ŞӘHӘR İŞLӘRİ
Bütövü kәsmә, paraya
dәymә, doğra doyunca ye
Atalar sözü
S ә d r. Camaat!
Sizi bura çağırmışıq ki, bir yaman
xәbәr verәk. Bizi soyurlar.
C a m a a
t. Bilirik, bilirik. Şәhәr xarab
oldu, әldәn getdi.... Bunların
hamısını bilirik.
B i r i s
i. Bayıra çıxırıq, qorxuruq, evimizdә otururuq, qorxuruq.
B i r a y r ı s ı. Vay odur ki,
poçtdan kağız alam, ürәyim qopub dabanıma düşür. Deyirәm ki, yәqin anonimni
kağızdır, pul istәyirlәr. Vallah, odur ki, bütün
dost-aşnaya yazmışam ki, daha mәnә bu günlәrdә kağız yazmasınlar. Çünki
sözün doğrusu, hәr kağız aldıqca, sarılıq azarına,
düşürәm.
Bir
özgәsi. Әşi, sәn onu deyirsәn. Mәn yazıq nә qayırım ki, evimizin
qapısı ağzında fayton sәsi eşidәn kimi deyirәm: Vay, mәni oğurlamağa gәldilәr. Odur ki, cәmi tanışlarımdan tәvәqqә elәmişәm ki, bizә faytonla gәlmәsinlәr.
B i r q e y r i s i (Kamali-naümidlә). Qapımızın
izvanökini sındırmışam. Nә qayırım, a
başına dönüm, izvanök "cırt" elәdikcә, mәndә ürәk qalmır ki....
S ә d r. Bunlar hamısı ona dәlildir ki, bizi soyurlar. Ona
görә dә buraya
yığılmışıq ki, bu barәdә bir әncam tapasınız. Hәr nә ürәyinizә, ağlınıza gәlir, hamısını
açın, burada deyin, bәlkә allah belә elәyә ki, bir әncam tapıla.
B i r n ә f ә r. Cәnab sәdr, әvvәla, tәvәqqә elәyirәm ki, burada bir nәfәr intelligent olmasın vә hәrgah varsa da, dursun, bassın bayıra.
S ә d r. Arxayın ol. Biz buraya
bir nәfәr dә intelligent
çağırmamışıq.
S ә s l ә r. Afәrin bu tәdbirә!
S ә d r. Çox sağ olun! İndi
buyurun, danışın görәk, nә qayıraq?!
B i r n a t i q. Camaat, danışmaq,
üçün mәnim ürәyimdә çox söz var, amma, heyf
ki, boğazım quruyub vә nitqim tutulub. Boğula-boğula qalmışam.
Çünki sözün doğrusu, buraya yığılan
adamların hamısının xasiyyәtinә bәlәd deyilәm. Bәlkә sözüm birisinә xoş gәlmәdi, onda gәrәk buradan bayıra çıxmayam....
Ö z g ә
n a t i q. Camaat, siz nә qorxaq adamlarsınız?! Bu işlәrin özgә bir әlacı yoxdur, tәk bircә әlacı var ki, onu sizә deyirәm. Bütün
soyğunçuların hamısının adlarını
yazmaq vә cәnab qradonaçalnikә vermәk vә ondan tәvәqqә elәmәk ki, o adamların hamısını
köhnә dumun
qabağında assınlar, vәssalam!
D i g ә r b i r n a t i q (Әvvәlkinә). Balam, allah sәndәn
razı
olsun. Savadın varmı?
Ә v v
ә l k i n a t i
q. Necә?
İ k i
n c i. Hәrgah
savadın varsa, ala bu qarandaş-kağızı, o
adamların adlarını yaz, yoxsa sәn de, mәn yazım....
B i r s ә s (Әvvәlki natiqә). ... filan ... zәhmәt çәk, bayıra çıx, sәninlә bir müxtәsәr işim var....
Ә v v
ә l k i n a t i
q. Bu saat gәlirәm. Camaat, ancaq o adamların
adlarını mәn bilmirәm
vә mәnim o cürә şeylәrdәn әsla xәbәrim olmaz. Bir sözdür dedim,
hamı danışır, biri dә mәn. Yoxsa mәn nә bilirәm ki, soyğunçu kimdir?
B a ş
q a b i r n a t i q. Camaat, buraya
yığılan adamların hamısı
bakılıdırmı?
S ә s l ә r -- Hәri, hәri! Necә?
H a m a n n
a t i q. Heç, elә onu xәbәr alırdım....
S ә d r. V i n o v a t! Tәk bircә mәn bakılı deyilәm, özüm dә Kurskdan gәlmişәm.
S ә s l ә r. Әgәr yoxdur, deyin görәk, nә elәmәk lazımdır?
B i r n a t i q (Ayağa durub, ora-bura
boylanır)....
S ә s l ә r. Nә axtarırsan?
H a m a n n
a t i q. Burada molla yoxdur ki?
S ә s l ә r. Xeyir, mollanın burada nә işi var?
H a m a
n n a t i q. Çox yaxşı.
Keçәn sәfәr klubda qumar oynayırdım. Gördüm
ki, birisi gәldi
vә mәnim yoldaşımdan min manat
pul aldı. Soruşdum ki, nә üçün o sәndәn min manat pul aldı. Cavabında dedi
ki.... (Bәrk
öskürürlәr), cavabında dedi ki, pul alan ... qardaşımdır
(Oturur).
A y r
ı n a t i q. Camaat, vallah, adam ürәyinin sözünü açıb
deyә bilmir, belә can şirindir, nә etmәk? Yenә bir ayrı yer ola....
B i r i s
i. Camaat, durun gedәk mәscidә!...
A y r
ı s ә s. Bәli, yumurtası tәrs düşmüş toyuq kimi
o taxçadan bu taxçaya atılaq. Hәr nә sözünüz var, burada deyin, vәssalam.
T ә z ә b i r n a t i q. Hәzәrat! Hәmin bu cürә işlәr ki, bu gün bizim Bakıda vaqe olur,
haman bu işlәr
hamısı bütün Rusiyada da vaqe olur. (Sәdr başını
qalxızır). Bu nizamsızlıqların hamısına da sәbәb Rusiyada mövcud olan istibdad....
S ә d r. (Bәrk çığırır)-- O,
hey! Oralara әl
uzatma.
Vallah, mәclisi bağlaram.
S ә s l ә r. Otur aşağa!
B i r i s
i. Cәnab sәdr, sәndә durbin yoxdur ki?
S ә d r. Xeyir, nәyә lazım idi?
B i r i s
i. Heç, bu danışan oğlana durbinlә yaxşı baxacaqdım,
çünki çox şübhәli görünür, qorxuram ki,
intelligent ola.
S ә d r. Әşi, o barәdә arxayın ol!
B i r n a t
i q. Camaat, yadıma bir yaxşı şey düşdü. Gәlin, tәzәdәn bir "hidayәt" mәclisi quraq.
B i r q e y
r i s i (Acıqlı). Nә deyirsәn?!
Ә v v
ә l k i.
Heç! Deyirәm
ki, hamısından yaxşısı budur. gәlin, müsәllaya çıxaq.
S ә d r. Ağlınız nә kәsir?
A y r
ı n a t i q. Bilirsiniz nә var? Bu işlәrin hamısının tәqsiri qaradovoylardadır.
S ә d r. A kişi, mәn imanım, qaradovoylarda tәqsir yoxdur. Eşşәyә gücünüz çatmır,
palanı toqqaşlayırsınız!
S ә s l ә r (Ağlamsınaraq). Di
yaxşı, bәs
nә olsun?! (Hamı
başını aşağı salır. Bәzilәri dәsmal çıxarırlar).
B i r n a t i q. Hәzәrat! İzn verin, sizin üçün
bir nağıl söylәyim. Çünki bu nağıl mәsәlәni bir qәdәr hәll edәr.
S ә s l ә r. Söylә, söylә.
H ә m i n n a t i q. Camaat, biri var imiş, biri
yox imiş. Bir kor varmış, bir dә bir kar varmış. Bunlardan başqa
bir dә bir
çılpaq varmış vә әlavә bir dә bir çolaq varmış. Camaat,
günlәrin bir
günü bunlar hamısı sәfәrә çıxıb, bir yerdә gecәlәyirlәr. Birdәn bunları vahimә basır. Kor deyir: "Gendәn bir qaraltı görürәm...." Kar deyir: "Mәn dә şaqqıltı eşidirәm". Çılpaq deyir:
"Adә, birdәn bizi soyarlar, ha!" Çolaq
da deyir: "Durun, qaçaq!"
Camaat,
nağıl qurtardı. O yedi yerә keçdi, siz dә yeyin, dövrә keçin.
Vәssalam!