BİZ NӘ HAYDAYIQ?
Keyfimiz kökdür.
Şәhәrimizdә hәr axşam "axır
çәrşәnbә"lәr vaqe olmaqdadır.
Görünür ki, bu axır çәrşәnbә"lәr
camaatımızın çox xoşuna gәlir. Zira
güllәlәr açılan kimi xalq
"sevindiyidәn" bilmir nә qayırsın; biri ora
qaçır, biri bura qaçır, adam adama dәyir, arvad
uşağa qarışır, uşaq ayaq altında qalır.
Faytonçular da şәhәrimizin dar vә çirkin
küçәlәrindә "iskaçka" qururlar.
Bir mәrәkә olur ki gәl tamaşa elә.
Qәrәz, yaxşı dolanırıq,
şikayәtә ehtiyacımız yoxdur. Lakin bircә o
pisdir ki, hәr "axır
çәrşәnbә"lәrin sәhәrisi
baxıb görürsәn ki, küçәdә
tüllab cümlәsindәn birisinin "h a z a ә m a vә dәllah vә
rәsuluhu" sәsi eşidilib, ürәyi
naziklәrin qәlbini dәrd vә әlәmlә
doldurur. Bu bir az yaxşı deyil, yaxşı deyil o
sәbәbә ki, çox cavanlarımıza ağır
tәsir edib, binәvaları bәdbinlәr
cәrgәsinә salır. Bәdbin cavanlarımız da
bir guşәdә oturub, kamali-yas vә
kәdәrlә millәtdәn şikayәt edir
vә deyirlәr:
"Dәrdimi dağa desәm, dağ
әriyәr,
Şam yanar, şölə
çәkәr, piltә yanar, yağ әriyәr"
Görürsәn, allah, xalq nә
haydadır, biz nә haydayıq? hansı bir işimizә
baxsan, görәrsәn ki, sairlәrinkinә
bәrәksdir. Xalq deyir ki, bu halda hәr millәtin
içindә ittifaq vә ittihad etmәk, bir yerdә
iş görmәk lazımdır. Odur ki, biz millәt ittifaq
vә ittihadla iş görürük.
Amma biz deyirik: Xeyr, bu halda nifaq, tәzad,
xüsumәt vә düşmәnçilik
lazımdır. Odur ki, biz millәt bir-birimizi
öldürüb, düşmәnçilik davamına səy
edirik....
Xalqın ruhanilәri millәtlә bir
yerdә çalışıb qәzetlәr nәşr
edir vә deyirlәr: "Dur, ey yatmış,
sübhdür!"
Amma bizim ruhanilәrimiz
qәzetçilәrә lәnәt oxuyub,
millәtimizә deyir: "Yatın, ey durmuşlar,
hәlә günortaya çox qalıbdır!!.."
Xalqın әyan vә әşrafı, xan
vә bәyi millәtin qeydinә qalıb deyir:
"Qorxma, ey millәt! Bir-birimizә arxa olub,
özümüzü zillәtdәn sәadәtә
çıxardarıq. Sizdәn dә himmәt, bizdәn
dә himmәt, çalışalım!".
Amma bizim әyan vә
әşrafımız, xan vә bәylәrimiz
hәlakәt dibinә atılmış millәtin
içindә nicat üçün bir qәdәr səy
vә tәlaş görüb deyirlәr: heç nә,
evimiz yıxıldı! İş belә getsә, daha burada
bizim "şәltәmiz işlәmәz!" Ona
görә, ey millәt, sizdәn baş yuxarı
qalxızmaq, bizdәn başınızdan aşağı basmaq,
vuruşalım!"
Xalqın Dövlәt dumasına gedәn
vәkili millәt ilә әlvida edib deyir: "Ey
millәt, sizә hürriyyәt qazanmaq üçün
can qurban edәcәyik! Özüm müzәffәr
gәlmәsәm, mәğlub nәşimi
vәtәnә göndәrәrlәr. Bir ciddi şey
mәni qәmgin edirki, sizdәn ayrılıram!".
Bizim Dövlәt dumasına gedәn
vәkil gecә әhli-әyalını başına
yığıb deyir ki, necә görürsünüz
mәni?! Gedib Peterburqda vәzir-vüzәra ilә
hәmsöhbәt olacağam. Adımı
qәzetlәrdә yazıb, mәni hәr yerdә
tәrif edәcәklәr; onda görün Peterburqdan
sizә nә qәşәng şeylәr alıb
gәtirәcәyәm. Bir o mәni sevindirir ki, bu
vәhşi, qanmaz, rus demişkәn "diki,
nekulturnı" adamların üzündәn qurtarıb
Peterburq kimi obrazovannı, yerә gedirәm!
Xalqın kişilәri bir-birinә
mәdәd yetirib dövlәtli kasıba, qüvvәtli
zәifә, elmli elmsizә arxa olub deyir: "belә
olmasa, işimiz düz gәtirmәz, yox olarıq!".
Bizim kişilәrimiz bir-birinin ayağından
çәkib, dövlәtli kasıbın, qüvvәtli
zәifin, elmli elmsizin üstünә minib deyir:
mәnә belә xoşdur, altda qalanın canı
çıxsın!".
Xalqın arvadları әrlәrini,
oğullarını ürәklәndirib deyirlәr:
"Gedin mәni düşmәndәn müdafiә edib,
candan başdan keçin!"
Amma bizim arvadlar әrlәrinә,
oğullarına әyilib deyirlәr: "Qoy xalq bir-birini
qırsın, alәm tәlәf olsun, tәki sizә bir
şey olmasın!" Vә i. a....
* * *
* *
Lakin bәdbin cavanlarımız şikayәtlәrlә ürәyimizi xarab etmәsinlәr. İstәsәk bizim dә ittifaqımız olar, istәsәk bizim dә işlәrimiz düzәlәr. İstәsәk biz dә sairlәr kimi sәadәtә meyl edәrik, istәsәk biz dә axırda mәsul olarıq. İstәsәk biz dә bunların hamısını istәrik. İstәsәk.... Vә bir dә mәxfi qalmasın ki, istәmәyә qalsa, nә var?! Bu bir çox çәtin şey deyil; istә, vәssalam!.