AY ÖTÜR, GÜN KEÇİR....
Dövlәt duma yaxınlaşır. Camaat da
hazırlaşır, hökumәt dә
hazırlaşır. Hökumәt hazırlaşır ki,
görsün elә bir duma qayıra bilәrmi ki, axırda
camaatı öz zurnası ilә oynatsın.
Camaat dәxi bu kәlәyi duyub
әllәşir ki, görsün bir elә duma qura
bilәrmi ki, hökumәti zurnasına oynatsın....
Axırda kim çalıb, kim oynayacaq, onu allah bilir.
Ancaq bir onu demәk lazımdır ki,
indiyә kimi biz camaat hökumәtin cürbәcür
zurnasına oynayıb, hamısının lәzzәtini
görmüşük. İndi allah elәsin, iş elә
gәtirsin ki, hökumәt camaatın zurnasına
oynasın, görәk onun lәzzәti nә
cürdür. Deyilәnә görә, o gәrәk
çox dadlı olsun, çünki o zurnada
çalınacaqdır: hürriyyәt şikәstәsi,
әdalәt çahargahı vә müsanat
bayatı-şirazı.
* *
* * *
Mәn mәrc gәlirәm ki, bu bir-iki ilin
әrzindә cәmi Rusiyada hürriyyәt,
әdalәt vә müsavat sözlәrindәn
çox işlәdilәn heç bir söz yoxdur. Hәr
kәs vә hәr bir firqә bu sözlәrә
ayrı-ayrı mәnalar verir vә özgә
cürә bәyan edirlәr.
O bәyanatın hamısını mәn
yaxşı bilirәm vә oxuculara başağrısı
olsa da, burada söylәyәcәyәm.
Mәsәlәn, götürәk
"hürriyyәt" sözünü. Bu sözün
mәnası "hökumәt firqәsi"nin
istilahınca belәdir: Bir adama danışmaq
üçün izn vermәk, amma ağzını
açanda bir şapalaq vurub yumdurmaq. Bir adama bir işi görmәk
üçün rüsxәt vermәk, amma o, işә
başlayanda vurub başını yarmaq vә ya
qıçını sındırmaq.
Haman "hürriyyәt" sözü
"mәrdümazar" firqәsinin dilindә bu
mәnadadır: yetәnә yetmәk,
yetmәyәnә bir daş atmaq. Yenә haman söz "әsl
ruslar" firqәsi istilahınca bu mәzmundadır:
"Әsl ruslar"a azadlıq, sairlәrinә yox;
sairlәrә qulluq, "әsl ruslar"a yox!"
İndi götürәk, "müsavat"
sözünü. Sair firqәlәri bilmirәm, amma
әsl "nucәba firqәsi" istilahınca bu söz o
mәnadadır ki, hәr kәs anqırıb tayını
tapsın!
O ki, qaldı "әdalәt"
sözünә, onu da haman "Nücәba
firqәsi" belә bәyan edir ki, mәsәlәn,
dünya әmәlә gәlib ağalardan vә
kәdalardan. Ağa -- insanın papağı
mәnzilәsindәdir, gәda -- onun başmağı
yerindә (necә ki, burada mәtlәb bir qәdәr
nazikdir, yaxşı mültәfit olun). Başmağı başa
geymәk, papağı da ayağa geymәk başmaqla
papağın haqqında bir cürә zülmdür,
hәmçinin "ağa"nı aşağı
başda oturdub, "gәda"nı da yuxarı başda
oturtmaq bunların haqqında zülmdür. Amma
tәrsinә olsa, "әdalәtdir".
Ermәni "Daşnaksutun" firqәsinin
dilindә "әdalәt" bundan ibarәtdir:
qonşuya badalaq vurub, özünü irәli soxmaq. (...).
Hökumәt firqәsi istilahınca "әdalәt" budur: günahlı ya günahsız bir adamı tutmaq vә tutub da qazamata salmaq. Bir-iki ildәn sonra sud qurub, onların işinә baxmaq. Әgәr günah sahibidirsә, bir dә tәzәdәn qazamata salmaq, günahı yoxdursa, buraxmaq ki, kişi iş-gücündә avara olmasın (...).