MÜSӘLMANLARIN HALI

 

 

 

 

Hökumәt qapısında

 

-- Kәrbәlayı Bәdәl, görә bildin?

 

-- Görә bildim.

 

-- Nә dedi?

Dedi: "Zavtra"!

 

Ağalar qapısında

 

-- Mәşәdi Fәrәcullah, ağa evdә idi?

 

-- Bәli, evdә idi.

 

-- Sәni gördü, nә dedi?

 

-- İki dәfә üzümә tüpürdü, bir dәfә dә atamın goruna

söydü.

 

İntelligent qapısında

 

-- Mahmud әmi, razı oldumu?

 

-- Balam, yox!

 

-- Nә üçün?

 

-- Dedi, beş yüz manat ver, yazım.

 

Dövlәtli qapısında

 

-- Kәrbәlayı Müseyyib, getmişdin?

 

-- Hә, getmişdim.

 

-- Görә bildin?

 

-- Balam, yox. Sәhәr yatmışdı, günorta çörәk yeyirdi,

axşam da evdә yox idi.