AMALİ-TӘRӘQQİ
Hәqiqi arizumuz intizami-hali-millәtdir,
Mәsaimiz bütün
mәsrufi-istikmali-millәtdir,
Әsasi-fikrimiz tәmini-istiqbali-millәtdir,
Ürәkdә bәslәnәn
amalımız iqbali-millәtdir,
Yeganә nöqteyi-mәtlub
istiqlali-millәtdir.
* *
* * *
Olubdur dağdari-qәm vәtәn
nari-cәhalәtdәn,
Sönüb nuri-maarif tündbadi-cәhlü
qәflәtdәn,
Yox asari-sәadәt, dop-dolu
xari-şәqavәtdәn,
Vәtәn gülzarı xar olmuş
yәdi-әrbabi-şәrrәtdәn,
Bizim mәqsudimiz islahi-hali-adәmiyyәtdir.
* *
* * *
Vәtәnpiraydir bir
qönçeyi-növxizi-ruhani,
Soluq baği-hәyatә tabbәxş
olmaqda ürfani,
Füyuzatilә ehya etmәk istәr
bari-vicdani,
Nәsimi etmәdә tәhziz
hissiyyati-insani,
Rәvayihbәxşü
bәhcәtzayi-gülşәnzari-millәtdir
* *
* * *
Cahanә gәlmәdәn mәqsud
tәhsili-mәanidir,
Mәani baisi-neyli-hәyati-cavidanidir,
Mәani şәhri-insaniyyәtә üssül-mәbanidir,
Mәanipәrvәr olmaq bizcә әqsayi-әmanidirr.
Әn istәkli әmәlmiz irtiqayi-mülki-millәtdir,
*
* * *
*
Hәqiqәt sayәsindә kәsbi-qüdsiyyәt qılar
millәt,
Hәqiqәtlә edәr növi bәşәr tәhsili-hürriyyәt,
Hәqiqәtlә olur baği-vәtәn gülzari-әmniyyәt,
Hәqiqәt zahir olsa, parlayar әnvari-ülviyyәt,
Hәqiqәtbin olanlar vasili-fövzü
hidayәtdir.