümә görünmәsin! Eşitdinizmi?

H a r u n  v ә  Z e y d--Әlbәttә, Әmir sağ olsun!

Ә m i r--Mürәxxәssiniz, gedin qoşun tәdarük edin. Allahın mәrhәmәti cümlәmizin üzәrinә olsun!

H a m ı--Amin!

 

H a r u n vә Z e y d  gedirlәr, dallarınca B ә k i r, R ә h m a n vә sairә.

 

V ә z i r--Әmir sağ olsun! Sәxavәtiniz alәmә әyandır? Lakin, xudanәkәrdә, sui-istifadә edәn olmasın!

Ә m i r--Vәzir, bilirsәnmi ki, bir söz ki, Әmirin ağzından çıxdı, o hökmü-qanundur!

V ә z i r--Şübhәsizdir, Әmir sağ olsun? (Deyib çәkilir).

 

Bәdә Ә m i r  işarә edir, s a z ә n d ә    b a z ә n d ә l ә r gәlib, çalıb oynayırlar, ondan sonra Ә m i r durub gedir, dalınca q ı z l a r vә o ğ l a n l a r.

 

(M u s i q i)

 

H a m ı--

 

Şanü şövkәt, ey Әmir, sәndәn artıq kimdә jox,

Hәm әdalәt, hәm sәxavәt, hәm şücaәt sәndә çox! (2 dәfә)

 

(M u s i q i)

               

H a m ı gedir, L e y l a qayıdır.

 

L e y l a--

 

Neylәmişdim, ey fәlәk, hicran qәmin verdin mәnә,

Bir bu qәdri ahü nalәm heç әsәr etmir sәnә.

Gәr muradın canımı almaqsa, billah, alginәn,

Bir kәrә öldür mәni, qurtar әzabi-hicrdәn! (ağlayır).

 

H a r u n (daxil olur)--

 

Ayrılıq, Leyla, pәrişan eylәdi әhvalımı,

Yandırıb yaqmaqdadır suzi-ciyarlә canımı.

Heç ümidim yox bu firqәt dәrdinә tab eylәyim,

Fikrimә gәlmәz ki, bir gün görmәyim mәn yarımı.

 

(M u s i q i)

 

Beylәdir әmri qәzanın kim, gәrәkdir ayrılaq,

Mәhv qıl, pәrvәrdigara, zülm ilә hәm zalımı.

 

L e y l a--

 

Sәn gedirsәn, söylә, Harun, mәn nasıl tәnha qalım,

Kim sәda versin sәdamә, kim eşitsin zarımı.

              

(M u s i q i)

 

L e y l a ağlayır, H a r u n durub gedә-gedә oxuyur.

 

H a r u n--

 

Әlvida, Leyla, yetişdi çün zamanım,әlvida!

Bax, unutma cәngdә fovt olsa canım, әlvida! (Gedir).

 

L e y l a--

 

Ax, Harun getmә, getmә! (Ağlaya-ağlaya dalınca çıxır).

                          

(M u s i q i)

 

Z e y d (daxil olur)--

 

Dedi: hәr kәs müzәffәr gәlsә,

Hәr nә istәsә verәrәm.

Bunca möhnәt, bunca zillәt

Sәndәdir, Leyla! Ax, Leyla, Leyla, gedirәm!

Bunca zillәt sәndәn, Leyla! Getdim! (Tez çıxır).

 

PӘRDӘ

 

 

 

 

ÜÇÜNCÜ PӘRDӘ

 

 

M e ş ә içindә boş yerdә vaqe olur. İki çadır qurulubdur, hәr çadır ağzında bir nәfәr  ә s g ә r durubdur. B ә k i r tәk ora-bura gәzinir. Pәrdә qalxır.

 

B ә k i r (söz ilә)--Harun, bәli, düşmәni mәğlub etdi! Zeyd məyus qaldı.... Nә edim? Zeydin tәklifini qәbul edim, etmәyim? Tәklif ağırdır. Lakin әvәzindә verdiyi simuzәrin çәkisi dә ağırdır! (Fikrә gedir). Olsun! Mәnә simuzәr lazımdır! (Bu halda pәrdә dalından qoşunun sәsi gәlir). Aha, gәlirlәr!

 

Q o ş u n ә h l i (pәrdә dalından)--

 

Davaya getdik,   

Meydana yetdik;  

Biz mәğlub etdik

Ol düşmәni! (2 dәfә)   

Etmәzdi düşmәn böylә güman,

Yalvardı, istәdi әlaman!

Davaya getdik,

Meydana yetdik;

Biz mәğlub etdik

Ol düşmәni!

 

(M u s i q i)

 

H a r u n, Z e y d vә q o ş u n sәhnәyә gәlir; bir dә haman marşı oxuyurlar.

 

H a r u n--

 

Çalınsın tәbli-zәng, qoşun rәqs etsin!

 

M u s i q i. Qoşun rәqs edir; rәqsin bir yerindә qılınclarını siyirib oxuyurlar.

 

Q o ş u n--

 

Hәr davada üst olduq,     

Düşmәn gördü süst oldu, (2dәfә)

Әl çәkdi ol davadan,       

Düşmәn döndü dost oldu. (2dәfә)

  

H a r u n--Allahın kömәyi ilә düşmәni mәğlub etdik. Bir arzumuz varsa, o da bu şadlıq xәbәrini tezliklә Әmirә yetirmәkdir. Yaşasın Әmirimiz!

Q o ş u n--Yaşasın Әmirimiz!

H a r u n--İndi istirahәt zamanıdır.

 

Deyib çadıra girir; q o ş u n әhli istirahәtә әylәşir. Axşam düşur, Z e y d B a k i r i  kәnara çәkib danışır.

 

Z e y d--Hәr şey dediyim kimi hazırdırmı?

B ә k i r--Bәli, hazırdır!

Z e y d--İndi get, işә şüru eylә.

B a k i r--Baş üstә.

 

H a r u n u n çadırına tәrәf gedir. H a r u n çadırdan çıxır.

  

B ә k i r (Haruna)--Sәr әsgәr sağ olsun! İzn ver, qoşun dayanmasın, biz qoşunu götürüb gedәk, siz isә gecә istirahәt edib sonra gәlәrsiniz. Yoxsa qoşun ağır gedir, bizi lәngә salar!

H a r  u n (Zeydә)--Zeyd, sәn nә mәslәhәt görürsәn?

Z e y d--Әlbәttә, qoşunu saxlamaq lazım deyildir.

H a r u n--Qoşun getsin! Bәkir, sәn qoşunu çәk, Rәhman isә yoldaşı ilә bizimlә qalsın.

B ә k i r--Baş üstә (Qoşuna). Sәfәr tәbli çalınsın. Dayanmaq bәsdir.

 

Tәbil çalınır, q o ş u n durur, yenә haman marşı oxuyub sonra gedirlәr. R ә h m a n ilә digәri vә i k i  q a r a u l ç u qalırlar. Axşam olur. Z e y d çadıra girir.

 

R ә h m a n (Haruna)--

 

Lap nahaqdır leşkәri göndәrdiniz böylә uzaq,

Qorxuram kim, nagahan düşmәn hücumunda qalaq.

 

H a r u n--

 

Qorxma, Rәhman! Düşnәni bәrk әzmişik, imkanı yox!

 

R ә h m a n--Doğrudur, amma ki, düşmәn gәr bir olsa, baki |ox. (Zeydә tәrәf işarә edir).

H a r u n (Barmağını ağzına tutur)--Anladım.... Mәn anladım! Hәqdir sözün, Rәhman, sәnin, amma gecdir....

R ә h m a n--Bәli, gecdir.

H a r u n--Fikri vardır düşmәnin.... (Qeyz ilә) Qorxmuram mәn ol dәnidәn, bildiyin qoy eylәsin.

R әh m a n--Doğrudur. Biz hazırıq. Hәr nә edirsә eylәsin!

 

Ç a d ı r a girirlәr. Qaranlıq düşür.

 

(M u s i q i)

 

H a r u n (çadırdan çıxıb oturur)--

 

Bir aman ver, ey qәnim,

Qoy bir görüm cananımı;

Çün gözü yolda qalıb,

Qıyma tökülsün qanımı.

 

(M u s i q i)

 

Çәngdә hәr anidә çıxmaz yadımdan Leyla,

Ah, olurmu bir o gün bir dә görәydim yarımı.

 

Ç a d ı r a girir.

 

M u s i q i.  

 

Lap qaranlıq olur.

 

Z e y d (qısıla-qısıla vә çadırından çıxıb meşәyә tәrәf gedir).

 

Vaxtdır çәngә, vaxtdır çәngә, ah!

Düşmәyin lәngә, düşmәyin lәngә, ah!

 

Bu әsnada meşәdәn on-on beş nәfәr m ü s ә l l ә h adam çıxıb, Z e y d ilә bir yerdә  H a r u n  vә y o l d a ş l a r ı üzәrinә hücum edirlәr. Bunlar yuxudan ayılır, dava başlanır. Lakin bunlar az, onlar çox; odur ki, hamını qırıb, qaçıb gedirlәr. Gedәrkәn Z e y d yerә yıxılıb qalmış H a r u n u n ölmüş olduğuna inanıb, çıxıb gedir. Amma H a r u n ölmәyib, bәrk yaralıdır.

 

H a r u n (güc ilә başını qaldırır)--

 

İncidir yaralarım, yoxdur ümidim özümә,

Bu nә haldır.... (ora-bura baxır). Görünür cürbәcür insan gözümә!

 

(M u s i q i)

 

Ax, Leyla! Sәnә qurban edirәm canımı mәn,

Tәrk qıl, yoxdur ümidim, gözlәmә gәl rahimi sәn!

 

Musiqi çalır, H a r u n uzanır. Yavaş-yavaş, sübh açılır, işıqlanır. Bu halda bir nәfәr d ә r v i ş gәlib buradan keçәrkәn yerә yıxılmış meyitlәri görüb, tәәccüblә dayanır.

 

D ә r v i ş--

 

Allah, allah, bu nәdir böylә? Әcәl meydanıdır?

Bu tökülmüş nәşlәr insanın qurbanıdır!

Gör bәni-adәm necә zülmü sitәmlә bir-birin,

Öldürüb qırmaqdadır ...  aya, kimin fәrmanıdır

Bu әmәl bunca sitәm, böylә fәna rәftarlar?!...

              

D ә r v i ş gedib meyitlәrә bir-bir baxır.

 

D ә r v i ş--Heç birindә can yoxdur. (Haruna gedib baxır).

D ә r v i ş--Bu hәlә ölmәyibdir. Bәlkә nicatı mümkündür?

 

Cibindәn cürbәcür otlar vә dәrmanlar çıxarıb, onlardan birini H a r u n u n  burnuna tutur.

 

H a r u n (ayılır)--Ax, Leyla ... bir içim su ... ölürәm!

D ә r v i ş--Qorxma, mәn sәni sağaldaram. Mәn yaraların dәrmanını bilirәm, qorxma!

H a r u n--Sәn kimsәn?

D ә r v i ş--Mәn sәnә müalicә edәnәm. Qorxma, sağalarsan!

 

(M u s i q i)

 

H a r u n--

 

Bir bu qәdri yaralar qoymaz mәni sağa çıxam

Kim, görәm Leylanı mәn, gül tәk cәmalına baxam.

(Birdәn qәhr vә qәzәblә). Zeyd! Alçaq Zeyd!

Ölmәyәydim, intiqam alaydım, intiqam!  (Deyib yıxılarkәn dәrviş tutur).

 

PӘRDӘ

 

 

 

 

DÖRDÜNCÜ PӘRDӘ

 

 

Yenә Әmirin s a r a y ı n d a vaqe olur. Ә m i r, yanında v ә z i r vә ә y a n l a r taxt üstündә әylәşibdir. Qabağında q ı z l a r rәqs edirlәr. Bәdә rәqs tamam olur.

 

Ә m i r (qızlara)--

 

Bir nәğmә çalın, hәm oxuyun, qәlbimi şad eylәyәsiz,

Hәm şәbabәtdә keçәn günlәri yad eylәyәsiz!

                        

(M u s i q i)

 

Q ı z l a r--

 

Yadındadır keçmişlәr,

Keçirdiyin xoş günlәr;

Gözәl idi o dәmlәr,

Keçdi getdi, o günlәr hanı?

Keçdi getdi o dәmlәr! (2 dәfә)

 

(M u s i q i)

 

Cәh-cәh vurur bülbüllәr,

Hәr yan açıbdır güllәr.

Pәh, nә nazikdir bellәr,

Keçdi getdi, o günlәr hanı?

Keçdi getdi o dәmlәr. (2 dәfә)

 

O ğ l a n l a r--

 

Olsun o günlәr,

Gәlsin o dәmlәr,          

Güllәr, bülbüllәr!  (2 dәfә)

 

Q ı z l a r--

 

Saqi, tez ver badәni,

Çağır Pәrizadәni,

Salsın yada ol günü.

Keçdi getdi, o günlәr hanı?

Keçdi getdi o dәmlәr. (2 dәfә)

 

(M u s i q i)

 

Tut әlimdәn seyr edәk,

Zövqü şövqә meyl edәk,

Eşqin yolu ilә gedәk.Keçdi getdi, o günlәr hanı?

Keçdi getdi o dәmlәr. (2 dәfә)

 

O ğ l a n l a r--

 

Olsun o günlәr,       

Gәlsin o dәmlәr,       

Güllәr, bülbüllәr!  (2 dәfә)

 

Q ı z l a r  v ә  o ğ l a n l a r--

 

Yadındadır keçmişlәr,

Keçirdiyin xoş günlәr,

Gözәl idi o dәmlәr.

Keçdi getdi, o günlәr hanı?

Keçdi getdi o dәmlәr. (2dәfә)

 

(M u s i q i)

 

Q a s i d (söz ilә)--Әmir sağ olsun, qoşunumuz davadan qayıtdı, budur, gәlmәkdәdirlәr. (Leylada bәşaşәt әsәri).

Ә m i r--Allahın mәrhәmәti cümlәmizin üzәrinә olsun, xeyirxәbәr olsunlar!

H a m ı--Amin!

 

Q o ş u n pәrdә dalından әvvәlki marşı oxuyur. Sonra Z e y d B ә k i r ilә daxil olur; L e y l a bunların içindә H a r u n u görmәyib, müztәrib hal olur vә intizardadır ki, görsün Harundan nә xәbәr vardır.

 

Ә m i r (Zeydә)--Qalibsiniz, ya mәğlub?

Z e y d--Әmir sağ olsun, allahın kömәyi ilә qalibik.

Ә m i r--Allahın  mәrhәmәti  cümlәmizin, üzәrindә  olsun!

H a m ı--Amin!

Ә m i r--Söylә tәfsilatı, qulaq asaq!

Z e y d--Düşmәni mәğlub vә pәrişan etdik. Söz verdi on il bizimlә dava etmasin. Budur əhdnamәsi! (Tәqdim edir).

Ә m i r (mütaliә edir, vәzirә verir)--Bәs Harun?

Z e y d (başını aşaqı salıb, boğuq sәc ilә)--Şәhid oldu!

 

Hәr kәsdәn bir tәәssüf vә tәhәssür nidası qalxır. L e y l a isә bәrk qışqırıb özündәn getmәkdә ikәn vәzirin işarәsi ilә qızlar Leylanı götürüb, o biri otağa çıxarırlar.

 

Ә m i r--Şәhid oldu? Allahu әkbәr! Allah rәhmәt eylәsin.... Zalım düşmәn! Harun kimi sәr-әsgәrimi әlimdәn aldı.... (Fikir). Ax, Harun, Harun! (Fikir, bәdә Zeydә). Zeyd, sәn ki, davadan müzәffәr vә qalib gәldin әvәzindә mәndәn bir әnam istә!

Z e y d--Әmir sağ olsun, siz bizi göndәrәndә buyurdunuz ki, hәr kәs qalib gәlsә hәr nә istәsә verәrәm.

Ә m i r--Doğrudur, necә?

Z e y d--Sizin o sözünüz mәnә mürәt verir vә mәn sizdәn qızınız Leylanı istәyirәm.

 

Bu sözdәn h a m ı pәrişanhal  olur  vә tәәccüb edir.

 

Ә m i r (qeyz ilә)--Nә cürәt etdin? (Yada salır). Ax, söz vermişәm.... Nә ağır tәklifdir! Zeyd, sәn mәndәn özgә şey istә, qızıl istә!

Z e y d--Әmir sağ olsun, Leyladan başqa özgә istәyim yoxdur, Sizin vәdiniz mәnә cürәt verib istәyirәm.

Ә m i r--Bir övladım var, o da Leyladır.... Zeyd, Leylanı әlimdәn alma!

Z e y d--Әmir sağ olsun, cürәtim böyükdür, buyur boynumu vursunlar; amma sәn söz verdin, mәn dә cürәt etdim.Ә m i r (vәzirә)--Sәnin sözün doğru imiş.... (Zeydә). Hansı şәhәrimi istәsәn sәnә verәrәm, amma Leylanı alma!

 

(M u s i q i)

 

Z e y d--

 

Sәn söz verdin,

Mәn eşitdim.

Düşmәn ilә      

Cәngә getdim. (2 dәfә)

Qoşun çәkdim,    

Mәn cәng etdim;     

Düşmәn halın       

Mәn tәng etdim!  (2 dәfә)

 

Nә tövr komanda etdiyini әli ilә işarә edir.

 

Hay ... hay ... hay.... Leylanı mәn

 

(M u s i q i)

 

Sevdim, ey Әmir! 

Leylanı mәn.

Sevdim ey Әmir! (2 dәfә).

Bәs nә edim,

Nәdir tәdbir?

Qoşun çәkdim,     

Mәn cәng etdim.       

Düşmәn halın      

Mәn tәng etdim! (2 dәfә)        

Hay ... hay....

Hay ... cәngә gәl!

 

Ә m i r--Zeyd, bir lәhzә gözlә, mәn sәnә cavab verәrәm!

 

Z e y d çıxır.

 

Ә m i r (Vәzirә)--Vәzir, nә etmәli? Bu mәnhus dava Harun kimi sәr-әsgәrimi әlimdәn aldı.... Bu nakәs dә qızımı almaq istәyir, tәki düşmәn bizә qalib gәlәydi, bu iş olmayaydı.

V ә z i r--Әmir sağ olsun, әlbәttә, sәn istәsәn bu saat әmr edәrsәn, Zeydin boynu vurulsun. Lakin sәn söz verdin.... Әmir sözü ... nә etmәk!        

 

Ә m i r--

 

Bu qulu bir әmr ilә rәdd eylәmәk mәqdur ikәn,

Gör әlindә mәn onun acizü naçar olmuşam;

Çünki mәn söz vermişәm, sözdәn dönüm, ya dönmәyim.

Bunca müşkül mәsәlә hәllinә vadar olmuşam!

 

H a m ı--

 

Çox çәtin mәsәlә!

Hәlli onun müşkül,

Hәlli onun müşküldür.

Zeydi rәdd eylәmәk

Hәr bir şeydәn yüngül,

Hәr bir şeydәn yüngüldür.

Amma ki, söz verdin,

Әmrini bildirdin,

Әmrini bildirdin!

Çünki sәn söz verdin!

 

Ә m i r (söz ilә)--Vәzir, nә etmәli? Bir çarә tap!

V ә z i r--Әmir sağ olsun, sәn Zeyddәn qırx gün möhlәt istә, bәlkә bu qırx günün әrzindә bir әlac tapaq.

Ә m i r (şad olur)--Doğru deyirsәn, vәzir. Cağırın Zeydi?!... Bәlkә bu qırx gündә bir әlac tapılsın. (Zeyd daxil olur).

Ә m i r--Zeyd, mәnim sözüm әmir sözüdür, onda xilaf ola bilmәz; Leylanı sәnә verәrәm. Lakin sәn mәnә qırx gün möhlәt ver, sonra Leylanı apar.

Z e y d--Mәrhәmәt vә iltifatın, Әmir, artıq olsun! Baş üstә, mәn qırx gün gözlәrәm.

Ә m i r--İndi mürәxxassәn (Zeyd baş әyib gedir).

 

(M u s i q i)

Ә m i r--

 

Nökәrimdәn, nökәrimdәn möhlәt aldım, çünki mәn söz vermişәm.

Verdiyim sözlәrdә mәn daim vәfadar olmuşam.

 

H a m ı--

 

Çox çәtin mәsәlә,

Hәlli onun müşkül,

Hәlli onun müşküldür.

Zeydi rәdd eylәmәk

Hәr bir şeydәn yüngül,

Hәr bir şeydәn yüngüldür,

Amma ki, söz verdin,

Әmrini bildirdin,

Әmrini bildirdin!

Çünki sәn söz verdin!

 

Ә m i r    h a m ı durub gedirlәr.

 

(M u s i q i)

 

L e y l a  gözü yaşlı daxil olur.

 

L e y l a--

 

Bu qәdәr zülmü, fәlәk, sən ki, rәva gördün mәnә,

Tәqsirim nәydi mәnim, aya, nә etmişdim sәnә?

Zülm ilә aldın әlimdәn yarımı, qıydın ona,

Tәqsirim nәydi mәnim, aya, nә etmişdim sәnә?

 

Qaldı yolda gözlәrim, canım, әnisim gәlmәdi,

Çünki Leyladır adım, sәhrada Qeysim gәlmәdi;

Eylәdin zayil  ümidim, verdirdin hәsrәt mәnә,

Tәqsirim nәydi mәnim, aya, nә etmişdim sәnә?

 

(ağlayır).

 

PӘRDӘ

 

 

 

 

BEŞİNCİ PӘRDӘ

 

 

Әmirin hamankı s a r a y ı n d a  vaqe olur, Sәhnәda v ә z i r ilә B ә k i r d i r. Pәrdә qalxır.  

 

V ә z i r--Qırx gün keçdi.... Bu gün vәdә tamamdır. Zeyd gәlәcәkdir, amma biz bir әlac tapa bilmәdik ... hiylәgәr Zeyd Әmirin sözündәn asıldı özünә yol tapdı. Harun isә ... ax, Harun, Harun! Kim bilir, davadamı öldürdülәr, ya Zeydin namәrd әli ilә qәtl oldun. (Fikrә gedib, sonra Bәkirә tәrәf yönәlir). Bәkir! Doğrusunu söylә, yoxsa hәm bu dünyada vә hәm o dünyada şәdid cәzalara düçar olarsan! Harunu davada öldürdülәr, yoxsa?...

B ә k i r (başını aşaqı salır)--Vәzir sağ olsun, davada öldürdülәr.

V ә z i r--Davada! Hansı davada? Bәs Rәhmanı?

B ә k i r--Onu da öldürdülәr!

V ә z i r--Amma, bil, Bәkir! Nahaq tökülmüş qan yerdә qalmaz! (Tez dönüb çıxır).

B ә k i r (tәk)--Vәzirin gözünә düz baxa bilmirәm. Vicdanım özümü incidir, deyim, demәyim? Kim bu sirri aça bilәr? Harun ölübdür, Rәhman ölübdür.... (Qәti surәtdә). Yox! Demәrәm. (Dönüb bu da tez çıxır).

 

Bu halda L e y l a  qara geyimli, gözü yaşlı, zәif, pәrişanhal, iftan vә xizan daxil olub oturur, bәdә әllәrini yuxarı qalxızıb minacat dilәyir.

 

(M u s i q i)

 

L e y l a--

 

Ya ilahi, ya ilahi!

Bir ölüm ver, canımı qurtar әzabi-hicrdәn,

Bir dәqiqә rahatım yox dәrddәn, min fikrdәn.

Heç rәvadırmı ki, Harundan sonra mәn sağ qalam,

Ol şәhidi ticikәn, mәn hәm әsiri-dam olam.

 

Ağlayır; bәdә birdәn fikrinә düşür ki, qırx gün keçibdir vә Z e y d gәlәcәkdir.

 

L e y l a (söz ilә hövlnak)--Ax, qırx gün keçdi.... Bu gün vaxt tamamdır, Zeyd gәlәcәkdir! (Daha hövlnak). Yox, yox! Mәn özümü xilas edәrәm.

 

Belindәn xәncәrini çәkir vә oxuyur.

 

Çünki yox başqa әlacım, var ümidim bir sәnә,

Mәrhәmәt eylә, a xәncәr! Tez әcәl göndәr mәnә!

(Yanıq ilә), Gәl, gәl, Zeyd! (Lakin yenә sustalıb,Harunu yad edir).

Bir bu qәdri dәrd içindә könlümü mәsrur edәn,

Bir odur ki, tez ölüm, ta kim, görüm Harunu mәn.

Çatmadıq çün biz murada bu cahani-fanidә,

Axirәtdir aqibәt hәr yarı yara vәsl edәn.

 

Bu yerdә Ә m i r vә h a m ı daxil olub, L e y l a n ı nalan görürlәr.

 

H a m ı--

 

Bәsdir, Leyla, bunca möhnәt,

Gәl vermә böylә özünә zәhmәt. (2 dәfә)

Qismәtdir bu, keçdi müddәt,

Gәl vermә böylә özünә zәhmәt. (2 dәfә) 

 

T ә k q ı z l a r--

 

Ax, necә etmәk, ax, necә etmәk?        

Bax, yola getmәk, başqa da çarә yox! (2 dәfә)

 

H a m ı--

 

Allahdandır çün bu işlәr,

Gәl vermә böylә özünә zәhmәt. (2 dәfә)

Sәbr et, sәbr et söylәmişlәr;

Gәl vermә böylә özünә zәhmәt. (2 dәfә)

 

T ә k q ı z l a r--

Ax, necә etmәk, ax, necә etmәk?        

Bax, yola getmәk, başqa da çarә yox! (2 dәfә)

 

H a m ı--

 

Bәsdir, Leyla, bunca möhnәt,

Gәl vermә böylә özünә zәhmәt. (2 dәfә)

Qismәtdir bu, keçdi müddәt,

Gәl vermә böylә özünә zәhmәt. (2 dәfә)

 

Ә m i r--         

 

Qismәtin buymuş, qızım, yox çarәmiz tәğyir edәk,

Biz gәrәk daim bizә qismәt olan yolla gedәk.

 

L e y l a--

 

Ax, ata, bil sirrimi: Haruna aşiqdir qızın!

Aşiqi etmiş bu yarın halәtin, fikr et özün!

 

Ә m i r--

 

Gәr desәydin sәn qabaq: Haruna ver, ata, mәni,

Bil, yәqin Haruna, Leyla kim, verәrdim mәn sәni.

 

L e y l a--

 

Oldu Harunum şәhid, söz vermisәn hәm Zeydә sәn,

Qoy olum qurban, sözün ver, ver ... gedim ol Zeydә mәn,

 

(Ağlayır).

 

H a m ı--

 

Bәsdir, Leyla, bunca möhnәt!

 

(Necә ki, qabaqda var, axıra kimi).

 

(M u s i q i)

 

Ә m i r әylәşir. Hәr kәs öz mәqamında durur. Bu әsnadә Z e y d daxil olur.

 

Z e y d--

 

Qırx gün keçdi, 

Qırx gün keçdi.

Leylanı aparmağa gәldim,

Leyla, Leyla!

Sevdim, billah, ah!

Sevdim, sevdim sәni, Leyla!

 

Ә m i r--Zeyd! Әmirin sözü sözdür.... Apar, apar Leylanı. (Zeyd baş әyir).

L e y l a (rişxәnd ilә)--Gәl, gәl, Zeyd! Mәn hazıram! (Zeyd Leylaya tәrәf hәrәkәt edәrkәn). Apar Leylanın nәşini!

 

Xancәrini çәkir vә qalxızır ki, sinәsinә çaxsın, bu halda qapılar açılır, H a r u n  daxil olur vә tez L e y l a n ı n  qolundan tutur. Bu әhvalat hamını mat vә mәәttәl qoyur; elә ki, bir neçә saniyә heç kәsdә söz demәyә ixtiyar olmur. Leyla heyran, tәәccüb, sürur vә xof ilә yavaş-yavaş dönәrәk Haruna baxır vә bunun Harun olduğunu yәqin edib qışqırır.

 

L e y l a--Harun!

 

Ürәyi gedir. İndiyә qәdәr gözlәri bәrәlmiş vә Haruna tәәccüb ilә baxan Z e y d,  axır özünә gәlib qaçmaq istәrkәn H a r u n  cәld onun qolundan yapışır vә deyir:

 

H a r u n--Dayan, namәrd qatil!  Qaça bilmәzsәn!

Ә m i r (tәәccüblә)--Harun, sәn qәbirdәn dirilib gәldinmi?

 

L e y l a  şadlığından ağlayır.

 

H a r u n--Әmir sağ olsun! Qәbirdәn dirilәn kimi olmuşam, lakin allahın mәrhәmәti üstümdә çox imiş!

Ә m i r--Bәs söylә bu nә әhvalatdır!

H a r u n--Mәn düşmәni mәğlub edib qayıdarkәn, bu mәlun hiylә ilә qoşunu ötürüb, öz gizli qatillәri ilә üzәrimә hücum etdi. Adamlarımı vә Rәhmanı öldürüb, mәni dә ağır yaralar ilә yıxdılar!

Ә m i r--Sәbәb?

H a r u n--Sәbәbini qızın Leyladan soruş!

Ә m i r--Harun, Leyla mәnә söylәdi ki, sәnә aşiqdir. Sәn dә ona aşiqsәnmi?

 

(M u s i q i)

 

H a r u n--

 

Ax, Әmir! Leylanı mәn canımdan artıq sevmişәm,

Sevmişәm, bu yolda hәm min cür cәfalar görmüşәm.

(Leyla ilә bir yerdә).

Sevmişik bir-birimizi, olmuşuq bir tәndә can,

Olma razı, ey Әmir, kim, ayrılıq, ah, әlaman!...

 

(M u s i q i)

 

Ә m i r (dәbdәbә ilә)--

 

Olun agah, qızım Leylanı mәn verdim bu Haruna,

Gәrәk qırx gün-gecә şadlıq edәk hәr növü hәr gunә.

 

H a m ı--

 

Şanü şövkәt, ey Әmir, sәndәn artıq kimdә yox,

Hәm әdalәt, hәm sәxavәq, hәm şücaәt sәndә çox! (2 dәfә)

Şanü şövkәt, ey Әmir, sәndәn artıq kimdә yox,

Hәm әdalәt, hәm sәxavәt, hәm şücaәt sәndә çox!

Canü başdan keçmәyә hazırıq biz, bil,

Ömr versin allahım, çox yaşasın il,

Hәm әdalәt, hәm sәxavәt, hәm şücaәt sәndә çox! (2 dәfә)

Canü başdan keçmәyә hazırıq biz, bil,

Ömr versin allahım, çox yaşasın il;

Hәm әdalәt hәm sәxavәt, hәm şücaәt sәndә çox! (2 dәfә)

 

Z e y d--

 

Öldürün, öldürün,        

Qoy yetim mәn öz cәzama!  (2 dәfә)

Öldürün, öldürün,

Böylә lazımdır mәnә!

 

H a m ı--

 

Şanü şövkәt, ey Әmir, sәndәn artıq kimdә yox,

Hәm әdalәt, hәm sәxavat, hәm şücaәt sәndә çox! (2 dәfә)

 

PӘRDӘ