NİYYӘTİ-XALİSӘ
Nәdәndir ki, çox işlәrimiz
baş tutmur? Mәsәlәn, "millәti qabağa
aparmaq" üçün cәmiyyәtlәr qururuq, rus
incinerlәrin tikdiklәri ev kimi dağılır. Hansı
işә baş qoşub әl atırıq, iş
bizdәn qaçır vә ya axırda biz dә
işdәn qaçırıq. Bu nәdәndir? Bu
barәdә mәn çox fikir elәdim, amma bir
sәbәb tapa bilmәdim. Axırda qәrar qoydum ki,
cәmiyyәtlәrә yığılan adamların
әhvali-ruhiyyәsini yazım, sonra hesablayaq görәk
nә çıxır.
Bәli, cәmiyyәt qurulub, camaat hazır,
cәmiyyәti bina edәn zat ayağa qalxıb
mәramnamәsini bәyan elәyir.
-- Hәzәrat! Allah özü şahiddir
ki, bu işi başlamaqda mәnim mәqsәdim yazıq,
zәlil millәtimә bir rahi-nicat aramaq, millәti
cәhalәt vә zillәtdәn qurtarmaq vә bir
növlә millәti qabağa aparıb
özgәlәrlә hәmhüquq vә müsavi
etmәkdir. Bәsdir bu qәdәr zillәt ... vә
sairә.
O sözlәr ki, oxucularımız
әzbәr bilirlәr.
İndi görәk natiqin bu nitqinә qulaq
asan adamların o әsnada ürәklәrindәn
keçәn fikirlәr nәdir.
O n l a r d a n b i r
i -- (gözünü dirәyib natiqin üzünә
vә sağ әlinin şahadәt
barmağını soxub burnunun sol deşiyinә) Bu kişi
әvvәlcә üzünü qırxdırırdı.
Görәsәn, indi nә üçün saqqal qoyubdur.
Bәlkә istәyirlәr ki, saqqala salam versinlәr.
Yәqin o da millәtpәrәstlikdәndir.... Bәs
nә üçün başını daramır,
bәlkә, yazığın heç macalı yoxdur. Amma
çox uzun danışır. Bir belә sözü haradan
alıb deyir, yәqin gecә sabaha kimi
әzbәrlәyibmiş. Amma çox oxumuş adama
oxşayır ... (bu әsnada eşidir ki, yoldaşları
"әlbәttә" dedilәr, bu da. bәrkdәn
deyir): Әlbәttә....
O b i r i--(çox darıxmış görünür.
Elә bil ki, tikan
üstә oturubdur. Tez-tez
saata baxır). Durum gedim.... Yox ayıbdır, qoy bir az da
gözlәyәk. Pa-ho, nә uzun danışır, at
getdi, örkәn
apardı. Rәhmәtliyin oğlu elә bil ki, dilotu yeyibdir. Sәn ölәsәn bunlar axırda lap zәhlәmizi tökәcәklәr.... Rәhmәtlik uşağı, xalqı işdәn-gücdәn qoyub dörd saat ac-susuz ...
dururam gedim. Nә
ayıblığı var? Bәlkә bayırda işim var. Bәlkә naxoşum var, çox otura bilmәrәm, deyәsәn qurtarır.... ("Әlbәttә" eşidir, bu da deyir: "Әlbәttә." Vә elә çığırır ki,
hamı bunun üzünә baxır)....
B i r a y r ı s ı -- (bir әlini cibinә salıb küsmüş
bir adam kimi oturub, özü dә stolun üstündәn yeriyәn qarışqaya tamaşa elәyir) Vallah, çox qorxuram ki,
axırda pul yığalar.... Allah Mәşәdi Hәsәnә insaf versin, qoymadı yolumuzla gedәk. Hәrgah pul әhvalatı olsa, deyәrәm adımı yazsınlar, sonra verәrәm. Yoxsa indi üç manat verim
çıxsın getsin, birdәfәlik canım qurtarsın?... Әşi üç manatın
üç min dәrdi var ... ("әlbәttә" eşidir, amma heç
dinmir).
B i r b a ş q a s ı -- (bütün
vücudu ilә bәrdiqqәt olub qulaq asır. Danışılan
sözlәrdәn xoşu gәldiyini hәrdәn başı ilә etdiyi işarәtlә bildirir). Nә gözәl sözlәr, pәh, pәh! İnsanın ruhu lәzzәt alır.... Yaxşı olardı ki,
hәr gün
buraya yığılaydıq, bu da bizim üçün
danışaydı.... Qoy mәclis qurtarsın, gedәcәyәm bunun yanına söhbәt elәmәyә, çox lәzzәtli adamdır ... әlbәttә, әlbәttә....
B i r ö z g ә s i -- (başını
aşağı salıb, әlindәki karandaş ilә qabağındakı
kağızın üstә bir quş şәkli çәkibdir. Quşun uzun dimdiyinin ucunda da bir alma
qayırıbdır). Görәsәn, bunun axırı nә olacaq? O gәlir ki, millәt belә oldu, millәt elә oldu. Vallah hamısı yalan-palan
sözlәrdir. Mәn imanım, millәt qeydi çәkәn yoxdur, hamısı kәlәkdir.... ("Әlbәttә" eşidir, yavaşca bu da bir
"әlbәttә" deyir)....
B i r d i g ә r i -- (bu da başını
aşağı salıb, dırnağı ilә stolun üstünü
qazıyır vә tez-tez boğazını arıtdayır,
dodaqlarını çeynәyir, başını
qaşıyır). Yalan deyirsәn mәlun! Bilirәm sәnin fikrin nәdir, özünü xalqın
gözünә
soxmaq istәyirsәn, bәdzat! Vallah, qoymayacağam iş
görәsәn!...
Natiqin sәsi gәlir.
-- Millәtә qulluqdan başqa, özgә mәqsәdim yoxdur.
-- Yalan
deyirsәn,
şeytan!
N a t i q
-- Bu yolda var qüvvәmlә
çalışacağam....
-- Vallah,
qoymayacağam!
N a t i q
-- Pis adamları içimizdәn çıxartmaq....
-- Ki
onların başçısı sәnsәn.
N a t i q
-- Vә bu cürә xeyir işlәrdә allah bizim hamımıza tovfiq versin.
-- Allah sәnә dә lәnәt elәsin!
N a t i
q ö z ü (ürәyindә: Çox yaxşı
danışıram, deyәsәn, bir
neçәsi
ağlayır. Heyf ki, bәzi sözlәrimә әl çalmırlar vә görünür ki,
nitqimi kәsmәk istәmirlәr.... İndi demәk olar ki, әvvәlimci adam oluram vә bundan sonra da hәr yerdә mәnim adım çәkilәcәkdir.... Deyәcәklәr ki, әsl millәtpәrәst budur.... Әşi, doğrudan da, vallah, mәn millәtpәrәstәm. Axı bu millәtt mәnim millәtimdir, mәnim övladımdır, özlәri dә çox yaxşı adamdırlar. Ancaq
bunlara başçı lazımdır, başçı. O vәzifәni dә ki, mәn üstümә götürürәm.... qәrәz, görәk nә olur....)
İndi
hesablayıb görürәm ki, bizim adamlarımızda xalis niyyәt, işә әhәmiyyәt vermәk yәni bu cürә böyük işin qәdrini anlayıb bilmәk kimi xasiyyәtlәr yoxdur. Onun üçündür
ki, hәr
işimiz uşaqların "evcik-evcik" oyununa bәnzәyir.... Amma o adamlarda tәqsir yoxdur. Millәti qabağa aparmaq hәr yoldan ötәnin işi deyil....
Filankәs çox da urusi baş
qoyubdur, o nә
bilir ki, millәti
qabağa aparmaq nәdir.
Bәhmәnkәs, çox da namaz qılır, o nә bilir ki, millәt nәdir?