"SLOVO" QӘZETİNDӘ

 

 

 

 

"Slovo" qәzetinin müxbiri İrandan teleqraf vasitәsilә gәlәn xәbәrlәri cәmlәyib, hamısını bir yerdә, belә yazır:

 

"İranda kamali-asudәgi vә asayiş bәrpadır. Mәsәlәn, mәclis dağılıb, üzvlәr divarlar altında qalıbdır. Mәhbusları tutub şişә çәkirlәr. Rәhim xanın atlıları әhalinin arvad vә kişilәrinin barәsindә bildiklәrini elәyib, әllәrindәn gәlәni müzayiqә etmirlәr. Qarәt olunan şeylәri çox ucuz satırlar, ona görә, bütün İranda bәrk ucuzluqdur. Qәzetlәrә qarşı şiddәtli bir tәdbir görmәk lazım deyil, çünki sakitlikdәn bәridir ki, daha bir qәzet dә yoxdur. Boğazlarından asılmış qәzet müdirlәri dә dinmәz asılıb tüğyan etmirlәr. İranı bu cürә sakit edәn adamlar gündә beş-altı dәfә Qurana and içirlәr ki, mәşrutәdәn lәzzәtli şey yoxdur!

 

Camaat da şadlığından şıllaq atır, vәssalam."