TELEQRAMLAR

 

 

 

 

Osmanlıda qanuni-әsasi verildiyi sәbәbilә müxtәlif yerlәrdәn İstambula göndәrilәn teleqramlar:

 

"Әşi, әvvәldәn belә fikrin var idi, bizi dә qandıraydın, mәclisdi, nә zәhrimardı dağıtmayaydıq da! İndi nә olsun? Sәn küçәlәrdә keyfin istәyәn kimi gәzirsәn, amma mәn günüqara dustaq kimi qalmışam burda. Bilmirәm başıma nә çarә qılım."

 

Mәhәmmәdәli.

  

"Cavan adamlara tәnbeh etmәk üçün yaxşı lotularım var; istәsәniz, özüm dә gәlәrәm."

 

Mirhaşım Tәbrizi.

 

"Әgәr xahiş etsәniz, әmr göndәrәrәm ki, cәmi qanuni-әsası istәyәn babidir vә hamısını da bir gündә qırarlar. Mәxfi qalmasın ki, bu cürә işlәrdә çox ustalaşmışam"

 

Müctәhid Ağa. Mirhәsәn ağa.

  

"Mәclisi dağıtmaq istәsәniz, teleqram vurun, gәlim. Xәrci sizdәn".

 

Lyaxov.

  

"Birdәn bizim padşaha yazarsan ki, o da qanuni-әsasi versin, ha!... Mәbada elәyәsәn! Yoxsa, uşağı yoldan çıxararsan".

      

Әmir Bahadir Cәng.