BİZ NӘ HALDAYIQ?

 

 

 

 

Әcanib qıldı hәr bir karın itmam,

Biz isәk әski tasdır, әski hәmmam.

 

Nәlәr icad edir әrbabi-sәnәt,

Sәnayelә qılır tәhsili-sәrvәt.

 

Tutub sәnәtlә dünyanı әcanib,

Fәqәt biz qalmışıq mәhrum, xaib.

 

Әfәndim söylәyir-minbәrdә hәr an:

"Bizә lazım deyildir elmi-әbdan.

 

Deyir:--"Üqba gәrәk, dünya fәnadır,

Cәhan islamә zindani-bәladır".

 

Siz etdiz bizlәrә dünyanı zindan,

Yıxılsın xanәniz, ey kәmşüuran!

 

Sәnaye rahını kәsdiz hәmişә,

Dediz lazım deyil islamә pişә.

 

Sәnaye nolduğundan bixәbәrsiz,

Hәqiqәt, meyvәsiz, bәrsiz şәcәrsiz.

 

Ağac bom-boş olursa kәmbәhadir,

Kәsib yandırmağa ancaq sәzadır.