TƏMİZLİK

 

 

 

 

Müsәlman çayxanalarından birinin qabağından keçirdim. Axşam idi. Gördüm çay içәnlәr dimağ ilә әylәşib, kimi çay içmәyә, kimi qәlyan vә meypuş içmәyә mәşğul olub, bir tәrәfdә dәxi dәrviş idi, ya nağılçı idi, nәçi idisә, bir "şeydasifәt" şәxsin hekayәtinә qulaq asırdılar. Buradan hәrdәnbir ney sәsi dәxi gәlirdi. Qәrәz, mәclisin qızışmış bir zamanı idi ki, hәr kәsin, çayçı ilә bәrabәr mәşğuli-istirahәt olduğu aşkar idi. İndi belә güman edәrsiniz ki, sonradan deyәcәyәm: "Ax! haçana kimi bu xabi-qәflәt! Haçana kimi çayçıxanalar guşәsindә әfsanәlәrә qulaq asmaqla әziz vaxtımızı keçirib, dalda qalacayıq? Hanı bizdә qeyrәt, hanı bizdә hәmiyyәt, hanı bizdә...."

  

Yox, belә demәyәcәyәm. Bilәks, deyәcәyәm ki, bu әhvalat mәnim çox xoşuma gәldi. Desәniz "nә üçün?" Deyәrәm ki, elә belә. Desәniz "Bәs, xabi-qәflәt, filan...." Deyәrәm ki, çay içmәk, necә ki, hamımız vә hamı içir, qәlyan vә meypәrvәş çәkmәk, necә ki, hamımız vә hamı çәkir; nağıla qulaq asmaq, necә ki, hamımız vә hamı qulaq asır xabi-qәflәt deyil, bәlkә istirahәti-bәdәndir. Gündüz axşama kimi işlәyib, әllәşib yorulandan sonra heç olmasa, axşamları bir qәdәr istirahәtә mәşğul olmaq günahdırmı vә ya qәbahәtdirmi?

  

Nә günahdır, nә dә qәbahәt vә nә dә xabi-qәflәt! Qәrәz, bu haşiyә qalsın, yoxsa, sözüm yadımdan çıxır.

  

Bәli, gördüm ki, әhli-mәclis istirahәtә mәşğuldur. Xoşuma gәldi. Rus kitablarından oxumuş olduğum "Şәrqә mәnsub" hekayәlәr yadıma düşdü. İstәdim mәn dә içәri girib, әhli-mәclis içinә daxil olum, mәn dә bunlara qatışım, amma utandım. Hә.... bәs belә ... utandım. İndi yenә gәrәk bir haşiyә çıxaq.

  

Nәdәn utandım? Nә üçün utandım? Kimdәn utandım? Amma bu haşiyә çox uzun olacaqdır, hünki mәtlәb çox nazikdir, qorxuram ki, mәqsәddәn kәnar düşәm. Qoy müxtәsәr keçim.

  

İki cürә mәclis var ki, adam oraya girmәyә utanır; biri o mәclisdir ki, onu özünә layiq bilmirsәn. Biri dә o mәclisdir ki, özünü ona layiq görmürsәn. İndi mәn bilmirәm ki, bu mәclisi mәn özümә, yainki özümü mәn bu mәclisә layiq görmәdim. Qәrәz, girmәdim. Ancaq bir lәhzә gendәn tamaşa edib, xoşlandım. "Şәrq" hekayәlәri, Harun Әr-Rәşid zamanları yadıma düşdü. Nağılyçı, qәlyan, ney sәdası xәyalımı aparıb, Mәşriqi-zәminin ancaq nağıllarda eşitdiyimiz alәmini gәzdirdi. Yadıma düşdü ki, bәli, bu kiçik istirahәt haman qәdim zmanlardan qalma cәlal vә dәstgahın axır-uxurudur ki, indi gәlib, bu hala düşübdür Yevropeyski çayxanalara girib oturanda stәkanı iki şahı dadsız vә rәngsiz çayla na çay intizarı ilә başının üstünü kәsdirib duran lakeydәn başqa sair bir "lәzzәt" görmürsәn. Böyük restoranlara getsәn dә, yenә o cәlalın içindә özünü yad vә biganә görüb, heç zad ürәyinә yapışmır, özün dә bu yad yerdә qısılırsan, sıxılırsan vә axırda da cibin soyulub çıxırsan. Halbuki müsәlman aşpazxanasında elә bil ki, öz evindәsәn. Ondan başqa, müsәlman xörәyinin әtri, dadı, duzu, tәmi hara, yervropeyskininki hara?

  

Müsәlmanın bir lülәkababını yevropeyskinin min bifşteks, befstroqanovuna vermәrәm. Toyuqplov hara, kotlet hara? Hәlә bu dursun! Götürәk sair istirahәt yerlәrini, mәsәlәn, hamamlarımızı. Qulluqçuların әdәb-әrkanla sәni soyundurub, yuyundurub geyindirmәlәri, cansürtәn, quluncunu sındıran, bәdәnini ovan ki,  yevropa әhli indilәrdә onun mәnfәәtini başa düşüb, adına masac deyirlәr, bunların hamısı hansı yevropeyski hamamda görünübdür?

 

Qiymәt tәrәfini dә götürsәn, bizim çayımız da, çörәyimiz dә, hamamımız da ikiqat yevropeyskidәn ucuzdur.

  

Bizim hәr şeyimiz, hәr qaydamız çox xoşagәlәn vә çox mәqbuldur, ancaq bir eybi var ki, işlәri korlayır. O şey natәmizlikdir.

  

Başımızı aşağı salan vә yaxşı tәrәfimizi örtüb, pisliyimizi meydana çıxartmaqla özgәlәri bizdәn ikriah etdirәn bir şeyimiz varsa, haman natәmizlikdir.

  

Tәәccüb burasıdır ki, müsәlman gәrәk hamıdan tәmiz olsun. Halbuki hamıdan natәmizdir. Adamı yandıran burasıdır. Odur ki, görürsәn, birdәn müsәlman hamamını bağlatdırırlar. Çünki natәmizdir, azar salandır. Hәmçinin çayxana, hәmçinin aşpazxana. Odur ki, görürsәn cansürtәn dә, canovan da, yuyunduran da, soyunduran da, aş da, lülәkabab da, dolma da, dovğa da, çay da, qәlyan da, nә dә--hamısı natәmizliyin qurbanı olub, lәzzәtdәn düşür vә heç gözә dә görünmәz olur. Ancaq meydanda qalan bu olur ki, müsәlmanın hәr bir şeyi natәmizdir, murdardır, azarsalandır.

  

Hәqiqәtdә dә belә olur, kar, kop, keçәl, qotur, azar-bezer müsәlman içnidәn әl çәkmir. Nәdәn? Natәmizlikdәn.

  

Vәhalonki bu murdar natәmizliyi bir kәrәlik üstümüzdәn rәdd edә bilsәk, altında gizli qalmış bir çox gözәl vә göyçәk şeylәrimiz meydana çıxıb, hәr kәsin rәğbәtini artırar, xoşa gәlәr, biz dә özgәlәrdәn nәinki utanmarıq, bәlkә, onlar yanında rәxr edәrik vә üstәlik hәlә can-başımız da salamat olar....

  

Amma hanı? Hanı o tәmizlik ki, çayı tәmdәn, qәlyanı nәşәdәn, dәrvişi natimadan vә ney sәdasını tәsirdәn salmaya vә hәr bir kәsin bir qәdәr istirahәti-can üçün içәri girmәyinә mane olmaya.