İŞ GÖRӘK
Mәsәl var, deyәrlәr ki, dәli
dostdan ağıllı düşmәn yaxşıdır.
Mәn dә deyirәm ki, şüursuz
özümkülәrdәnsә şüurlu
özgәlәr yaxşıdır....
* *
* * *
Dava işlәrindә bir әmәl var ki,
adına hücum deyirlәr. Bir dә әmәl var ki,
adına әkshücum deyirlәr. Qәzet
işlәrindә bir yazı qaydası var ki, ona sual
deyәrlәr, bir dә bir qayda var ki, ona әks sual
deyәrlәr.
Mәsәlәn, sual:"Biz haçana kimi
xabi-qәflәtdә qalacayıq?"
Әks sual: "Bәs, biz haçana kimi
boş-boş sözlәr danışacayıq?"
Sual: "Dәrdlәrimizin vә
ehtiyaclarımızın meydana qoyulması zamanı deyilmi,
әcәba?"
Әks sual: "Bәs, indi ki, zamandır,
nә üçün dayanıbsan, әcәba!?"
Sual: "İkiüzlü olmaq mәgәr
yaxşı şeydir?"
Әks sual: "Bәs, nә
üçün ikizülü olursan, bu ki, pis şeydir."
* *
* * *
Bir yazı qaydası da bu cürәdir: Biz
gәrәk çalışaq, vuruşaq, danışaq,
әllәşәk, deyişәk,
söyüşәk, cəy edәk, himmәt edәk,
hәmiyyәt edәk, qeyrәt edәk, heyrәt
edәk, ibrәt edәk oturaq, duraq, vuraq, yaxaq ki,
bәlkә irәli gedәk.
Amma mәnim ağlımca, biz gәrәk
iş görәk, iş görәk, iş görәk!
Boş-boş sözlәr danışmayaq, danışmayaq,
danışmayaq!
Vәssalam, namә tamam.