MÜXTӘLİF QӘZETLӘRİMİZ
Әgәr әhalimizdәn hәr sinfin
özünәmәxsus bir qәzeti olsaydı, onda
onların hәrәsinin mәzmunu bu yolda olardı ki,
әrz olunur:
RUHANİLӘR QӘZETİ
T e l e q r
a f. Tehran. Ağayi-әcәlli-әkrәm, balacah
... daati-tәәidatihüm onların
kömәyi ilә, bugünkü
günlәrin şәrәfli günlәrindәn bir günüdür vә o günün
şәrafәti barәsindә әazimi-şüәrayi islamdan çox kimsәlәr gözәl qәsidәlәr inşad buyurubdular. Balayi-mәnbәrә süud buyurub müsәlmanlığın әvvәlminci әlamәtlәrindәn olan saqqala na vәzndә hәna yaxmaq vә nә miqdarda rәng sürtmәk keyfiyyәtini tamam hüzzarә fәsih vә bәliğ bir zәban ilә tәbliğ buyurdular
vә tamam haziruni feyziyab etdilәr.
M ә q a l ә -- O vaxtdan ki, allah-tәala insanı yaratdı, insan
cәmi mәxluqatın әfzәli oldu. Mәsәlәn, әgәr sizin içinizdәn birisini götürüb
at, eşşәk,
qoyun, xoruz vә
sair bu kimi heyvanlarla bәrabәr
tutsaq, yәni tәrazuyi-mәnәvi ilә çәksәk vә adamı tәrazu daşı mәqamindә qoyub cәmi heyvanatı da o biri gözә sığışdıra
bilsәk, onda
görәrik ki,
haman insan onların hamısından ağır gәldi.
Yәni ağır gәldi, nәinki bu mәnada ki, insanın cismi dәmirdәn yaranıb ağır çәkir; xeyr, bәlkә, әqli, zәkavәt, bәlağәt, fәsahәt, hәmaqәt, kәmalat cәhәtincә insan sair mәxluqatdan artıqdır vә o sәbәbdәndir ki, dünya yaranandan bәridir ki, o vaxtdan yetmiş min
il keçib vә
bundan sonra da yetmiş yeddi min il keçәcәkdir, heç yerdә vә heç bir vilayәtdә görünmәyib ki, bir at vә ya bir eşşәk insanı yәhәrlәyib onun üstünә minsin, bәlkә hәr yerdә vә hәr zamanda insan at ilә eşşәyin üstünә minibdir. Bәs belә olan surәtdә, o kәslәr ki, deyirlәr insana elm lazımdır, nә üçün bu boş
sözlәrlә insanı zәlalәtә salırlar? Halbuki insan
oxusun-oxumasın cümlә mәxluqatdan
әfzәldir vә qeyrәz әzin әlavә, әgәr, bütün insanlar elm
dalısına düşüb biz hәqirlәr kimi elm yolunda otuz-qırx il sәrf etsәlәr, aya o surәtdә kim bizim üçün hamballıq
elәr, kim bizim
üçün başmaq tikәr, kim bizim üçün xörәk hazır edәr? Heç kim! Çünki
hamı deyәr
ki, mәn mollayam,
axundam vә
hamı molla vә
axund olan surәtdә "mәn ağa, sәn ağa, bәs inәklәri kim sağa?" mәsәli--mәşhuri üz verib dünya bәrbad olar.
İNTELLİGENTLӘR QӘZETİ
T e l e q r
a f. Peterburq. İntelligentlәr klubunda klub çlenlәrinin birisi ikicә saatın prodolceniyasında
23 min 894 manat pul vıiqrat elәyib, gecә poyezdilә Amerikaya otpravitsa oldu. O pulu proiqrat elәyәn әvvәlcә istәyib zastrelitsa olsun, amma sonra istәmәyibdir.
İ s t
a t y a. Ay bizim bu müsәlmanlar qanmazdırlar ha? Çesnislovo, adam ruslar
yanında az qalır ki, utandığından yerә girsin. Birdәn sluçay olur ki, bir rus
kavaleri vә ya
bir rus damasılә qulyaniyaya çıxırsan, bir dә görürsәn ki, qabağına bir adam
çıxdı: başı qırxıq, saqqal
qırmızı, әl hәnalı,
ayağındakı başmaqlarının da
taqqıltısı bir verstdәn eşidilir. Gәlib sәnin yanından keçdiyi bәs deyil, hәlә arsızlığına salıb,
onların yanında sәnә bir
salam da verir. Az qalır ki, dişin
bağırsağını kәssin. Bununla belә dә bәzi liberallar çıxıb deyirlәr ki, bizә şkol lazımdır. Daha
onu başa düşә bilmirlәr
ki, bu müsәlmanlar
bir bәdbәxt tayfadır ki, allah hәmişә bunları
başıqapazlı yaradıbdır, çünki ona da
layiqdirlәr. Әşi.... Nә deyim, vallah. Allah insaf versin Әhmәd bәy Ağayevә ki, Peterburqdan belә gedib gәzmәklә, adam görmәklә, qәzet yazmaqla qoymadı ki, bu qanmaz
tayfanı hökumәt vıselit elәsin k çortu. Nahaq yerә başımızı tovladılar.
ӘSNAF
QӘZETİ
T e l e q r
a m. İsfahan. Burada bir seyid zühur edib, bir ocaq açıb
vә bir ziyarәtgah qayırıb,
arvad-uşaq hamısı başı-açıq,
ayaqyalın onun hüzuruna gedib nәzir verirlәr. İki nәfәr mәlun bu qurban olduğuma şәkk gәtirdiklәri üçün, birinin
gözü kor oldu, o biri dә ayaq üstә qurudu.
M ә q a l ә. Din әldәn getdi, müsәlmanlıq mәhv oldu, islam puça
çıxdı, iman süst oldu. Cavanlarımız üzlәrini qırxdırdı!
Himmәt yox, hәmiyyәt yox, namus getdi, qeyrәt qalmadı. Papaq bizә haram olsun! Xalq bizi
aldatdı. İttifaq yox, ittihad yox, heç utanmırıq,
heç qızarmırıq. Din әldәn getdi, müsәlmanlıq mәhv oldu. Hәmiyyәt yox, namus getdi, qeyrәt qalmadı, iman süst oldu.
Papaq bizә haram olsun! Qaradavoy gәldi, qaç.
CAVANLAR QӘZETİ
T e l e q r
a m. Parij. Burda tәzә bir zad
... camaat yox, cәmiyyәt yox, әcmәiniyyәt yox, yox, әşi, obşestvo әmәlә gәlibdir. Onun zadı ... belә nişanı yox, zad ... hә, mәqsәdi yaxşı-yaxşı işlәr görmәkdir. Amma biz bәdbәxt müsәlmanlar ... daha nә deyim!
Qabaq bizim
müqәddәs vәzifәmiz odur ki, camaat içindә yaxşı-yaxşı
işlәr
görәk vә razı olmayaq ki, bizim camaat
pis-pis işlәrә mәşğul olsun. Biz molodyoc, yox ... biz
cavanlar gәrәk çoxlu-çoxlu
yığılaq, orada söhbәt elәyib, camaatımızın dәrdinә yaxşı-yaxşı dәrman hazırlayaq. Biz gәrәk bu yolda çoxlu-çoxlu iş
görәk vә razı olmayaq ki, hamı irәlidә olsun, amma bizim bәdbәxt camaatımız dalda qalsın....
Bu saat
bizim camaat bir quyunun içindәdir, o quyu ki, onun adına rus dilindә nevecestvenni, amma bizim dilimizdә xәcalәt quyusu deyirlәr. İndi bizim borcumuz o quyunu
darmadağın elәmәkdir vә ... vә....
İ d a r ә d ә n:--Vә boş-boş sözlәr danışmamaqdır.