MÜXTӘLİF FİKİRLӘR
-- Görәsәn, bu sәrbaz ki,
әlindә tüfәng qapının ağzında durub
bizi gözlәmәkdәn mәqsәdi nәdir? Yoxsa
bizi pişiklәrdәn qorumaq istәyir?
İran xәzinәsindә sakin olan
siçanlar.
* *
* * *
Әşi, әvvәllәr hardan olsa,
yenә İran qәrib-qürәbasının
ciblәrini iylәyib bir şey tapırdıq, amma indi ...
hәpçixi!--Yәni bir az sәbr elә!
Әmir Bahadır Cәngin burnu.
*
* * *
*
-- Gәldim İrana,
Qoydum
virana.
Lyaxovun
kordası.
*
* * *
*
--Dedilәr ki, bu gecә Sәttәrxan hücum edәcәkdir. Sabahadәk subaşına getmәkdәn yoruldum.
Mir
Haşımın aftafası.
*
* * *
*
--Bir zaman
var idi ki, istәyirdim
tac olam, amma qorxurdum ki, başımı әzib beynimi çıxarda.
Zillisultanın
papağı
*
* * *
*
-- O qәdәr haram pul yedik ki, axırda ishal
azarına düşdük.
Osmanlı sabiq vәzirlәrinin ciblәri.