OLARMI, OLMAZMI?

 

 

 

 

Osmanlı qanuni-әsasisinə inanmaq olarmı, olmazmı?

 

Hәmin bu mәsәlə çox adamın fikrinә gәlir vә çox adamın bir çoxu deyir ki, olmaz vә bir qәdәri dә "olmaz" demәk xoşuna gәlmәdiyinә görә deyir: "Olar!" İndi baxaq görәk olarmı, olmazmı?

 

İngilis Osmanlıya dedi ki, Makedoniyada islahat lazımdır!

 

Rusiya da Osmanlıya dedi ki, Makedoniyada islahat lazımdır!

 

Bu cürә sözlәr Osmanlıya giran gәldi. Bir az fikir elәdi vә soruşdu: "Makedoniya kimin yeridir?"

 

Dedilәr:

 

 -- Xristianların!

 

Bu cavab Osmanlını bir-iki dәfә öskürmәyә mәcbur etdi. Baxdı gördü ki, bunların "islahat" sözü özgә bir mәnaya işarәdir.

 

Doğrudan da, çox vaxt, belә olur ki, lap açıq vә aydın bir sözün başqa bir mәnası olur. Mәsәlәn, görürsәn Kәrbәlayı Cәnnәt axşam evindә oturub, arvad-uşağı ilә bozbaş yeyir, bir dә eşidirlәr ki, darvazadan bir sәs gәlir: "Kәrbәlayı Cәnnәt. Kәrbәlayi Cәnnәt, bir qapıya dur, sәni görmәk istәyirlәr".

 

Kәrbәlayı Cәnnәt bu sözlәrin әsl mәnasına müvafiq qapıya durur ki, onu görsünlәr.... Burada Kәrbәlayı Cәnnәti vurub öldürürlәr. Onda Kәrbәlayı Cәnnәt başa düşür ki, "qapıya dur, sәni görsünlәr"--yәni gәl sәni öldürәk mәnasına imiş.

 

Osmanlı Kәrbәlayı Cәnnәt kimi elәmәdi. Yәni bәri başdan anladı ki, "Makedoniyada islahat lazımdır" yәni Makedoniyanı qolardıb Osmanlıdan ayırmaq lazımdır.

 

Osmanlı düşündü: Serbiya qopdu, Bolqariya qopdu, Qaradağ qopdu, Qafqazın günbatan tәrәfi qopdu, Bessarabiya qopdu, Krit qopdu, Misir qopmaqdadır. Әrәbistan qopar-qopmazdır. İndi dә Makedoniya qopsun! Bәs nә qalsın?

 

Doğrudan, bәs nә qalsın?

 

İngilis yenә yoldaşı ilә gәldi, dedi ki, Makedoniyada islahat lazımdır! Lәnәt şeytana!... Deyәrsәn "baba lazım deyil, yer mәnim, mәn mәnim, sizә nә? Onda da ortaya "müdaxilә" mәsәlәsini qoyarlar.

 

Bәs nә olsun?

 

Osmanlı bu fikirdә idi ki, birdәn Gәnc türklәr "bizә qanuni-әsasi"--deyib çığırmağa başladılar.

 

Osmanlı bu "qanuni-әsası"ki eşidәn kimi dedi: "Aha, tapdım! Makedoniyada islahat lazım deyil!--deyib qanuni-әsasi verdi.

 

İngilis yenә yoldaşı ilә gәldi ki, Makedoniyada islahat lazımdır!

 

O s m a n l ı d e d i: "Onu mәn bilmәrәm"

 

S o r u ş d ul a r: "Bәs, kim bidir?"

 

D e d i:

 

-- Osmanlının mәclisi-millisi!

 

-- Necә?  Osmanlıda  mәclisi-milli?! Yoxsa  Gәnc türklәrdәn qorxdun? İstәyirsәn qoy biz gәlәk onları dağıdaq!

 

O s m a n l ı d e d i: "Yox zәhmәt çәkmәyin".

 

D e d i l ә r:

 

-- Ey bivәfa! İstibdada vәfa etmәdin!...

 

D e d i:

 

-- Canım, sözün doğrusu, baxıb görürәm ki, mәsәlәn, budur  sizin  qanuni-әsasiniz  vә mәclisi-milliniz var,  ona görә dә heç kәs sizә demir ki, mәsәlәn, Hindistanda islahat lazımdır, ya Qafqazda islahat gәrәkdir!... Bu sәfәr mәni bağışlayın.

 

İndi görәk Osmanlıda qanuni-әsasi olarmı, olmazmı? Mәn deyirәm olar.