BİR FİRӘNG İLӘ SÖHBӘTİM

 

 

 

 

Günlәrin bir günü, yәni bir neçә zaman bundan irәli nә tövr oldusa bir firәng ilә tanış oldum. Firәng mәni, mәn firәngi söhbәtә tutduq, bir xeyli danışdıq elәdik, axırda firәng mәndәn soruşdu ki, bir de görüm bu Qafqazda nә qәdәr müsәlman vardır. Dedim altı dәfә doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz vә bir dә altı müsәlman! Dedi, bu zәhmәti çәkmә, altı milyon desәydin ağzın yorulmazdı. Dedim, mәn müsәlmanam, doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquzun mәnә artıq tәsiri olur, nәinki bir milyonun. Firәng bu sözә razı oldu vә sonra yenә soruşdu ki, bu altı milyon müsәlmanın içindә neçә qәzet çıxır. Dedim allahdan gizli deyil, sәndәn nә gizli olacaqdır, bu altı milyon müsәlmanın içindә bircә dәnә qәzet çıxır. Bunu dediyimi gördüm, firәng yerindәn elә sıçradı ki, guya kişini ilan dişlәdi! Vә üzündә elә bir heyrәt vә tәәccüb әlamәti göstәrdi ki, mәnim özüm dә quruyub mat qaldım vә ürәyimdәn keçirtdim ki, yazıq altı milyon müsәlman, bir gör sәnin içindә bircә dәnә qәzet verilmәsi yad firәngә nә pis tәsir elәdi vә halonki, sәnә qalsa istәrsәn ki, heç qәzet yerli-dibli olmasın! Amma sonra bildim ki, firәngi tәәccübә gәtirәn altı milyon müsәlmanın içindә bir qәzet olması deyilmiş, çünki o mәndәn soruşdu ki, "müsyö, indiyәdәk, nә tәvarixdә, nә dә heç bir abrazovannı yerdә görülmәyibdir ki, bir dәnә qәzetin altı milyon müştәrisi olsun!! Neujeli sizin bir dәnә qәzetinizin altı milyon müştәrisi var?!!. Firәng bu sualı mәnә verdikdә, mәndәn bir qәhqәhә çıxdı ki, firәng elә bildi dәli olmuşam.... Dedi nәyә gülürsüz? Dedim heç, onu deyirәm ki, qәzetimizin altı milyon müştәrisi yoxdur, bir qәdәr azdır.

 

D e d i: Beş milyon?     -- Әlli min?

 

D e d i m: Bir qәdәr azdır. --Yox, azdır.

 

D e d i: Dörd milyon?   -- Otuz min?

 

D ed i m: Bir qәdәr azdır. -- Yox, azdır.

 

D e d i: Üç milyon? -- On min?

 

D e d i m: Bir qәdәr azdır. --Yox, azdır.

 

-- İki milyon? -- Beş min?

 

-- Jox, azdır. -- Jox, azdır.

 

-- Bir milyon? -- Dörd min?

 

-- Jox, azdır. -- Jox, azdır.

 

-- Beş yüz min? -- Üç min?

 

-- Jox, azdır. --Jox, azdır.

 

-- Üç yüz min? -- İki min?

 

-- Jox, azdır. -- Jox, azdır.

 

-- Yüz min? -- Bir min?

 

-- Jox, azdır. -- Jox, bir az çoxdur.

 

-- Doxsan min? -- Bәs necә?

 

-- Jox, azdır. -- Min sәkkiz yüz!

 

By sözü demişdim ki, gördüm rәfiqim firәng tez bir fayton çağırıb, düz vağzala sürdürdü vә o gedәn firәng oldu ki, getdi. Bir neçә vaxtdan sonra firәngdәn bir kağız aldım ki, içindә bunu yazmışdı:

 

"Altı milyon tayfanın içindә bir dәnә qәzet ola, vә o qәzetin dә min-sәkkiz yüz müştәrisi ola, o tayfadan heç bir yaxşı şey gözlәmәk olmaz, a molla!"

 

Bu sözlәr mәni çox yandırdı, tez götürüb cavabında yazdım ki, nә olsun, biz müsәlmanlar belәyik, amma siz firәnglәrin dә yediklәri hәmişә qurbağa ilә tısbağadır!...