SUAL-CAVAB
S u a l. Heç elә şey ola bilәrmi ki,
bir şeyin adı ola, amma özü heç yerli-dibli olmaya?
C a v a b.
Bәli, olar! Mәsәlәn, Bakı ilә Gәncәnin "Cәmiyyәti-xeyriyyәlәri"nin adları var, amma özlәrindәn heç bir әsәr yoxdur.
* * *
S u a l. Hәsәnqulu, nә
qayırırsan?
C a v a b. Dәstәmaz alıram!
S u a l. Nәdәn ötrü?
C a v a b. Dünәn әllәrimlә bir
müsәlmanın başını kәsmişdim, indi
Ağdaş vaizi Molla Sәmәd әfәndinin
sözlәrinә әmәl edib, dәstәmiz
alıram ki, әllәrimin günahı rәf olsun!
* * *
Bir әcnәbi
(kamali-tәәccüblә). Bu ölәn kimdir ki, bu
dәbdәbә, bu tәntәnә, bu cahu cәlal
ilә cәnazәsini tәşi edibsiniz vә belә
atәşin nitqlәr söylәyirsiniz?
M ü s ә l m a n. Bu ölәn,
müsәlman millәtinә әn böyük qulluqlar
göstәrmiş vә millәt yolunda hәr bir şeyi
qurban etmiş bir şәxsdir!
Ә c n ә b i. Bәs nәdәn
vәfat edib?
M ü s ә l m a n. Deyirlәr ki,
acından....
* * *
S u a l. Nәdәn ötrü
müsәlmanlar bir bu qәdәr cәmiyyәtlәr
düzәldirlәr?
C a v a b. Ondan ötrü ki, axırda
"cәmiyyәtin" adamları bir-biri ilә
savaşsınlar.
S u a l. Yaxşı, mәgәr ayrı
yerdә "cәmiyyәtsiz" savaşmaq olmazmı?
C a v a b. Olar, ancaq "cәmiyyәt"
içindә savaşanların hәr biri "haqq,
hәqqaniyyәt" vә "millәt" adına
savaşıb, öz şәxsi düşmәnçiliklәrini
pәrdәlәmәyә yol tapırlar.
* * *
S u a l. O kimdir ki, yazıq camaatın alın
tәri ilә, әl zәhmәti ilә hüsula
gәlmiş bütün rizq vә ruzusunu öz altına
qoyub, nәrildәyә-nәrildәyә,
guruldaya-guruldaya, xurdu xaş elәyir vә özü
dә heç "doydum" demir, camaat da gendәn durub
tamaşa edir vә yaxın durmağa qorxur? İndi
deyәcәksiniz ki, Mәmmәdәli şah! Vә ya
İran xanları! Xeyr!... dәyirman daşı!...
* * *
S u a l. Hacı Sәfәr, nә
üçün bidamaqsan?
C a v a b. Balam, üstümә kağız
gәlibdir ki, gәrәk 3 gündәn sonra 5 min manat pul
verәm.
S u a l. Paho, görünür ki, anarxistlәr
yazıblar!
C a v a b.
Xeyr, kağız bankdan gәlibdir.
* * *
Şamaxı
yolundakı müsәlman gecә
kurslarının müәllimlәrindәn birisi mәnә rast gәldi. Gördüm binәvanın әhvalı çox pәcmürdәdir. Soruşdum ki, nә olubdur?
D e d i: --
Başım da ağrıyır, belim dә!
D e d i m:
-- Bәs sәbәb nәdir?
D e d i: --
Başımın ağrımağına sәbәb odur ki, başımda olan biliyi
çıxardıb gecә kurslarının mütәәllimlәrinә verdim. Belimin dә
ağrımağının sәbәbi odur ki, oradaca paltonumu da
çıxardıb, vallah mәn heç kәsә vermәdim, amma hәr kәssә, görünür ki,
başımdakı biliklә bәrabәr, әynimdәki paltonu da istәyirmiş. Ona görә hәr ikisini dә aparıbdır.
Dedim: -- Zәrәr yoxdur, biz müәllimlәr nәşri-maarif yolunda elm vә biliyimizdәn başqa, hәrdәn bir paltomuzu da sәrf etmәliyik.