İRANIN EVİ YIXILIB

 

 

 

 

-- Sabahın xeyir olsun, Kәrbәlayi Qulu!

 

-- Aqibәtin xeyir olsun, Mәşәdi Nәbi!

 

-- Bilirsәn, nә var?

 

-- Yox, necә?

 

-- İranda azadlıq verilibdir.

 

-- Hә, bir elә әhval eşitmişәm, ancaq azadlıq, yәni

nә olsun?

 

-- Azadlıq odur ki, İranda indәn belә hambaldan tutmuş vәzirә kimi bir mәclis qurub, dövlәt işinә mәslәhәt vә mәşvәrәtlә baxacaqdılar.

 

-- Pәh, deynәn İranın evi yıxılıbdır da!

 

-- Necә?!

 

-- Әşi, bir mәclisdә ki, hambal vәzirlә söhbәt edәcәkdir, o mәclisdәn nә yaxşı şey gözlәmәk olar?!

 

-- Keyfin yaxşıdırmı, Kәrbәlayi Qurquşum?

 

-- Keyfin yaxşı olsun, usta Hәsәn?

 

-- Eşitdinmi İranda nә olubdur?

 

-- Yox, nә olubdur?

 

-- Pәh, İranda azadlıq verilibdir!

 

-- Yәni nә olacaqdır?

 

-- O olacaqdır ki, bundan sonra hambal vәzir ilәn bir

yerdә mәclis qurub, söhbәt edәcәkdir!

 

-- Bu yaxşı olmadı, usta Hәsәn!

 

-- Neyçün?

 

-- Әşi, bir hambal  ki, vәzir ilәn dizbir olub söhbәt elәyә, sonra gәlib on put arpanı iki köpük manata şәhәrin o başınadәk aparmağa razı olarmı?

 

AND İÇMӘK

 

 

 

 

 

-- Kәrbәlayı Nәcәfqulu, saat neçәdir?

 

-- Dәstәdәn on iki dәqiqә keçibdir.

 

-- Ba?!

 

-- Әbülfәzl Abbas haqqı.

 

-- Mәşәdi Hәsәn, dünәn sәn dә qonaqlıqda idin?

 

-- Yox, Hәzrәt Abbasın qәlәm edilәn qolları haqqı!

 

-- Molla Vәli, bilirsәn dünәn Nәcәfәli bәyә nә dedim?

 

-- Nә dedin!

 

-- Dedim: Әlinin qәzәb oğlu Hәzrәt Abbas mәnә qәnimolsun yalan deyirәmsә, bu saat qarnuvu yarıb tüstü ilә dolduraram.

 

-- Deyinәn, sәn öl!

 

-- Sәn öl! Hәzrәt Abbas belimdәn vursun ki!

 

-- Kәrbәlayı Hümmәt, mәnim başmaqlarımı sәn geyibsәn?

 

-- Yox, Hәzrәt Abbasın bir cüt düşәn qolları haqqı!

 

-- A kişi, ta niyә yalandan and içirsәn. Budur, ana, mәnim başmaqlarım sәndәdir.

 

--Buy, Hәzrәt Abbasın qılıncına gәlim ki, elә bilirdim özümündür!!