ӘMİR CӘNG DİLӘNİR

 

 

 

 

"İran xәzinәsindә pul yoxdur" (qәzetlәrdәn)

 

 

Әmir Bahadır Cәng qapıları bir-birinә vurub çıxdı vә başladı söylәndi ki:

 

-- Bәli, gedәk pul dilәnәk!... Qәribә işdir bu, vallah, İranın rәiyyәti dә dilәnsin, vәziri dә!... Amma zәrәr yoxdur,  mәnә dә Süpәhsalari-külli-qoşuni-İran vәziri-hәrb Әmir Bahadır Cәng deyәrlәr ki, bu saat mәnim adım dünyanın hәr yerindә söylәnir!

 

Özünә bu cürә tәsәlli verib, Әmir Bahadır bir qapını döydü, sәs gәldi: Kimsәn? Cavab verdi ki, "Süpәhsalari-külli-qoşuni-İran vәziri-hәrb Әmir. Bahadır Cәngәm!"

 

Qapı açılıb daxil oldu.

 

......................................................

 

-- Barı heç olmasa, yarımca milyon versәniz, bizim işimizi düzәldәrsiniz. Haman pul ilә biz İranı sakit edәrik vә siz dә gәlib әvvәlki kimi İranda alış-veriş edib, on qat mәnfәәt qazanarsınız!

 

-- Bәs girov nә qoymaq istәyirsiniz?

 

-- Girov.... Nә girov?...

 

-- Haman o girov ki, şah rus bankına qoyub bir az pul götürdü.

 

-- Çox gözәl!... Papağımı girov qoyaram!

 

-- Xan, sizin papağınızın qiymәti, ha özünü öldürә, on beş manatdan yuxarı olmaz, halbuki yarım milyon pul istәyirsiniz!

 

-- Xeyr!...  Siz  mәni  başa düşmәdiniz. Papaqdan mәqsud mәnim bu başımdakı papaq deyil, bәlkә mәn Süpәhsalari külli-qoşuni-İran  vәziri-hәrb Әmir  Bahadır  Cәngin namusudur. Yәni әgәr sizin pulunuz geri verilmәsә, onda mәn gәrәk binamus olam vә bu papaq ki, bu saat başımdadır, çıxardam vә başıaçıq gәzәm. Hәәnd sizdә başıaçıq gәzmәk ayıb deyil, amma bizdә böyük binamusluqdur.

 

-- Yox xan, biz o sevdaya girişә bilmәrik!

 

-- Yaxşı,  süpәhsalari-külli qoşuni-İran vәziri hәrb Әmir Bahadır Cәng sizdәn pul istәyir, siz dә vermirsiniz?

 

-- Yox, verә bilmәrik!

 

-- Yaxşı, İran padşahı ki, ona Zilüllah vә şahәnşahi-mәmaliki-mәhrüseyi-İran deyirlәr, o, süpәhsalari-külli-qoşuni-İran vәziri hәrb Әmir Bahadır Cәngini göndәrib, sizdәn yarımca milyon pul istәyir, vermirsiniz?!

 

-- Yox vermirik!

 

-- Di onda barı bir qәdәr cib xәrcliyi verin.... Mәsәlәn, üç yüz min!

 

-- Olmaz, xan!

 

-- İki yüz min!

 

-- Olmaz!

 

-- Yüz min!

 

-- Olmaz!

 

-- Әşi, zarafat elәmә!

 

-- Yox, bizarafat, olmaz!

 

-- Di әlini cibinә sal, gör nәyin var?

 

-- Cibim yanımda deyil....

 

-- !!?....................

 

-- Verdilәrmi?

 

-- Bәli verdilәr.... Bir qәpik dә vermәdilәr.

 

-- Bәs, nә tövr olsun?

 

-- Nә tövr olacaq? Sәn dә, mәn dә yığaq görәk qızıldan-mızıldan nәyimiz var, aparaq tökәk bu kafirlәrin qabağına, soxsunlar gözlәrinә, pul versinlәr! Ayrı әlac yoxdur.