YUXUDA

 

 

 

 

(Komediya)

 

ӘVVӘLİNCİ MӘCLİS

 

 Şahın sarayında, bir qapının ağzında vaqe olur.

  

Ş ü c a  N i z a m. Mәn deyirәm ki, şahın yanına bir-bir gedәk.

  

M ü c t ә h  i d  M i r z ә  H ә s ә n. Neyçün? Hamımız bir yerdә girsәk nә olar?

 

Ş ü c a  N i z a m. O da yaxşı olar, ancaq....

 

M i r  H a ş ı m. Mәn dә o fikirdәyәm ki, bir-bir girsәk

yaxşı olar!

 

M ü q t ә d i r i d d ö v l ә. Mәn dә buna razıyam.

 

R ә h i m  x a n. Yoxsa bir-bir girib mәndәn şaha şeytanlıq elәmәk istәyirsiniz?

 

Ş ü c a  N i z a m. Әşi, ayıb deyilmi belә sözlәr danışırsan?

  

R ә h i m  x a n. Yox, şahzadә! Mәn sözü açıq danışıram. Demә ki, bu bir çöl tәrәkәmәsidir, qanmır, amma mәn sözü açıq danışaram. Şahın özünә dә açıq söylәyәcәyәm! Mәn, mәn ... biclik bilmәrәm.

 

Ş ü c a  N i z a m (acıqlı). Xan! Sәn padşahı söyürsәn!

 

R ә h i m  x a n. Mәn padşahı söymürәm! Mәnim ürәyim....

  

Ş ü c a  N i z a m (lap acıqlı). Xeyr, sәn padşahı söyürsәn. Sәn mәnә xanәzadә, şahzadәyә bic deyirsәn vә halonki mәnim atam da, anam da mәlumdur.

 

R ә h i m  x a n. Mәnim sәnin atanla vә ananla işim yoxdur ... vә tәvәqqә edirәm ki, hirsini basıb, top kimi açılmayasan. Mәnim xasiyyәtim bir qәdәr tünddür!

 

Ş ü c a  N i z a m  (hәdә ilә). Yaxşı.... Çox Yaxşı....

 

M ü c t ә h i d  M i r z ә H ә s ә n -- Әşi, bәsdir, ayıb deyilmi, uşaq deyilsiz ha!

 

M i r  H a ş ı m.... Bura Tәbriz deyil ha! Bura padşah qapısıdır.

 

R ә h i m  x a n. Bilirәm, sizin hamınızın fikri nәdir! Amma şahı aldada bilmәzsiniz!

 

M ü q t ә d i r i d d ö v l ә. Xan, ümidvaram ki, sәn mәnә

yaxşı bәlәdsәn!

 

M i r z ә  H ә s ә n. Allahın kәlamına and olsun, heç qanmıram ki, bu nә söhbәtdir.

 

R ә h i m x a n. Sizin hamınıza yaxşı bәlәdәm!

 

M i r  H a ş ı m (cibindәn tәnbәki çıxardıb çubuq hazırlayır)--Xan, çubuq dartırsan?

 

R ә h i m  x a n (etinasız). Yox, başım ağrıyır.

 

M ü q t ә d i r i d d ö v l ә. Mәndә bir qәdәr başağrısı davası var, istәyirsәn?

 

R ә h i m  x a n. Yox, o davalar mәnә kar elәmәz.

 

M i r z ә  H ә s ә n. İstәyirsәn başağrısı duası yazım....

 

R ә h i m   x a n. Yox, ağa zәhmәt çәkmә! Mәnim bütün әhvalım pәrişandır.

  

Ş ü c a  N i z a m. Xan, mәn sәnin xatirinә dәydim, tәvәqqә edirәm ki, bu adamların içindә mәni bağışlayasan. Özün bilirsәn ki, Tәbrizin әldәn getmәyi nә tәhәr әsәr elәyibdir, bir qәdәr dilim acı olub, bağışla xan! (yanına gedir, әl verir).

  

R ә h i m  x a n (bu işdәn xoşlanıb). Allah bağışlasın, mәnim dә dediyim odur ki, mәn sizin hamınızdan qocayam, özümün dә sәnәtim gündüz axşamadәk cәngü cidal idi. Bir dava olurdu ki, mәn basırdım, bir dava olurdu ki, mәn basılırdım. İndi Tәbriz davasında mәn basıldım. Nә zәrәri var, sabah Şiraz davası olar, mәn basaram. Dediyim budur, elә şaha da belә deyәcәyәm. Mәnim tәqsirim yoxdur, mәnim sәnәtim belәdir.

 

H a m ı s ı. Әlbәttә, әlbәttә, bizim heç birimizin tәqsiri yoxdur, ancaq iş burdadır ki, o tәrәf güclü oldu. Ona görә ... iş dә belә oldu!

 

İKİNCİ MӘCLİS

ŞAH  OTARINDA

 

 

 

 

Ş a h. Sonra nә oldu?

 

Ş ü c a  N i z a m. Fәda olum sәnә! Sonra mәn Rәhim xana dedim ki, indi ki sәn dava elәmәk istәmirsәn, onda sәn Tәbrizdәn çıx get, ancaq qoşunu ver mәnә, dava edim. Buna da razı olmadı. O tәrәf isә getdikcә hücumunu artırıb, bizi dara saldı! Yenә Rәhim xana yalvardım ki, allaha baxsın, sәni arada görsün, bizә kömәk elәsin, qulaq asmadı. Axırda bir dә eşitdik ki, Rәhim xan öz qoşunu ilә Tәbrizdәn çıxıb qaçıbdır.

 

Ş a h. Yaxşı, get o biri otağa. Mir Haşım gәlsin.

 

Şüça Nizam çıxır. M i r H a ş ı m g i r i b sәcdә edir.

 

Ş a h. Söylә görәk әhvalat nә tövr oldu.

  

M i r  H a ş ı m (durur). Bi әbi әntә vә ümmi! Ayağınızın torpağına fәda olum, şah! Bizim evimizi yıxan Şüca Nizam ilә müctәhid Mirzә Hәsәn oldu....

 

Ş a h. Hәә!... Yaxşı, get, Müctәhid gәlsin!

Mir Haşım çıxır, M i r z ә  H ә s ә n әrәbcә sözlәr oxuya-oxuya daxil

olub sәcdә edir.

 

Ş a h. Söylә görüm әhvalat nә tövr oldu.

  

M ü c t ә h i d  M i r z ә  H ә s ә n. Fәda olum sәnә, dünyada hәr şeyin bir başı olar vә bir dә ayağı. Mәsәlәn, sәn bizim başımızsan, biz dә sәnin ayağın....

 

Ş a h. Mәtlәbi söylә görәk iş nә tövr oldu!

  

M i r z ә  H ә s ә n. Sәnә fәda olum, hәrgah Şüma Nizam, Mir Haşı vә Müqtәdiriddövlә olmasaydı, Tәbriz әldәn

getmәzdi.

 

Ş a h. Yaxşı get, Müqtәdiriddövlә gәlsin!

 

M ü q t ә d i r i d d ö v l ә. Xaki payinә qulamın canı. qurban! Şüca Nizam, Müctәhid Mirzә Hәsәn, Mir Haşım Tәbrizi fәnaya verdilәr. (Gedir).

  

Ş a h. Rәhim xan gәlsin. (Rәhim xan gәlir). Çağırın Şüca Nizamı Mir Haşımı, Mirzә Hәsәni, Müqtәdiriddövlәni (hamısı daxil olurlar).

 

Ş a h (Şüca Nizama). Bәs sәn deyirsәn ki, Tәbrizin batmağına Rәhim xan sәbәb oldu?

 

Ş ü c a Nizam (Rәhim xana baxıb). Bәli, şah sağ olsun!

 

R ә h i m  x a n (acığından dişini qıcayır). Sәn namәrdsәn!

  

Ş a h. Xamuş! Müctәhid, sәn dә deyirsәn ki, tәqsirkar Şüca Nizam, Mir Haşım vә Müqtәdiriddövlә idi?

 

Ş ü c a  N i z a m, M i r  H a ş ı m  vә M ü q t ә d i r i d d ö v l ә. Şah sağ olsun, tәqsir bu әmmamәli müctәhidin özündә idi.

  

Ş a h. Mir Haşım, sәn nә deyirdin ki, tәqsirkar Şüca Nizam ilә müctәhiddir.

  

M i r  H a ş ı m. Şah sağ olsun, Şüca Nizamı da dedim? Gәrәk ki, onu....

  

Ş a h. Müqtәdirddövlә, sәn dә söylәdin ki, Şüca Nizam, Mirzә Hәsәn, Mir Haşım tәqsirkar idilәr.

 

M ü q t ә d i r i d d ö v l ә. Şah sağ olsun, bәli!

 

M i r H a ş ı m.  Müqtәdiriddövlә, mәni dә tәqsirkar bilirsәn?

 

M ü q t ә d i r i d d ö v l ә. Bәs sәn mәni nә üçün deyirsәn?

 

M i r  H a ş ı m. Mәn sәni demәmişәm....

 

M ü c t ә h i d. Yaxşı, cәnab Müqtәdiriddövlә vә Mir Haşım, sizin sözünüzdәn bu çıxır ki....

  

Ş ü c a  N i z a m. Cәnab müctәhid, heç utanmadın ki, sәn mәni böhtan altında....

 

R ә h i m  x a n. Görәk, Şüca Nizam, qalsın sәninlә....

 

M ü q t ә d i r i d d ö v l ә. Ayıb olsun sәnә, Mirzә Hәsәn, mәn sәni bir adam....

 

Ş a h (bәrkdәn). Lyaxov!

 

L y a x o v  daxil olur.

 

Ş a h. Bu adamları aparıb top ağzına qoyarsan. Әn әvvәl müctәhidi toplarsan.

  

M i r z ә  H ә s ә n -- Vay, dәdәm vay, ay şah, başına dönüm, sәnә qurban olum, mәnә yazığın gәlsin! Mәnә yazığın gәlsin, sәnә qurban olum, vay....

 

-- Ağa, ağa, ağa

 

M i r z ә  H ә s ә n. -- Haa!... --          Nә pis sayaqlayırsan!

 

M i r z ә H ә s ә n. Paho!... Bari pәrvәrdigara, şükür olsun sәnә, yaxşı ki, yuxu imiş!

 

-- Nә olub?

 

M i r z ә  H ә s ә n. Balam, yuxumda gördüm ki, Tәbrizi Sәttarxana verib, Tehrana qaçmışıq, şah da bizi top ağzına qoydurub.

 

-- Ağa, elә axırda da o cürә olacaqdır. Bizi ya Sәttarxan tapa qoylcaqdır, ya ki şah. Bu ikisindәn xali dәyilik.

Nahaq yerә özümüzü әngәlә saldıq!...