QAFQAZDA MÜSӘLMAN KӘNDLİSİNİN HALI

 

 

 

 

S i ç a n. Atakişi әmi, taxılın cücәrmәdi?

 

Ç ә g i r t k ә. Atakişi әmi, taxılın göyәrmәdi?

 

D o l u. Atakişi әmi, taxılın sünbüllәnmәdi?

 

H ö r m ç ә k H a c ı m u r a d  x a n. Atakişi әmi, taxılını döymürsәn?

 

B ә y. Atakişi әmi, taxılın çuvala yığılmadı?

 

S t r a j n i k . Atakişi әmi, xurcunlarım hazırdır, taxıl necә oldu?

 

A t a k i ş i  ә m i n i n u ş a q l a r ı. Dәdә, bәs tәzә taxıldan havaxt çörәk bişirәcәyik?

 

A t a k i ş i  ә m i n i n q a r n ı. Qurr!... A kişi, acından öldüm!

 

A t a k i ş i  ә m i (acıqlı). Qarnım! Barı sәnsә dinmә, yoxsa, quran mәnә qәnim olsun ki, soxaram xәncәri, tökәrәm bağırsaqlarını çölә indi ya!!!.

 

Yazıq Atakişi әmi! Bir mәsәl var, deyәrlәr ki, on iki qurda bir boz eşşәk neylәsin?