MÜSӘLMANIN İŞİ
Camaatımızın cürbәcür
xasiyyәtlәri vardır ki, qәzet
yazıçıları hәr gün o barәdә
dә yazıb, yazıb, genә dә yazırlar. Mәsәlәn,
yatmaq, tәnbәllik, dalda qalmaq, xabi-qәflәt,
ağlamaq lazım olmayanda ağlamaq, ağlamaq lazım olanda
ağlamamaq vә sairә vә sairә.
Bәs, bir xasiyyәtimiz dәxi vardır ki,
o barәdә qәzetçilәrimizin hәlә
xәbәri yoxdu, amma mәn bu gün bildim. O
xasiyyәt--küsmәkdir.
Hәqiqәt, camaatımız çox
küsәyәn imiş. Özü dә küsmәyin
bu kәlami-mövzun ilә bildirir: "Elә
müsәlmanların işi belә olar".
-- Balam, bizim qәzetimiz bu gün gәlib
çıxmadı.
-- Bu saat binagüzarlıq edәrik, sabah
gәlәr.
-- Sabahdan gәlәr?! Ah, elә
müsәlmanın işi belә olar.
* *
* * *
-- Balam, bir mәqalә
göndәrmişdim ki, mәnim başmaqlarım itibdir,
neyçün qәzetәnin bir guşәsindә
dәrc elәmәdiniz?
-- İdarә mәslәhәt
görmәdi.
-- Odur ki, deyirәm: elә müsәlmanların
işi belә olar.
* *
* * *
-- Balam, bu kitabın
qiymәti neçәdir?
--
Yarım manat.
--Yarım
manat?!?! Elә
müsәlmanların
işi belә olar.
*
* * *
*
-- Balam,
neyçün mәnim oğlumu o biri klasa keçirmәdiniz?
-- Sәnin oğlun dәrslәrindәn zәifdir.
-- Zәif deyil, ancaq, elә müsәlmanın işi belә olar.
*
* * *
*
-- Deyirәm, vallah, elә müsәlmanın işi belә olar.
-- Nә olub ki?
--Әşi,
altı şahı manat pul verib qarpız almışam,
qarpız balqabaq kimi dadsız çıxıbdır.
*
* * *
*
-- Kәrbәlayı Әli, bu beş manata
xırda ver.
-- Vallah,
xırda yoxdur.
-- Yoxdur? Balam, elә
müsәlmanın
işi belә olar.
*
* * *
*
-- Adә, hambal, bu kisәlәri götür, apar Şamaxı
yoluna. Al, bu da bir şahı manat.
--
Hacı, kisәlәr ağırdır, bir
şahı azdır.
-- Bir
şahı azdır? Hә, elә
müsәlmanın
işi belә
olar özü dә iranlı ola.
Qәrәz, camaatımız çox küsәyәndir. Bir balaca o yan-bu yan oldu, bir dә görürsәn ki, xatirinә dәydi, küsdü, burnunu salladı.... Özümüz özümüzdәn küsürük. Ayrılar başımıza tәnbәki oyunu açsa da, qapazlasa da, tәpiklәsә dә küsmәrik. Öz müsәlmanımızdan küsәrik.... Balam, elә müsәlmanın işi belә olar.