TELEFONLA SÖHBӘT

 

 

 

 

-- Salamәleyküm!

 

-- Әleykümәssәlam, sabahın xeyir olsun!

 

-- Sәnin dә gözün aydın olsun. 

 

-- Necә?         

 

-- Axtarıbdılar.

 

-- Ba, hansını?

 

-- Hә, hamısını!

 

-- Çox gözәl, bәs nә tapıbdılar. Kimi  Sibirә göndәrirlәr? Hansını

boğazından  asacaqdılar? Bir tez nağıl elә görüm, әşi, sәni xeyir xәbәr olasan!

 

-- Balam....  Utanıram  demәyә, heç  zad tapmayıbdılar.

 

-- Mәn ölüm?

 

-- Sәn öl!

 

-- Pәh bu olmadı ki, bәs kimi tutublar?

 

-- Yenә heç kәsi.... Sonra tutsalar da bir saatdan sonra

buraxarlar....

 

-- Yox, aşna, bu olmadı. Mәn belә demirdim....

 

-- Neynәmәk? Bu sәfәr belә oldu. Allah qoysa, gәlәn sәfәr özgә cürә olar.

 

-- (Bir az fikirdәn sonra) Mәn ölüm mәni tovlamırsan

ki? -- (Tәlәsik).

 

-- Buy, bu sәn öl, arxayın ol, bu nә sözdür, tovlasam, mәn

gәrәk namәrd olam!

 

-- Xudahafiz!