BİZ İLƏ YEVROPALILARIN
TӘFAVÜTÜ
Yevropalılar ağappaq vә tәrtәmiz
bir libas kimidirlәr. Biz dә kirdәn rәngi mәlum
olmayan mündәris bir paltar kimiyik. Odur ki, haman ağ vә
tәrtәmiz paltarın üstә bir balaca lәkә
düşәndә, o saat mәlum elәyir, amma kirli paltarın
üstünә min o qәdәr lәkә
düşsün, mәlum elәmәz. O
sәbәbәdәndir ki, mәsәlәn,
Firәngistanda birisi ildә, ayda bazarda bir güllә atanda
qәzetlәr bir hәftә o barәdә
danışırlar, camaat böyük hәyәcana
düşür ... halbuki bizim yerdә gündә
beş-altı adam öldürülür, heç kәsin
qulağına girmir....
Ağappaq qap kimi tәmiz bir pencәyin
üstünә bir damcı mürәkkәb
düşәrsә, yarım verstdәn mәlum
eylәr, amma bizim bәdәnimizdәki çirkin
paltarın üstünә bir kirvәngә mazut tök,
bir addımdan mәlum elәmәz.
* *
* *
*
İkinci tәfavüt.
Bu halda, yәni bu iyirminci әsrdә
yevropalılar səy edirlәr ki, quş kimi havada uça
bilsinlәr. Amma biz bәdbәxtlәr hәlә indi
çalışırıq ki, adam kimi dünyada yaşaya
bilәk.... Şer:
Onlar әvvәl adam imişlәr ki,
indi
dә quş olmaq istәyirlәr,
Bәs biz әvvәl nә imişik ki,
indi adam
olmaq istәyirik?
* *
* * *
İndi keçәk başqa
mәsәlәlәrә.
Tәkәbbür vә lovğa adamdan
hamının zәhlәsi gedir, amma hamı da o
cürә adamlardan çәkinir vә
hәmişә onlara yol vermәyә mәcbur olur.
Hәr halda, bu mәsәl ki--ağac bar
gәtirdikcә başını aşağı
tutar--hamının xoşuna gәlir. Amma burasını
unutmaq olmaz ki, barı çox olan ağacın
başını o qәdәr dә aşağı
tutması ağacın özü üçün
zәrәrdir, çünki sınar.
O sәbәbdәndir ki, ağacın qәdr vә qiymәtini bilәn bağbanlar o cürә ağaclara bir dayaq qayırırlar ki, bu "başıaşağılıqadan ona bir zәrәr vә sәdәmә yetişmәsin. Halbuki bizdә tәk-tәk tapılan barlı "ağaclar" bar verib başıaşağı olduqları halda, onun barından mәnfәәt aparanlar daha da başından basırlar ki, binәva puç olsun!