BU DA ŞEYXÜLİSLAMIMIZ

 

 

 

 

(Bunu oxuyarkәn gәrәk elә qışqırasan ki,  sәsin keçi mәlәmәsinә bәnzәyә)

 

Bәli, bu da bizim şeyxülislamımız!

Ey müsәlman camaatı! Ey müsәlmanan!

 

Vay!... Kül bizim başımıza! Sizdә bir zәrrә islam qeyrәti yoxdur?! Sizin bir qәtrә namusunuz yoxdur?! Yox, vallah, yoxdur! Әgәr sizdә qeyrәt vә namus varsa, bәs bu nә şeyxülislamdır ki, firәng mәktәbi açmaq vә insanı yoldan azdıran elmlәri intişar etdirmәk xәyalındadır!

 

Ey müsәlman camaatı, kül bizim başımıza! Olarmı ki, adını müsәlman qoyan şәxs küfr vә zәlalәtdәn ibarәt coğrafiya vә hesab elmlәri öyrәnsin?!

 

Ey möminlәr, cәhәnnәm odundan qorxmursunuz? Vay sizin halınıza! Ağlayın, ağlayın ki, bәdbәxt olmusunuz! Vurun başınıza, özünüz öz başınıza ikiәlli qapaz salınız! Dinsizlәr, mәzhәbsizlәr işi o yerә çatdırıblar ki, şeyxülislam sizi küfr işlәrә dәlalәt edir. Kül bizim başımıza, bu nә zәlalәtdir!

 

Bu mürtәd qәzetyazanlar öz xәbis mәqsәdlәrinә nail olmaq üçün bütün islam alәmini kafir etdilәr. Vurun öz başınıza, qapaz vurun!

 

Ey Vladiqafqaz müsәlmanları, sizdә islam qeyrәti vә namusu varsa, imperatora әrizә hazırlayın, bu kafirlәrin kökünü kәsәk! Vә onu bilin ki, mәn ömrüm olanı bu qәzetyazanlardan başqa heç bir qatili, oğrunu, zorlunu, dәlәduzu tәkfir etmәmişәm vә etmәk dә istәmirәm. Vә onu da bilin ki, әgәr birisi әlli nәfәr adam öldürә vә yüz nәfәr mәsum uşağı ağlar qoymuş ola vә sonra bir nәfәr qәzetyazanı qәtlә yetirә, allah onu bağışlar vә o şәxs bütün günahlardan tәmizlәnәr.