MÜALİCӘ

 

 

 

 

Bir pәrdәli komediyadır. Әhli-mәclis

 

1) M ә ş ә d i   M i l l ә t--çoxdan bәri azarlamış bir kişidir.

 

2) M i r z ә  M ü c a h i d--hәkimdir, özü dә and içir ki, bütün tәbabәt elmini su kimi içibdir.

 

Mәclis vaqe olur Mәşәdi Millәtgildә. M ә ş ә d i  M i l l ә t vayıldayır.

 

M ә ş ә d i M i l l ә t. Vay, azara düşәn canım vay, davasız dәrdә giriftar olan bәdәnim, vay, vay!

 

M i r z ә  M ü c a h i d. Nә olub sәnә?

 

M ә ş ә d i  M i l l ә t. Azarlamışam, dәrdә düşmüşәm!

 

M i r z ә  M ü c a h i d. Nәbzini görüm, azarın nәdir? (baxır). Hә, bildim sәnin azarın nәdir, ancaq qorxma, heç bir şeyin yoxdur.

 

M ә ş ә d i  M i l l ә t. Vay, vay!...

 

M i r z ә  M ü c a h i d. Sәhәr ertә yerdәn duranda könlün bulanmır ki?

 

M ә ş ә d i  M i l l ә t. Yox!

 

M. M ü c a h i d. Gәrәk bulanmasın.... Axşam çay içәndәn sonra qusmağın tutmur ki?

 

M. M i l l әt . Heç çay içә bilirәm ki ... vay!

 

M. M ü c a h i d. Gәrәk içә bilmәyәsәn ... hә, ürәyin xiyar istәyirmi?

M. M i l l ә t. İstәyir!

 

M. M ü c a h i d. Gәrәk istәsin!... Durduğun yerdә gözün qaralırmı?

 

M. M i l l ә t. Bәli, qaralır!

 

M. M ü c a h i d. Bәs, gәrәk qaralsın.... Badımcan dolması ilә aran necәdir?

 

M. M i l l ә t. Adını çәkmә, qusaram!

 

M. M ü c a h i d. Gәrәk qusasan.... Gündә neçә dәfә ayaqyoluna gedirsәn?

 

 

M. M i l l ә t. Heç ayaqyoluna getmirәm!

 

M. M ü c a h i d. Gәrәk getmәyәsәn.... Mәnim rәhmәtlik atamı tanıyırdın?

 

M. M i l l ә t. Yaxşı tanıyırdım.

 

M. Mücahid. Gәrәk yaxşı tanıyasan.... Hәbbi-sәlatin versәm içәrsәnmi?

 

M. M i l l ә t. İçә bilmәrәm!

 

M. M ü c a h i d. Gәrәk içә bilmәyәsәn.... Başın altına qoyduğun nәdir?

 

M. M i l l ә t. Pul kisәsidir....

 

M. Mücahid. Gәrәk pul kisәsi olsun.... Balıq yağının içinә bir az şәkәr töküb, içinә tüpürsәm ağzına ala bilәrsәnmi?

 

M. M i l l ә t. Yox, iyrәnirәm!

 

M. M ü c a h i d. Gәrәk iyrәnәsәn.... O kisәnin içindәki puldan mәnә verә bilәrsәnmi?

 

M. M i l l ә t. Götür yarısı sәnin olsun.

 

M. M ü c a h i d. (Pulu götürәndәn sonra) Gәrәk yarısı mәnim olsun.

 

Azarlının yanında hәkimin çox oturmağı yaxşı deyil. Gedirәm, xudahafiz! Amma heç qorxma, bir neçә gündәn sonra ayağa durarsan (gedir).

 

M ә ş ә d i M i l l ә t. Ay, başım töküldü, ay qarnım çatladı, ay qıçlarım sındı, ay, gözlәrim çıxdı, ay, beynim burnumdan gәldi, ay, vay, haray, hәkim hәkim hәkim!...

Pәrdә salınır.