OSMANLIDA QANUNİ-ӘSASİ....
Otuz illik istibdad istәr osmanlıların
özlәrinә, istәr bizlәrә, istәr
әcnәbi adamlara o qәdәr tәsir edib, Osmanlı
xüsusunda fikrimizi o qәdәr çaşdırıbdır
ki, Osmanlı vә qanuni-әsasi sözlәrinin bir
yerdә olması bizә mәzәli görünür
vә hәtta mәntiq (loqika) cәhәtincә dә
guya xilaf hesab olunur.
Osmanlıda qanuni-әsasi....
İngilisdә qanuni-әsasi.... Almaniyada
qanuni әsasi.... Yaponiyada qanuni әsasi.... Hәtta, Rusiyada
qanuni-әsasi.... Axırı lap İranda da
qanuni-әsasi.... Bu sözlәr bizlәrә bir o
qәdәr, hәtta nәinki bir qәdәr, lap
heç tәәccüblü görünmür.
Doğrudan da, elәdir. Almaniyada qanuni-әsası--Mәşәdi
Rüstәmin papağı. Bu ikinci sözlәrә
tәәccüb etmәdiyimiz kimi
әvvәlincilәrә dә etmirik. Amma, Osmanlıda
qanuni-әsasi--bu ona bәnzәr ki, mәsәlәn,
Kәrbәlayı Hüseynqulunun furackası.
Xülasә.... Osmanlıda qanuni-әsasi!
Adamlar bir-birinn görüb soruşurlar: bu
nә olan işdir sultandan çıxmaya?! Deyirlar ola bilsin
ki, sultan mәrhum Müzәffәrәddin şah kimi
etmәk istәyir. Bu çox yaxşı olar, hәrgah
sultanın oğlu Mәmmәdli şah kimi
elәmәyә!
Amma o elәyә bilmәz, çünki
Osmanlı camaatına qanuni-әsasinin tәk bir ucunu
göstәrmәk kifayәtdir, dalını özlәri
çәkib çıxardarlar.
Bәli! Әvvәlcә İstambul
qәzetlәri belә yazırdılar:
"Sayeyi-mәrhәmәti-vayeyi-xilafәtpәnahda
kamali-rәfahәt vә sәadәtlә yaşamaqda
olan Anadolu әhalilәri dövlәti
mәmureyi-kiramın onlarla olan
müamileyi-müşfiqanәsindәn dolayı
tәşәrrüati-binә-hayәlәrini
xaki-payi-şahanәyә tәqdim edib ... keflәri
kök vo damaqları çağ olduqlarını
bildirir".
Amma qanuni-әsasidәn sonra belә
yazacaqlar:
"Anadolu vilayәtinin әhalisi acından
tәlәf olmaqdadır. Zalım vә
rüşvәtxor mәmurların zülmü binәva
әhalini cana gәtirmişdir. Arvad-uşaqların ahu
nalәsi göyә qalxmışdır. İstambul bunlara
tez bir әlac etsin".
Tәfavot әz koca ta bekoca!
Hәlәlik bu sözlәr bәsdir. Çünki qorxuruq ki, birdәn sözümüzü geri götürmәyә mәcbur olaq. Ancaq burası da mәxfi qalmasın ki, әgәr sultan, doğrudan da, qanuni-әsasi versә, o surәtdә Mәmmәdәli şahın sultana bәrk acığı tutacaqdır.