AND İÇMӘK

 

 

 

 

-- Kәrbәlayı Nәcәfqulu, saat neçәdir?

 

-- Dәstәdәn on iki dәqiqә keçibdir.

 

-- Ba?!

 

-- Әbülfәzl Abbas haqqı.

 

-- Mәşәdi Hәsәn, dünәn sәn dә qonaqlıqda idin?

 

-- Yox, Hәzrәt Abbasın qәlәm edilәn qolları haqqı!

 

-- Molla Vәli, bilirsәn dünәn Nәcәfәli bәyә nә dedim?

 

-- Nә dedin!

 

-- Dedim: Әlinin qәzәb oğlu Hәzrәt Abbas mәnә qәnim

olsun yalan deyirәmsә, bu saat qarnuvu yarıb tüstü ilә dolduraram.

-- Deyinәn, sәn öl!

 

-- Sәn öl! Hәzrәt Abbas belimdәn vursun ki!

 

-- Kәrbәlayı Hümmәt, mәnim başmaqlarımı sәn geyibsәn?

 

-- Yox, Hәzrәt Abbasın bir cüt düşәn qolları haqqı!

 

-- A kişi, ta niyә yalandan and içirsәn. Budur, ana, mәnim başmaqlarım sәndәdir.

 

-- Buy, Hәzrәt Abbasın qılıncına gәlim ki, elә bilirdim özümündür!!