BAŞA DÜŞMӘDİ
Keçәnlәrdә idarәmizә
Yevropadan bir nәfәr adam uçub gәlmişdi.
Söhbәt arasında dedi ki, bizim Yevropada böyük bir
hәyәcan vә qorxu vardır.
D e d i m: -- Sәbәbi nәdir?
D e d i: -- Sәbәbi odur ki, Yevropaya
çox hәyәcanlı xәbәrlәr gәlir ki, müsәlmanlar böyük bir sürәtlә tәrәqqi edirlәr....
D e d i m: -- Tәәccübdür, bizim tәrәqqimiz sizi qorxudurmu?
D e d i: --
Bilirsiniz, insaniyyәt nöqteyi-nәzәrincә çox şad elәyir. Biz sevinirik
ki, bizim növümüz yavaş-yavaş zillәtdәn qurtarır. Amma o biri tәrәfdәn, bilirsiniz, bu әyyam bir әsri
-- mübarizeyi-hәyatiyyә әsridir. Yәni
dirilik üçün dava elәmәk әsridir. Onun üçün biz istәmәzdik
ki, dirilik üçün dava edәnlәr
bizim kimi elm qüvvәti
ilә güclü
olsunlar. Mәsәlәn, bu gün elm vә mәdәniyyәt
qüvvәti ilә yaraqlanmış olan
İspaniya Fas әrәblәri ilә dirilik üçün dava elәyir. Onun
üçün İspaniyanın firәnglәrә çox bәrk acığı tutubdur.
Deyir ki, axı sәn nә
üçün bu vәhşilәrә mәdәniyyәt ucunu göstәrib, tüfәng atmaq öyrәtdin ki, onlar da bizә tüfәng atırlar. Bütün
alәm dә bunu boynuna alır ki, әgәr Fas әrәblәri Yevropa mәdәniyyәtini öyrәnsәlәr, İspaniyanı beş-on gün
içindә darmadağın
edib, әvvәlcә dә mәdәniyyәt gücü ilә İspaniyanı öz
mülkü etdiyi kimi, bu sәfәr dә elәcә edәr (çünki o zaman ki, Yevropa mәdәniyyәtdәn mәhrum idi, әrәblәr әn şәşәlli bir mәdәniyyәtә malik idilәr, yəni bütün elm vә fәnlәr aralarında getdikcә tәrәqqi edirdi. O halda İspaniyanı әrәblәr alıb, islam
dövlәtinin
bir vilayәti
etmişdilәr....
Amma sonradan ... әşi,
allah mollalara insaf versin).
Mәn yevropalıya dedim ki, әzizim, bizi
bağışlayın, sizin qorxunuz bizim tәrәqqimizә mane ola bilmәz. İstәr sizin qorxudan ürәyiniz getsin, biz yekә tәrәqqimizi әldәn buraxmayacayıq.
Biz tәrәqqi elәyәcәyik.
Dedi: --
Bircә onu de
görüm indiyә qәdәr çoxmu tәrәqqi eylәyibsiniz?
D e d i m:
-- Çox elәmişik.
D e d i -- Olmazmı, öz tәrәqqinizdәn mәnә nümunә göstәrәsiniz?
D e d i m:
-- Olar, çıxaq bayıra....
Bayıra
çıxdıq, yevropalıya dedim. Tamaşa
elә.
D e d i: --
Baxıram.
--
Gördünmü?
-- Nәyi?
-- Tәrәqqini?
--
Hanı? Heç bir şey görmәdim.
-- Bәs görmәdinmi ki, buradan bir nәfәr saqqallı müsәlman keçdi ki,
ayağına çәkmә
geymişdi. Onun ayağına çәkmә geymәyi
çox böyük tәrәqqidir.
D e d i: --
Anlamıram nә
deyirsәn.
D e d i m:
-- Belә beş-altı il bundan irәli hәr kәs ayağına başmaqdan başqa
özgә bir
şey geysәydi
ona salam vermәk әvәzindә, "allah saxlasın" -- demәk lazım gәlirdi. Amma tәrәqqimiz bu gün o dәrәcәyә çatıbdır
ki, çәkmәnin başmaqdan rahat
olduğunu hamımız boynumuza almışıq.
D e d i: --
Heç başa düşmürәm nә deyirsәn?
Bir az ora-bura göz gәzdirdim:
-- Bax,
bax, müsәlman
arvadları faytona
minibdilәr.
D e d i: --
Nә olsun?
D e d i m:
-- Pa-ho! Bir neçә il bundan irәli nәinki arvad, hәtta, kişi cürәt edib faytona minsәydi haman dәm faytonun çarxları bir
tuği-lәnәt olub onun boynuna keçәrdi.
D e d i: --
Sözün doğrusu, heç qanmıram nә deyirsәn?
D e d i m:
-- Bir ora bax, iki nәfәr
müsәlman
bir-birinin yanından keçdi vә heç bir şey olmadı.
D e d i: --
Nә olsun?
D e d i m:
-- Pa! Bir-iki ay bundan irәli onlar bir-birinin yanından keçsәydilәr, haman dәm atışıb bir-birini
öldürmüşdülәr. Halbuki indi heç bir zad olmadı.
Bundan artıq nә tәrәqqi?
D e d i:-- O sizin tәrәqqi deyildir, o, Martınovun qorxusudur. Sәn bircә mәnә de görüm realnidә, gimnaziyada, universitetlәrdә
oxuyan uşaqlarınız çoxdurmu?
D e d i m:
-- Vallah onlar çox olardı, hәrgah bir mәsәlә ümum müsәlmanların
qabağını kәsmәsәydi.
D e d i: --
Nә mәsәlәdir?
-- D e d i
m: -- Çox böyük mәsәlәdir.
Әyilib
qulağıma dedi:
--
Hökumәt
qoymur?
D e d i m:
-- Xeyr, onun bir sözü yoxdur, bu mәsәlә başqa mәsәlәdir.
D e d i: --
Bir de görәk
nә mәsәlәdir?
D e d i m:
-- Şalvar mәsәlәsidir.
-- Necә şalvar?
-- Adam geyәn şalvar.
D e d i: --
Canım, sәn
müәmma ilә danışırsan,
açıq de görüm nә demәk istәyirsәn?
D e d i m:
-- Qoçaq, bundan açıq söz olmaz, şkola gedәn uşaqlar dar şalvar
geyirlәr vә dar şalvar da bizlәrdә çox pis şeydir. İndi
hәmin mәsәlә
bizim qabağımızı kәsdiyinә
görә işkolaya
uşaq qoymağa cürәt
elәmirik.
Bu
sözlәrdәn sonra әcnәbi әvvәlcә çox güldü, amma sonra bir qәdәr fikrә gedib, birdәn başladı uşaq kimi
ağlamağa vә ağlaya-ağlaya bu sözlәri dedi:
--Biz elm
sayәsindә havada quş kimi uçuruq,
amma bunlar hәlә şalvar mәsәlәsinә mәşğuldurlar....
Dedi vә uçub getdi....