BİSAVAD VӘ BASAVAD

 

 

 

 

Mәnim iki nәfәr dostum var. Bunlardan birisi bisavaddır, amma o birisi basavaddır. Amma bunları dindirib danışdıranda, baxıb görürәm ki, bisavad basavaddır, amma basavad bisavaddır; yәni bisavadın dünyadan xәbәri var, amma basavadın heç zaddan xәbәri yoxdur. Çünki basavad dostum indiyә qәdәr qәzet nә olduğunu bilmәz. Savadı ola-ola qәzet-filan oxumaz. Amma bisavad dostum hәr gün müsәlman qәzetini kamali-şövqlә alıb, bir savad әhlinә verәr vә başdan ayağa oxudub, hamısına qulaq asar.

 

Bәs, görünür ki, qәzet oxumaq, yәni dünyadan xәbәri olmaqla bәrabәr, bir dә qәzetlәrdә yazılan faydalı şeylәrdәn mәnfәәt götürmәk vә ehtiyaclarımızın yolunu öyrәnmәk üçün savaddan başqa bir dә ürәkdә bir dübr vә şövq lazımdır.

 

       *       *       *       *       *

 

O dübr vә şövq ki, çox intelligentlәrimizin ürәyindә zәrrә qәdәr dә yoxdur. Özlәri dә müsәlman qәzetindәn söz düşәndә hәmişә belә deyirlәr:

 

-- Eh, müsәlman qәzetinin bir sәtrini hıqqana-hıqqana oxuyunca, "Kaspi" ilә "Baku"nu başdan-ayağa oxuyub qurtararam.

 

Bir parası da belә deyir:

 

-- Eh, müsәlman qәzetindә yazanların özlәri nә yazacaqlar ki, bizim üçün avtaritet olsun?! Biz özümüz müsәlman qәzeti yazanlardan çox bilirik. Bizim yanımızda onlar -- molla yanında tәlәbәdirlәr.

 

Bunun müqabilindә onlara deyirlәr ki, yaxşı, indi ki, bu işlәri siz yaxşı başa düşürsünüz, onda siz yazın, biz oxuyaq, müsәlmanca savadınız yoxsa da rusca yazın, biz zәhmәt çәkib tәrcümә edәrik.

 

Cavabında deyirlәr ki:

 

-- Pәh! İndi dә iş-gücümüzü atıb, müsәlman qәzetinә mәqalә yazacayıq? Siz elә güman edirsiniz ki, xalq bikardır? Vallah, әcәb fikirsiz adamlarsınız. Hәlә bu başla da qәzet yazırsınız, ay hay!...