"MOLLA NӘSRӘDDİN"

 

 

 

 

Dövlәt dumasını bağladılar.

 

 

"Molla Nәsrәddin" curnalını da bağladılar.

 

Dövlәt dumasını bağlayan hökumәt oldu.

 

"Molla Nәsrәddin"i dә bağlayan hökumәt oldu.

Ancaq tәfavüt burasındadır ki, Dövlәt dumasını bağladılar padşah әmri ilә, amma "Molla Nәsrәddin" curnalını danos ilә!!!.

 

Bәli, alimi-mәşhur olan qәdim Molla Nәsrәddin dәxi müstәbid vә müstәbidlәr xadimlәri haqq vә hәqqaniyyәti üstündә sevmәyib, o qәdәr incitdilәr ki, yazıq axırda özünü dәliliyә vurdu....

 

"Molla Nәsrәddin"in bir o qәdәr "siyasi töhmәti" yox idi ki, hökumәt әhlinin xatirinә dәyә vә onu da "müzürr mәslәkinә görә" bağlaya idi. Xeyr! "Molla Nәsrәddin"in rus hökumәti ilә bir o qәdәr işi yox idi, bәlkә onun işi bizim öz hökumәtimizlә idi. Yәni "Molla Nәsrәddin" haqq söz danışırdı.

 

Vә haqq vә hәqiqәt acı olduğuna görә, bizim hәmişә "şirni" yemәyә öyrәnmiş hökumәtimizin xoşuna gәlmәdi vә

gәlmәyәn surәtdә "hökumәt" hökumәtә danos verib, haqq vә

hәqiqәt ağzını yumdurdu....

 

Lakin yumdura bildimi?

 

Bu özgә mәsәlәdir. Bunu get camaatdan xәbәr al, desin!