BİR DӘLİNİN
DӘFTӘRİNDӘN
Bir mәsәl var deyirlәr ki,
ikiayaqlıya etibar yoxdur.
Doğrudan da belәdir, dünyada hәr
nә ikiayaqlı mәxluq var, onların heç birinә
etibar elәmәk mümkün deyil.
Götürәk, mәsәlәn,
toyuğu. İkiayaqlı mәxluqdur. Nә qәdәr
dәn ver, nә qәdәr yem ver, yenә dә
sәni görәndә qaçacaqdır. O ki, qaldı
adama--ikiayaqlı mәxluqdur--daha burada heç
danışmaq lazım deyil.
Amma bu işin sәbәbi var.
Mәsәlәn, evdәn çıxırsan
bayıra vә görürsәn ki, bir dәnә toyuq ayağının birini qalxızıb tәkcә durubdur. Vә özü dә bәrk fikrә
gedibdir. İstәyirsәn
ki, yanına gedib bir qәdәr dәn verәsәn.
Görürsәn
ki, o saat qaçdı. Demәli, toyuqla sәnin aranda etibar yoxdur. Çünki sәn
dә ikiayaqlı, o
da.
İndi görәk bunun sәbәbi nәdir?
Toyuq çox yaxşı bilir ki, sәn toyuq yeyәnsәn vә madam ki, sәni görür hәmişә qorxur. Odur ki, bir
sürü toyuğa da çağırıb dәn tökәndә görürsәn
ki, yazıq toyuqların bir gözü dәndә vә
bir gözü dә sәndәdir.
İndi gәlәk adamlara!
Deyirlәr
ki, qәdim
zamanlarda adamlar bir-birilәrinә
çox yaxşı etibar elәrmişlәr vә hәtta bir zaman var imiş ki, bir salavata
çörәk
dә almaq
olarmış, başmaq da vә papaq da.
Mәn bilmirәm ki, bu әhvalat doğrudurmu, yoxsa yalan. Ancaq onu bilirәm ki, bu gün o cürә şeylәr ola bilmәz. Çünki
bu gün salavat әvәzinә pul lazımdır. Pulu qazanmaq da salavat çәkmәk
kimi asan deyildir. İndi bu gün әgәr bir adam o biri
adama etibar elәyirsә, pulun cәhәtinә elәyir vә illa pulu olmasa, itmiş pasport kimi
etibardan saqitdir.
Pul insanlar arasında rәsmiyyәt törәdir. Mәsәlәn, Hәsәnqulu ilә Cәfәrәli bir-birilә danışırlar, Hәsәnqulu deyir ki, bu gün başım bәrk ağrıyır, onda Cәfәrәli cavab verir ki, bir qәdәr fenastin al, yainki yatarkәn başuva dәsmal çal, ya hәna qoy. Amma elә ki, Hәsәnqulu Cәfәrәliyә bir manat zәrәr vurur, o halda Cәfәrәli elә
vurur ki, Hәsәnqulunun başı nәinki ağrıyır,
bәlkә yarılır vә qan axır. İndi mәnә deyәcәklәr
ki, sәnin sözlәrindә mәntiq yoxdur.
Mәntiq nәdir?
Mәntiq
danışma elmidir. Danışan kәs gәrәk elә danışsın ki,
sözünün dalı qabağı
bir-birinә
düz gәlsin. Mәsәlәn, demәsin ki, bu gün hava çox
gözәldir,
çünki dünәn
bәrk
acmışdım.
İstәrsiniz
mәntiq barәsindә bir qәdәr söylәyim. Burda misal lazımdır. Mәsәlәn, şüşә qırılar, әlimdәki şüşәdir. Bәs әlimdәki
şüşә dә qırılar.
Bir
özgә mәsәl: İnsanlar ölәcәkdirlәr. Sәn insansan, bәs sәn dә
ölәcәksәn. Yainki insan ikiayaqlıdır. Vә
ikiayaqlıya da etibar yoxdur. Toyuq dәxi ikiayaqlıdır, bәs onda, toyuğa da
etibaar yoxdur.
Onda birisi
gәlib deyir:
Toyuğun iki ayağı vardır vә özünә dә etibar yoxdur. Sәnin dә iki ayağın var vә sәnә dә
etibar yoxdur. Bәs onda sәn
toyuqsan!
Yox, bu söz xilafi-mәntiqdir, buna sofizm deyәrlәr. Elә haman o sofizmdir ki,
İran hökumәti deyir ki, sair hökumәtlәr mәşrutә verdilәr, çünki camaat elә istәyirdi. Amma İran camaatı
elә istәmir vә ona görә
mәn dә mәşrutә
vermirәm.
Burada mәntiq
olardı, hәrgah
"İran camaatı elә istәmir"
sözü qәlәt olmasaydı. Amma,
çünki o söz qәlәtdir, ona görә bu mәtlәbdә,
İran hökumәti
qanacaqdan kәnar olan
kimi, mәntiqdәn dә kәnardır. Mәn burada çox sözlәr danışardım,
amma danışmıram.
Zәban dәr dәhan ey xirәdmәnd çist?
.....................................................nist.