TӘZӘ LÜĞӘTDӘN

 

 

 

 

M ә ş r u t ә-- (osmanlıca) şәrt sözündәn çıxır. Yәni şәrt qoysunlar ki, hәr kәs xәzinәdәn nә oğurlayıbsa, dinmәz-söylәmәz gәtirsin qoysun yerinә.

  

M ә ş r u t ә-- (iranca) şәrit sözündәn çıxır. Yәni adamları tutub şәritdәn assınlar.

 

M ә ş r u t ә-- (rusca) yәni şurum-burum.