TӘRӘQQİ VӘ TӘDӘNNİ
Mister Edvard öz-özünә fikir edib dedi:
"Görәsәn, bir elә şey qayırmaq
olarmı ki, adam üstünә minib yeridә bilsin?
Belә ki, daha ata vә eşşәyә ehtiyac
olmasın".
Mister Edvard yaxşı mexanik idi. Öz
işini dә yaxşı bilirdi. O idi ki, yadına
düşmüş bu fikrә başındakı bilik
vә tәcrübәlәri kömәk edib, haman
istәdiyi şeyi әmәlә gәtirә bildi
vә özünә dә belә bir ad qoydu: Velosiped.
Müsyö Bürje bu velosipedi görüb,
çox xoşuna gәldi. Özü dә çünki
mexanik idi, bunun nә sayaq qayrılmağının sirrini
bildi. Ancaq müsyö Burje öz başına qapaz vurmadı
vә demәdi ki, "nә üçün bu fikir
әvvәldәn mәnim başıma
gәlmәdi?" O belә dedi: "A ... indi ki, mәn bu
sirri bildim, onda mәn bunun daha yaxşısını
qayıraram" Gördü ki, bu velosiped
üçtәkәrli olduğuna görә,
әvvәlәn, ağırdır ki, tez sürmәk
olmaz vә saniyәn, mayehtacı da çoxdur. Odur ki,
müsyö Bürje dә bir velosiped qayırdı ki,
ikiçarxlı, yüngül, mayehtacı az vә minib
sürәndә dә tezgedәn oldu.
Her Fon Bax bu velosipedlәri görüb,
çox xoşladı vә dedi: "At vә
eşşәk saxlamaq әzabından insanın
canını vә ağır-ağır arabaları
dartıb çәkmәkdәin heyvanların
canını qurtarmaq nә gözәl bir ideyadır ki,
axırı әmәlә gәlib meydana
çıxdı. Ancaq velosipedә bir adam minә bilәr.
Mәn dә bir şey qayıraram ki, içinә
beş-altı adam minib sürsün". Çünki Her Fon
Bax bu cürә mexanika vә maşın işlәrini
yaxşı bilirdi, ona görә çalışıb,
fikrini әmәlә gәtirdi vә meydana avtomobil
çıxartdı.
Bu cürә işlәrin adına
bilirsinizmi nә deyirlәr?
Tәrәqqi, yәni irәli getmәk.
Fәrz edәk ki, usta Vәlinin
başına bir fikir gәlib. O da meydana
(әlbәttә, müsәlman meydanına,
çünki Avropa meydanlarında elә bir şey yoxdur ki,
müsәlmanın fikrinә gәlib, onlarınkına
gәlmәsin) bәli, usta Vәlinin başına bir fikir
gәlib, meydana bir şey çıxardır.
Mәsәlәn, usta Vәli dülgәrdir.
Günlәrin bir günü usta Vәlinin fikrinә
gәlir qapı qayırsın ki, özbaşına
açılıb, özbaşına örtülsün. Qapını
qayırır, camaata xoş gәlir, ustaya afәrin oxuyurlar,
әhsәn deyirlәr. Dәrzi Cәfәr bu
işdәn xәbәrdar olub, iynәsini qoyur yerә
vә o da düşür qapı qayırmağa, Özü
dә belә deyir: "Bәyәm usta Vәli
göydәn gәlibdir? Mәn dә qayıraram".
Qayırır, lakin qapı qapıya oxşamır.
Örtülüb açılmaq nәdir ki, heç
yerindәn tәrpәnmir. Dәrzi Cәfәrin
acığı tutur. Ona deyirlәr ki, axı, sәn
dәrzisәn, amma usta Vәli dülgәrdir. Qoy qapı
dursun, sәn dә get, bir yaxşı çuxa tik,
arxalıq biç.
Yox, dәrzi Cәfәr gәrәk
qapı qayırsın. Özü dә bir ucdan deyir ki,
"Bәyәm, usta Vәli göydәn yenibdir?"
Krılovun hekayәsindә kәndçini
yamsılamaq istәyәn meymun әllәşib yorulan kimi,
dәrzi Cәfәr dә әllәşir,
әllәşir, axırda yorulur. Bir dә görür ki,
qapı qayırmaq o yana dursun, dәrzilik dә yadından
çıxır. Biçarә dәrzi Cәfәr
qapı qayırmaqdan naümid olub, әylәşir vә
fikir edir: "Nә edim, nә edim?"
Ağıllı şeytan deyir ki, bala, get
dәrziliyini elә, amma dәli şeytan dәrzi
Cәfәri rahat qoymur, hәrdәnbir dingildәdir. Odur
ki, dәrzi Cәfәr başlayır usta Vәliyә
sataşmağa, badalaq qurmağa, orda-burda
pislәmәyә vә cürbәcür
işlәrә....
Bunun da adına
bilirsinizmi nә deyirlәr?
Tәdәnni, yәni geri getmәk.