BİRİNCİ
Q[OSUDARSTVENNAYA] DUMANIN İNİQADI
MÜNASİBӘTİLӘ SÖYLӘNMİŞDİR
Olub әfradi-millәtdәn bu gün
tәşkil bir mәclis,
Nә dadlı meyvәpәrvәrdir
görün bustani-hürriyyәt,
Tәlәb qılmaqda hәr bir üzv
ümumin ehtiyacatın,
Qurulmuş paytәxt içrә bu gün
divani-hürriyyәt.
Vücudә gәlmәk üçün
mәdәlәt, hәqqin, müsavatın
Gәrәk әvvәlcә olsun әn
geniş meydani-hürriyyәt.
Әdalәt zahir olmaz lәmәpaş
olmazsa afaqә,
Zühuri-әdlә lazımdır
xuri-tabani-hürriyyәt.
Hüquq isbatinә lazımdır olsun
fikrlәr azad--
Ki, hasil eylәsin vicdanlar
itminani-hürriyyәt.
Gәdanın baydәn, bayın
gәdadәn olmasın fәrqi,
Hamı övladi-insandır deyir hәr an
hürriyyәt.
Kimi tәxti-sәadәtdә, kimi
qalsın sәfalәtdә,
Buna razı deyildir, şübhәsiz,
vicdani-hürriyyәt.
Buna qarşı cahan olsa
cәbinsayi-übudiyyәt,
Deyil cayi-tәәccüb, ey olan
heyrani-hürriyyәt.
Çalışmaqlıq gәrәk
hәr kәs bu yolda qәdrü sәyincә,
Edәr kәsbi-mәtanәt sәy
ilә bünyani-hürriyyәt.
Vәtәn övladı
qәmpәrvәr, vәtәn viranәzar olmuş,
Xәrababad bir mülkü edәr imran
hürriyyәt.
Bu әdvari-maarifdә bütün
millәtdәn әfzuntәr--
Gәrәk biz millәti-islam olaq
cuyani-hürriyyәt.
Neçin kim, binәsibiz biz
hüquqi-adәmiyyәtdәn,
Hәqi-mәşruimizçin olmalı
qurbani-hürriyyәt.
Bu ol әsri-tәmәddündür
әsasü rükni hәqqiyyәt:
Müsavat, әdalәt, bir dәxi
ünvani-hürriyyәt.
Basıldı lәşkәri-bidad,
mәqhur oldu istibdad,
Livayi-nüsrәtin dikdi bu gün
sultani-hürriyyәt.
Bәşarәt, әyyühәl-ixvan,
tiği-әdlpәrvәrlә--
Edib pakizә şәhrin zülmdәn
xaqani-hürriyyәt.
Kimi hürri-әmir olsun, kimi әbdi-әsir
olsun--
Bunu cayiz görәr zәnn eylәmәm
divani-hürriyyәt.
Ucaldıb rayәti-әdli, de
ayati-müsavati,
Elә eyvani-zülmü xak ilә yeksan,
hürriyyәt!
Bizә sәndәn yetәr imdad,
sәnsәn rәhbәri-irşad,
Sәnә hәr dәmdә vacibdir
qılaq şükran, hürriyyәt.
Bü rahi-pürxәtәrdә ey bәsa
әhrari-qәmpәrvәr--
Edib ibrazi-qeyrәtlә özün
qurbani-hürriyyәt.
Hәqiqәt hürr olanlar sәy edәr
nәfi-rәayayә,
Keçib
әn sevgili candan
verәrlәr can, hürriyyәt.