4 MAY MӘCLİSİ
Bәzi rәfiqәlәrim mәndәn
çox artıq tәvәqqә etdilәr ki, yenә
onlara dumanın mәclislәrindәn ikinci dәfә
bir nümunә göstәrim ki, lap yaxşı olsun.
Yәni lap yaxşı qansınlar ki, görәk, dumada
nә var, nә yox vә bu işlәrin axırı
nә tövr olacaqdır. Mәn dә razı oldum vә
qәzetlәrdәn axtarıb, dumanın mayın 4-dә
olan mәclisini tapdım. Gördüm ki, bizim
müsәlman vәkillәrindәn dә orada danışan
olubdur. Dumanın, bax, mәclisi bu cür olubdur ki, onu burada
müfәssәlәn sizә nağıl
edәcәyәm. Hәrgah, işdir, mәnә inanan
olmasa, "İrşad"ın bugünki
teleqraflarını oxuya bilәrlәr.
DÜMANIN 4 MAYDA OLAN MӘCLİSİ
S ә d r i-m ә c l i s. Oturun görәk
işimizin axırı nә tövr olur. Vәzirlәr
bir-iki para kağız göndәrib, ancaq o sonranın
işidir. İndi qoy bir az Hessen danışsın,
sәs-küy elәmәyin, qulaq asaq.
Hessen (durub danışır). Biz bura
yığılmışıq ki, millәti irәli aparaq.
Amma bu siz ölәsiniz, öz canım üçün,
bizim bu millәt bir az yazı-pozu qanmasa, heç vaxt
irәli getmәz. Mәnim sözüm
budur.
M a a r i f v ә z i r i. Allah atana rәhmәt elәsin! Bax, әsl söz budur ki, bu
kişi dedi. Canım, vallah, billah, tәaallah bizim camaat başı ipsiz bir heyvandır.
Ondan ötrü lazımdır nә?
İşkol,
işkol, işkol vә yenә
işkol. Amma o cürә siz deyәn
işkol yox ha, ki, bu gün uşaq durub uçitelin
üstünә
tapança çәkә vә uçitel dә qorxusundan sarılıq
azarına düşә. Bәlkә bu cür işkol ola ki,
uçitel uşağın üstünә tapança çәkә vә uşaq da qәlәt elәyib, bir dә böyük üzünә ağ olmaya!
Sağ tәrәf bәrk әl çalır vә "bravo" deyir.
A r x a n g
e l s k i. Mәn
onu-bunu bilmirәm,
mini min söz desin, amma bizim işimiz işkolsuz
tutmayacaqdır. Nә deyәrsinir,
mәn
ölüm?
X o m i n s
k i. Әgәr bildiniz firәng qoşununu kim basdı? Nemeslәrin uçitellәri. Ona görә bizә lazımdı nә?
İşkol!
K r ı
l o v. Zarafat o yanda dursun, işkolsuz işimiz
fırıqdır.
M a h m u d
o v. Kişilәr
doğru deyir. Amma allahın altında bizim kәnd uçitellәrinin әhvalına bir
baxaydınız, o saat canınız yanardı. Kişilәr, inandırıram sizi ki,
bir dә
görürsәn
bir abbası tapmırlar ki, dәllәyә verib üzlәrini qırxdırsınlar, amma siz
fikir elәmәyin ki, deyirәm ki, gәrәk onların donluğu artsın, xeyr,
tәki qoysunlar
ki, kişilәr
barı bir doyunca papaq yerә qoyub fikir elәsinlәr!
T i q r a n
y a n. Allah o günә bir daş salaydı ki, bizi gәtirib bu urusun әlinә verdilәr. Әşi, işkol açır ki, camaat
oxusun, gәtirib
içinә ya
bir qaradovoy qoyur, ya da ki, bir rus mahrasası.
V o z n e s
e n s k i. Mәn
özüm uçitelәm, bunu da sizә deyim ki, bu cürә işkolda uşaqlar biclikdәn savayı heç zad öyrәnmәzlәr.
P u r i
ş k e v i ç. Bu danışanın dili ishal azarına
düşübdür.
S ә d r i- m ә c l i s. Axmaq-axmaq
danışma!
H ә s ә n o v. Vaxtilә urisiyәtdә "ağa deyir sür dәrәyә, sür dәrәyә" idi.
K e l e p o
v s k i. Bağışlayın, elә indi dә urusiyәtdә "ağa deyir sür dәrәyәdir". Çox füzulluq elәmә, sәn küllәn! aşağı otur!
Səs-küy
düşüb, qalmaqal qopur vә ağız deyәni qulaq eşitmir, Hәsәnov qorxusundan bilmir nә qayırsın vә yazıq-yazıq deyir.
-- Neynәk, sizә görә "sür dәrәyә"dir, amma bizә görә "sür tәpәyә"dir. Daha mәnә acığınız niyә tutur? (sәs-küy lap bәrkiyir, vur-çatlasın
düşür, Hәsәnov lap
qorxub deyir ki, yaxşı, qoyun oturum aşağı. Neynәk, dedim, demәmiş olum.
S ә d r i-m ә c l i s. Kimdәn qorxursan, adә, heç oturub elәmә, de qurtar sözünü.
P u r i
ş k e v i ç, Kelepovski vә bir dә Sazanoviç. Di hünәri var danışsın
görәk!
S ә d r i- m ә c l i s. Ay camaat, istәyirәm Purişkeviçi, Kelepovskini vә Sazanoviçi qovlayam
bayıra, nә
deyirsiniz?
H a m
ı b i r y e r d ә. Ay, nә
bir yaxşı iş elәrsәn! Sәn ölәsәn böyük savab qazanarsan.
S ә d r i-m ә c l i s. Adә, Purişkeviç vә
Kelepovski vә Sazanoviç, siz nәsiniz? Bu saat durun rәdd olun burdan. Yaxşı kamança çalırsan,
amma heyif ki, sәsi
çıxmır.
M ә c l i s ә h l i n d ә n b i r
i. Üzünüz tökülsün, ay balam!
S ә d r i-m ә c l i s. Adә, durun rәdd olun demirәm sizә?!
P u r i
ş k e v i ç. Axı çox da deyirsәn, sәnin sözünә qulaq asan kimdir?
M ә c l i s ә h l i n d ә n b i
r i, Adә, adam
oğlusan, ayıbdır axı!
K e l e p o
v s k i. Belә әlimizin içindәn gәlir, çıxmırıq!
S ә d r i-m ә c l i s. Lәnәt sәnә şeytan, dayna! A balam, yәni istәyirsiniz ki, qolunuzdan tutub
çıxardım?
S a z a n o
v i ç. Di hünәrin varsa çıxart.
P u r i
ş k e v i ç. Allahdan istәyirәm ki, belә bir iş elәyәsәn dә!
Ә h l
i-m ә c l i s d ә n
b i r i. Balam, hәrgah qoçuluq fikrindәsinizsә, onda bura qoçu yeri deyil, gedin, mәsәlәn, Bakıda qoçuluq edin.
P u r i
ş k e v i ç. Tәvәqqә edirәm ki, ağzuva yiyәlik elәyәsәn, sәni danışdıran yoxdur.
S ә d r i-m ә c l i s. Adә, Purişkeviç, sәn atanın goru, dur burdan,
yoldaşlarını da götür, çıx get, qoy biz
burada iş görәk.
P u r i
ş k e v i ç. Atamın goru haqqı, min il qala, getmәrәm. Yoldaşlarım özlәri bilәrlәr, gedirlәr-getsinlәr, amma mәn getmәrәm (yoldaşları durub gedir, Purişkeviç
qalır).
S ә d r i-m ә c l i s (dumaya). Balam,
görünür ki, bu kişi arı yeyib, namusu da
bağlayıb belinә İnsanda gәrәk bir az
hәya olsun. Hәya ki, olmadı heç nә! Durun, çıxaq gedәk evimizә, sizin hamınızın
babalı olsun bunun boynuna!
P u r i
ş k e v i ç. Mәnә deyәnin boynuna olsun!
S ә d r i-m ә c l i s. Mәn namәrdәm, әgәr sәni 15 gün buralara qoysam.
P u r i
ş k e v i ç. Bu sәn öl, keyfim istәyәndә, şax gәlib yerimdә oturacağam, әlindәn gәlәni beş qaba çәk!
M ә c l i s ә h l i (bir yerdә). Pah atanla, yeri get! Belәdә bihәya olarmı, ay başınıza
dönüm! Görәsәn bu kimin belindәn
gәlib, kimin qarnından çıxıb.
P u r i ş k e v i ç (gedә-gedә papağını әyri qoyub, oxuyur, öz-özünә deyir). Yazıqlar dayna! Yığılıblar bura ki, millәti irәli aparacayıq! Әdә, mәn namәrdәm әgәr bu dumu qoysam ki, sağ baş gora aparsın.