VAXTIMIZ YOXDUR
-- İndi nә deyirsiniz? Bu iş bizә
lazımdır ya yox?
-- Әlbәttә, lazımdır. Biz
gәrәk bu işi nә tövr olsa, әmәlә
gәtirәk.
-- Demәli, hamınız razısınız
vә qol qoyursunuz.
-- Әlbәttә, әlbәttә,
bizim min cürә dәrdlәrimiz, min cürә
әngәllәrimiz var. Lazımdır ki,
yığışıb danışaq lazım olan işlәri
görәk.Lazım olan әmәlә mübaşir
olaq.
Çalışaq, vuruşaq,
әlimizdәn gәlәn qәdәr iş
görәk. Özgә millәtlәrә baxanda,
onların hәr işlәri qayda ilә, özlәri
dә yerli-yaraşıqlı olduğu halda, biz
hәmişә pozğunluq içindә qalıb,
işlәrimizi düzәltmәyә iqdam elәmirik.
Odur ki, hәr bir barәdә pәrişan olan vә
pәsmandә adlanan bizik. Şübhәsizdir ki, bu iş
bizim üçün vacibdir vә onu әmәlә
gәtirmәk bizim borcumuzdur....
-- Çox gözәl, çox әcәb.
İndi işә başlayaq. Әvvәlcә, bir
komissiya seçmәk lazımdır ki, bu işin
proqramını düzәltsin, belәdirmi?
-- Düzdür!
-- Bu proqramı düzәltmәk
üçün bir beş-altı nәfәr adam
kifayәtdir. Biri sәn.
-- Kim, mәn?! Allah haqqı mәnim vaxtım
yoxdur. Mәni yazma, Cәfәri yaz.
-- Kimi, mәni? Atamın goru haqqı mәnim
dә vaxtım yoxdur. Tәvәqtә edirәm ki,
mәni bağışlayasınız. Bu barәdә
Hәsәn cәnabları yaxşıdır.
-- Mәn? Allah mәnә lәnәt
elәsin hәrgah başımı qaşımağa
macalım varsa. Mәnim barәmdә, bu iş
üçün Mürsәl cәnablarını yazın.
--Mәn?! Yәni mәni? Getdiyim Xorasan belimi
sındırsın әgәr sutkada üç saat
yatıramsa. İş boğazıma qәdәr
yığılıbdır, tәvәqqә edirәm ki,
mәni әfv edәsiniz. Vaxtım yoxdur. Nә
üçün Әhmәd Əfәndini
yazmırsınız?
-- Hәzәrat, bilirәm inanmayacaqsız,
amma siz ölәsiniz, özüm ölüm ki,
kәsrәti-şüğldәn o qәdәr
başım qarışıqdır, indiyә qәdәr
obed elәmәmişәm. İstәr inanın,
istәr inanmayın, amma mәni bağışlayın.
-- Balam, bu hәlә işin
başıdır ki, siz hamınız
qaçırsınız. Bәs sonra iş çoxalanda
nә olacaq? Pәh, pәh, pәh! Hәlә özümüzü dә mәzәmmәt edirik ki, işlәrimiz pәrişandır, özgәlәri bizdәn qabaqdadır. Görünür ki, sizin hünәriniz elә boşboş
danışmaqdır.
-- İndi biz nә edәk? Nә çarә qılaq?
Vaxtımız yoxdur.
-- Xeyr, a,
vaxtınız var, amma ruhunuz yoxdur, iş görmәyә hünәriniz yoxdur. Ürәyinizdә tәpәr yoxdur....
Bu cürә sözlәrdәn bir şey başa düşә bilmәdim. İstәdim bir az da qulaq asam, amma, heyf ki, vaxtım yox idi....