HİLAL VӘ ŞİRİ-XURŞİD

 

 

 

 

Ş i r i-X u r ş i d (Hilala). Bәs sәn batmışdın nә üçün bir dә çıxdın?

 

H i l a l.   Bәs sәn çıxmışdın, nә üçün bir dә batdın?

 

Ş i r i-X u r ş i d. Bizim adamların çoxu adam deyillәr. Bәlkә adam sifәtindә olan bayquş, yapalaq vә bu cürә şәbpәrә quşlardır, necә ki, indi İranın viran olmağı da buna böyük dәlildir. Mәnim şәfәqlәrim bu bayquşların gözlәrinә ox kimi batırdı, ona görә onlar mәnim çıxmağıma tab gәtirә bilmәdilәr vә mәni batırtdılar.

 

H i l a l. Mәn dә 30 il idi ki, qara bulud altında gizli qalmışdım. Qara bulud getdikcә qaralıb qalınlaşıb, hәr yeri zülmәtә döndәrmişdi.

 

Nagah birdәn ildırım şaxıyıb, bulud dәәtlә guruldadı vә yağış әtri әvәzindә havadan qan qoxusu gәlmәyә başladı. Bildilәr ki, bәrk bir qan yağışı yağıb, hәr yeri qan seli basacaqdır. Ona görә tez buludları dağıdıb, mәni çıxartdılar.

 

Ş i r i-X u r ş i d. Daha bir dә batmazsanmı?

 

H i l a l. Sәnin bir dә batmayacağını bildiyim kimi, özümün dә batmayacağımı aşkar bilirәm.

 

İran şahı istәyir ki, tәzәdәn tac qoysun, çünki әvvәlki ko olmayıbdır. Ona mәslәhәt görürlәr ki, ikinci dәfә tac qoyduqda adını dәyişib, Mamedәli qoysun.

 

Çünki daha bu biabırçılıqdan sonra Mәmmәdәli adı ona yaraşmır.... Daha doğrusu, onun özü bu ada yaraşmır.