SUALLAR VӘ SUALLARADA  CAVABLAR

 

 

 

 

S. Dünyada hamıdan çox hürriyyәtpәrvәr vә azadlıqsevәn adam kimdir?

 

C. Rusiyanın baş vәziri Stolıpin vә onun yoldaşlarıdır. Çünki bunların bütün әllәşib-vuruşduqları odur ki, millәt onların işinә qarışmayıb, azadә dolanıb bildiklәrini elәmәyә xәlәl yetirmәsinlәr.

* * *

S. Dünyada  hamıdan  az  dәrd çәkәn  adamlar  kimdir?

 

C. Zәngәzur acları, çünki onların hәr biri bir manatın qeydinә qalıb, bir dәrd çәkirlәr. Amma, mәsәlәn, Bakı milyonerlәri milyon manatın qeydinә qalıb, milyon dәrd çәkirlәr.

* * *

S. Dünyada İran mәmlәkәtlәrinin әn yavuq xeyirxahları kimdir?

 

C. İran xanları vә hakimlәri. Çünki bunlar çox yaxşı bilirdilәr ki, İran hәmişәki halında qaldığı vaxt kafir әcnәbilәr gәlib onların vәtәnini istila edәcәkdilәr. Ona görә bunlar da cəj elәyirdilәr ki, vәtәni kafir әlinә vermәkdәnsә, elә hazır özlәricә soyub, dağıdıb kafirlәri damaq qoysunlar.

* * *

S. Rusiyada hamıdan artıq sair tayfaların yaxşılığını arzu elәyәn kim idi?

 

C. Pobedonossev adında bir urus idi. Amma nә fayda ki, kişi, canınıza sağlıq, bir neçә gün bundan irәli sağ-salamat durduğu yerdә vәfat elәdi.... Çünki bu kişi elә bilirdi ki, dünyada hamıdan yaxşı adam urusdur. Ona görә sair tayfaları da urus edib, "yaxşı adam" olmaqlarına çalışırdı.

* * *

S. Dünyada  rus hökumәtinin lap  bәrk dostu kimdir?

 

C. Dövlәt dumasının "sol" firqәlәri, çünki bunlar әvvәldәn indiyә kimi hökumәt әhlinә deyirlәr ki, Ay balam, ta siz yorulubsunuz, az iş görün, çıxın gәlin oturun bir yerdә, qoyun qalan işlәri dә biz özümüz görәrik.

* * *

S. Dünyada hamıdan xoşbәxt hansı tayfadır? C. Yәhudi millәti. Çünki hara getsәlәr, onlar üçün vәtәndir.

 

S. Nә vaxt adam öz evindә qonaq kimi olur? C. Evini qaradavoylar obısk elәyәndә!