CӘMİYYӘTİN AĞASI
Rus yazıçılarından Krılov deyir
ki; vay o gündәn ki, çәkmәçi
şәkәrçörәyi bişirә,
şәkәrçörәyi bişirәn dә
çәkmә tikә.
* *
* * *
Bizim işlәrimizin axırından heç
bir nәticә hasil olmamağının hikmәti haman bu
sözlәrlә mәlum olur. Görürsәn, bir
cәmiyyәt qurduq. Bәli, bu cәmiyyәtә bir
nәfәr tәdbirli vә ağıllı bir sәdr,
yaxşı iş görәn vә işbacaran idarә
lazımdır. Kimi seçmәk?
Baxırıq görәk, içimizdә
kim iş görәndir? Tәdbir sahibidir? Xeyr, kim
"ağa"dır? Tez "ağa"nın
әtәyindәn yapışırıq ki,
cәmiyyәtimizә sәdr ol! "Ağa" deyir:
"Camaat, mәni bağışlayın, sözün
doğrusu, mәn bu işin öhdәsindәn
gәlә bilmәrәm".
Biz deyirik: Xeyr! Bu nә sözdür, bu nә
tәvazödür. Dünyada heç bir iş ola
bilәrmi ki, sәn onun öhdәsindәn gәlә
bilmәyәsәn?! Sәn hәr bir şeyi bacaransan,
çünki sәn ağasan!
"Ağa" deyir: Vallah mәn bacaran iş
deyil.
Biz deyirik: Sәn bacarmayan iş
yoxdur.
"Ağa"
deyir: Vallah, mәni
bağışlayın.
Biz deyirik: Yox, sәn bizi bağışla vә millәt naminә bu işi qәbul et! Yazığın gәlsin bu yetim qalmış millәtә, yazıqdır, bikәsdir, binәvadır.
"Ağa"nın
ürәyi
boşalıb, işi qәbul edir.
Sonra
"ağa" qalır öz ağalığında,
işlәr
qalır öz işliyindә, biz dә şad oluruq ki,
"ağanı" iş başına seçdik. Yoxsa, onu
seçmәsәydik, bizdәn inciyәrdi.
Günlәrin bir günü bir
fağır kişi görür ki, bir nәfәr "millәtpәrәst" Yevropa mehmanxanalarının
birindә әylәşib öz-özünә kef edir. Fağır bunun
yanına gәlir
ki, bәlkә buna da bir şey versin.
Millәtpәrәst ağa soruşur:
-- Nerәdәn gәlirsәn?
Deyir:
-- Sәnin ölkәndәn!
-- Nә var, nә yox?
--
Şükür allaha, hamı sağ vә salamat olub, ağanın
ömrünә
duagüdürlər.
A ğ a
-- Mәnim tәsis elәdiyim cәmiyyәti gördünmü?
Fa ğ
ı r -- Bәli,
gördüm. Heç onun kimi iş görәn cәmiyyәt olmaz.
-- Cәmiyyәtin qәzetini gördünmü?
-- Bәli, gördüm. Minlәrcә müştәrisi var idi.
-- Cәmiyyәtin mәktәbini gördünmü?
-- Bәli, gördüm, onun kimi
müntәzәm mәktәb görmәmişdim.
-- Mәktәbdә oxuyan uşaqları
gördünmü?
-- Bәli, gördüm. Bülbül
kimi dәrs
oxuyurdular.
"Millәtpәrәst" ağa bu sözlәri eşidib
kefinә mәşğul oldu.
Amma
fağıra bir şey vermәdi. Onun әvәzindә mehmanxanaya daxil olan bir nәfәr oğlan uşağına bir dәnә qızıl bәxşiş elәdi. Fağır әhvalatı belә görüb dedi:
-- Hәrgah sizin mәktәbin uşaqları
dağılmasaydılar, bu uşağa çox
oxşardılar.
A ğ a
tәәccüblә:
-- Mәgәr mәktәbimin uşaqları
dağıldı?
-- Bәli.
-- Nә üçün?
--
Çünki mәktәb
bağlanandan sonra uşaqlar daha daqıldılar.
A ğ a:
-- Mәgәr mәnim mәktәbim bağlandı ki, uşaqlar
dağılırlar?
-- Bәli!
-- Nә üçün?
--
Çünki mәktәbә xәrc olan pulları verdilәr qәzetinizin iştiraf xәrcinә vә qәzet bağlandıqdan sonra o pul da
batdı.
-- Mәgәr qәzet bağlandı?
-- Bәli!
-- Nә üçün?
-- Cәmiyyәtinizin әzasından birisi
danos yazmışdı, onun üçün!
-- Mәgәr cәmiyyәtimin içindә danosyazan oldumu?
-- Bәli, oldu.
-- Nә üçün?
--
Çünki cәmiyyәt
bağlandıqdan sonra o biri әzalar cәmiyyәt pulunu öz aralarında
bölüşdürüb, ona heç zad vermәdilәr. O da danos yazdı.
-- Mәgәr cәmiyyәt dә bağlandı?
-- Bәli.
-- Nә üçün?
--
Çünki cәmiyyәtin sәdri qoyub qaçandan sonra әzalar dedilәr ki, bizә nә düşübdür?
"Millәtpәrәst ağa" bu әhvalatı eşidәn kimi әllәrini göyә qaldırıb:
-- Allah, sәnә çox şükür, qayğıdan qurtardım! -- deyib fağır kişiyә bir çox mücdә pulu verdi.