MEŞADİ MAMEDALİ
Bir neçә gün bundan irәli
"әlahәzrәt, qәdri-qüdrәt
Mәhәmmәdәli şah Qacar ruhәna
fәda" adlanan, amma bu gün, rus demişkәn, prosto
Meşadi Mamedali deyilәn İran sabiq şahı
Mәmmәdәli mirzә küsübdür.
Küsübdür ki, nә üçün
onu taxtdan yerә saldılar. Halbuki hәmin
Mәmmәdәli mirzә öz millәtinә bir
çox ... zülmlәr etmişdi!
Ravi belә rәvayәt elәyir ki, bir
dәfә rus sәfarәtxanasının yanından
keçirdim. Gördüm ki, otaqların birisindәn
hәzin-hәzin sәslәr gәlir. Bir qәdәr
qulaq verib bu cürә sözlәr eşitdim:
-- Mәn sәnә demәdimmi ki,
millәtlә sülh elә.
-- Yalançıya allah lәnәt
elәsin. Sәn demәdinmi ki, mәclisi topa tut.
-- Әşi, zәrәr yoxdur, sәn
padşah olma, oğlun olsun, özgәsi deyil ha!
-- Vallah, әslinә baxsan, heç bu iş
pis olmadı.... Bax, bizim bu xaraba qalmış torpaqda sәnin
zәrrәcә dә hörmәtin
qalmamışdı. Amma indi get Rusiyaya, gör sәnә
nә hörmәt elәyәcәkdilәr.
-- Axı mәn burada istәdiyimi
elәyirdim. Görüm Rusiyyәtdә dә elә
şeylәr mәnim üçün mümkün olarmı?
-- Yaxşı, sәnin burada istәdiyin, ayıb olmasın, isti
yer ... yәni belә bu cürә ürәk açan
şeylәr deyilmidi? Әgәrsәn Rusiyyәtdә
haman istәdiklәrinin yüz dәfә ondan
yaxşısını tapmasan, onda әmr elә sәnin
cәlladın mәnim ... yox, amma indi cәlladın yoxdur
... onda mәn namәrdәm. Ax gözәl Fitilbörk. Ey
yerin behişti. Qurtar bizi bu cәhәnnәmdәn.
Oranın küçәlәri o
qәdәr tәmizdir ki, qatıq töküb yalamaq olar.
Amma buranın küçәsinә bir
qәdәr yağış yağsa, gәrәk hambal
dalına minib keçәsәn.
Oranın küçәlәrindә gözәllәr,
gözәl-gözәl madamlar ki, misli-huri,
qәşәng-qәşәng, oğlanlar ki,
misli-qılman. Amma buraların
küçәlәrindә sürü-sürü
hamballar....
-- Amma heyf ki, mәn rusca yaxşı
bilmirәm.
-- Amma mәn yaxşı bilirәm.
-- Adama nә deyir?
--
Çelovek.
-- İtә
nә deyir?
-- Sabaka.
-- Gedirәm, nә tövr deyir?
-- Baydom.
-- Gәlirәm?
-- O da
baydom.
-- Onda sәn mәndәn çox bilirsәn.
* *
* * *
Sonra nә danışıblarsa, ravi eşidә bilmәyibdir.