MÜHÜM SUALLAR VƏ ӘHӘMLİ CAVABLAR

 

 

 

 

S u a l: Biz nә üçün geridә qalmışıq?

 

C a v a b: Çünki bizi irәli aparanlar ciblәri ağırlıq etdiyinә görә, yorulub yolda qalıblar. Ciblәrinin dә nә sәbәbә ağır olduğunu mәn bilmirәm. "Vısşi kurs" qurtarmışlarımızdan xәbәr al, desin.

 

Sual: İdareyi-ruhaniyyәlәrimiz nә vaxt düzәlәcәkdirlәr?

 

C a v a b: İdareyi-ruhaniyyәlәrimizin düzәlmәsi Stanislav vә "Anna" nişanlarının çoxalmasına bağlıdır.* Döşümüz nişanlarla tәzyin edildikcә, idareyi-ruhaniyyәlәrimiz müzәyyәn olub düzәlәcәkdir. Nişan almağın da yolunu mәn bilmirәm, "Molla Nәsrәddin"in әvvәliici sәhifәsi ilә bәrabәr, "Tәrcüman"ın 36-cı nömrәsindәn xәbәr al, desin.

 

S u a l: Mәktәblәrimiz nә vaxt islah olunacaqdır?

  

C a v a b: Ana dilimizi bilmәrrә unudandan sonra. Ana dilini unutmaq yolunu da bilmirәm, Zaqafqaziya seminariyası müәllimlәrindәn xәbәr al, desin.

Sual: Bizә nә lazımdır?

 

C a v a b: Dinc-dinmәz oturub, öz hüquq vә ixtiyaratını almaq üçün mübarizә edәn millәtlәrә tamaşa elәmәk. Mәşğuliyyәt üçün bir-birimizi öldürmәk. Qanlılıq salmaq, amma "heç bir kağıza qol qoymamaq vә heç bir mәclisdә iştirak etmәmәk". Bunun da hikmәtini bilmirәm. Peterburq şәhәr hakimi ilә bәrabәr Axund Bayazidovdan xәbәr al, desin (....)

 

Sual: Biz nә etmәliyik?

 

C a v a b: Sözün doğrusu heç nә, çünki bir işә iqdam etdikdә, onu başa vurmaq lazımdır, biz isә hәr bir işimiz" daim yarımçıq qoyuruq. Bunun da sәbәbini mәn bilmirәm, bütün adamlarımızdan xәbәr al, desin.

 

S u a l: Nә üçün bizim elmimiz yoxdur?

 

C a v a b: Hansı elm? (....)