MӘCLİS QURMARIN QAYDASI
Möhtәrәm oxucu, heç
müsәlman mәclisindә oturub, danışanlara qulaq
veribsәnmi? Mәn dә qulaq vermişәm
görürsәn, әhli-mәclisdәn birisi durub
elә söz danışır ki, bişmiş toyuğun
gülmәyi tutur, amma bununla belә haman
"qanacaqlı" hәrifi götürüb
mәclisә üzv vә hәtta sәdr tikirlәr,
çünki hәrçәnd hәrif ağıldan bir
az ... kasıbdır, amma nә olsun, pulu çoxdur, ya da ki,
qorxuram deyәm!
Yaxşı ki, bizim Bakıda belә deyil!
* *
* * *
Mәclis dedim, yadıma
bir fәqәrә düşdü.
Rәfiqlәrimdәn birisi dünәn mәni görüb deyir ki, ay Filankәs, sәn allah,
bunu qәzetinizdә yaz ki, budur tәmiz bir aydır ki, biz bir mәclis qurmuşuq, o mәclisin üzvlәrini bir yerә yığa bilmәmişәm. Son allah,
götür bir qәzetdә
onların abır-hәyasını tök. Dedim, әfәndim, bu cürә cüzi әhvalatı qәzetdә yazıb, xalqın abır-hәyasını tökmәk lazım deyildir. Nә lazım, bәlkә onlar indi yığılmayıb, bir
il bundan sonra yığılacaqlar,
yaxşısı budur ki, qoy mәn sәnә bir fәqәrә söylәyim, gör sәnin dә ağlına batırmı? Rәfiqim dedi: De.
D e d i m:
-- Sәdini
tanıyırsan?
D ed i: --
Tanıyıram.
D e d i m:
-- Heç toyuqlara dәn tökübsәn!
D e d i : -- Tökmüşәm.
D e d i m : -- Sәdi buyurubdur ki,
"Mürği
cayi rәvәd ki, cinә, bәvәd
Nә bәcayi rәvәd ki, çe nәbәvәd".
Burada
"mürğ" dәn murad--adamdır, "cinә"dәn dә murad yağlı plov vә yainki,
Gördüm ki, bu sözlәr rәfiqimin ağlına batıbdır. Bir qәdәrdәn sonrar rәfiqim baqqalla söhbәt elәyib yağın girvәnәsini xәbәr alırdı....