KİMDӘN NӘ SORUŞDULAR?

 

 

 

 

Loğman hәkimdәn soruşdular ki, әdәbi kimdәn öyrәndin?

Dedi:

 

-- Bakının işkol uşaqlarından.

 

 

Dedilәr:

-- Nә tövr?

 

Dedi:

-- Tәfsilә ehtiyac yoxdur.

* * *

İsgәndәr-Zülqәrneyndәn xәbәr aldılar ki, cәsarәt vә şücaәti kimdәn öyrәndin? Dedi:

 

-- Nәvvab Eynüddövlә ilә Sәrdari-Nüsrәt Rәhim xandan

Dedilәr:

 

-- Nә tövr?

Dedi:

 

-- Onların yerinә utandığımdan.

* * *

Hatәm Taidәn birisi soruşdu ki, bu sәxavәt vә kәramәti kimdәn öyrәndin? Dedi:

 

-- Bakının bәzi milyonçu hacılarından

 

Dedilәr:

-- Nә tövr?

 

Dedi:

-- Әhvalat uzundur.

 

* * *

 Firdovsi әleyhirәhmәdәn soruşdular ki, şer yazmağı kimdәn öyrәndin?  Dedi:

 

-- Müsәlmanların indiki mütәşairlәrindәn.

 

Dedilәr:

-- Nә tövr?

 

Dedi:

-- Mәn dә onlar kimi lәğviyyat yazmadım.

* * *

 Bir müsәlman uşağından soruşdular ki, bu qәdәr söyüşü kimdәn öyrәndin? Dedi:

 

-- Hamısını dәdәmdәn.

 

Dedilәr:

-- Nә tövr?

 

Dedi:

-- O mәnә söydükcә, mәn dә әzbәrlәdim.