MENŞİKOV

 

 

 

 

Yәqin oxucularımız bu adı eşidibdilәr vә bu ad sahibinin kim olduğunu bir qәdәr bilirlәr. Bilmәyәnlәr varsa, bilsinlәr ki, bu Menşikov rus hökumәtinin yanını saxlayan vә bәzi vaxt rus hökumәtinә yol göstәrәn vә bәzi vaxt rus hökumәtinin yolu ilә gedәn "Novoye vremya" qәzetinin baş yazıçısıdır ki, bizim Qafqazdan yazdıqda gah müsәlmanları pislәyib ermәnilәri tәrif edir, gah ermәnilәri pislәyib müsәlmanları sığallayır. Qәrәz, ildә qırx min manat pul alıb, qırx min bicliklә dә yazı yazır. Rus "Molla Nәsrәddin"lәri "Novoye vremya" ilә Menşikovun şәklini çәkdikdә, hәmişә bir adam vә yanında bir ov iti çәkirlәr ki, adamdan mәqsud "Novoye vremya" olub, yanında Menşikovdur. Sahibinin yanında durub, qısqırılmağa müntәzirdir ki, o saat hürsün....

 

Görәk Menşikov Şәrqi-zәmin işlәri barәsindә nә yazır?

 

Menşikov yazır ki, "Osmanlıda, Qafqazda, İranda vaqe olan şurişlәrin hamısına sәbәb ermәni tayfasıdır....

 

Tutalım ki, Osmanlıda, Qafqazda şuriş salan mәhz ermәnilәr olsun?! Ermәninin imam Cümәlәr ilә nә işi var idi? Vә bir dә ermәni Hara, әncümәn hara?! Arzuman hara, Mir Haşım hapa! Bu belә!

 

Daldan Menşikov deyir ki, "Ya Tiflisdә olan şuriş, ya Vanda olan iğtişaş vә ya Tehranda olan bunt-hamısı rus üçün birdir".

 

Bu sözlәrdәn iki mәna anlaşılır: biri budur ki, Tiflis dә Rusiyanındır, Van da Rusiyanındır. Tehran da Russiyanındır. Halbuki biz vә cәmi alәm şahiddir ki, bu şәhәrlәrdәn tәk bir Tiflis Rusiyanındır, Van isә Osmanlı şәhәridir, Tehran da ki, İranın paytaxtıdır. İkinci mәnası budur ki, yәni gәrәk Rusiya hökumәti gedib Tiflis şurişini dә, Van iğtişaşını da, Tehran buntunu da yatırtsın! Görәsәn, bu sözlәri yazdıqda Menşikov özü axmaqlamış imiş, yoxsa xalqı axmaq hesab edirmiş? Yәqin özü axmaqlamış imiş, çünki bu cürә tәklif, hәr halda, beyni yerindә olan adamın sözü deyil!

 

Yenә Menşikov yazır ki, "Rusiyadan min dәfә zәif olan Osmanlı, ermәni şurişini qoşun ilә yatırtmaqdadır. Amma Rusiya Qafqaz şurişini yatırda bilmir". Bәli, demәli, Osmanlı hökumәti maladesdir, amma rus hökumәti malades deyil. Xub, bәs haradan mәlum oldu ki, Osmanlı Rusiyadan min dәfә zәifdir? Bәlkә, "Osmanlı Rusiyadan min dәfә balacadır"? O, alahı mәsәlә! Doğrudan da, Osmanlı Rusiyadan min dәfә olmasa, bir iyirmi dәfә balacadır. Yapon da Rusiyadan iyirmi dәfә balacadır!...

 

Bunlar hamısı keçәndәn sonra, indi ki, Osmanlının şuriş yatırmağı Menşikovun xoşuna gәlir, bәs nә üçün srağagün çığırıb bağırırdı ki, Osmanlı hökumәti xristianları qırdı? Bu da belә!

 

Görәk Menşikov nә yazır? "İran şahı da öz varlığını bildirib inqilabçıları qırdırmaqdadır. Görünür, yenә bir kişiliyi varmış....".

 

Tәәccüb burasıdır ki, qırx arvadlı bir adamın kişiliyinә Menşikov indiyә qәdәr inanmırmış! Vә yox, әgәr, kişilikdәn ibarәt hünәr deyirsә, yenә әliboş adamları topa tutdurmaq heç bir hünәr vә kişilik deyil, arvad da adamları topa tutdura bilәr....

 

Xülasә, bunlar hamısı keçәndәn sonra, Menşikovun yanıb yaxıldığı budur ki, nә üçün İran vә Osmanlı öz şurişini yatırda bilir, amma rus hökumәti yatırda bilmir, vәssalam!